Cavab: Belə şeylər insanın ürəyini sıxır. İnsan öz-özünü bu narahatlıqdan xilas etmək istəyir.
Yeri gəlmişkən, qeyd edək ki, Qurani-Kərimin xüsusiyyətlərindən biri də onun oxunduqca insana rahatlıq verməsidir. Çünki Quran insanlar üçün bir rəhmət və şəfadır:
“Ey insanlar! Sizə Rəbbinizdən bir öyüd-nəsihət, ürəklərdə olan dərdlərə bir şəfa, möminlər üçün bir hidayət və rəhmət gəlmişdir“.1
“Biz Qurandan elə bir şey endiririk ki, o, möminlər üçün şəfa və mərhəmətdir. Zalımların isə ziyanını artırır”.2
Məlum olduğu kimi Qurani-Kərimin başqa adlarından biri də Zikrdir:
“O Zikri biz endirdik və onu əlbəttə ki, biz qoruyacağıq’.3
Qurani-Kərimi eyni zamanda Zikr adlandıran Allah Təala qəlblərin ancaq və ancaq bu zikri oxumaqla rahatlıq tapacağını bildirir:
“(Onlar) İman gətirənlər və qəlbləri Allahın zikri ilə sükunətə çatanlardır (onların qəlbləri rahatlıq tapıb aram olmuşdur)”.4
Yuxarıdakı ayələrdə də göstərildiyi kimi Quran oxumaq insanı daxilən sakit olmağa sövq edir, ona şəfa və mənəvi rahatlıq verir. Buna görə də müsəlman bir insan Quranı həmişə başa düşərək oxumalı və ondan öyrəndiklərini öz həyatına tətbiq etməlidir ki, hər bir pislik və xüsusilə də cadu və bəd əməllərə qarşı möhkəm bir qoruyucusu olsun.
Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.
Etiketlər: baxıcı, falçı, Hicr, hidayət, isra, molla, Rəd, rəhmət, sükunət, şəfa, yunis, Yunus, zikr, zəlalət
| Sıra     | Sərlövhə | Tarix    | Oxunma     |
|---|---|---|---|
| 1 | Sehr nədir? | 15.07.09 | 816 dəfə oxundu |
| 2 | Cadunun qarşısını almaq üçün cadugərə müraciət etmək lazımdır? | 15.07.09 | 740 dəfə oxundu |
| 3 | Deyilənə görə ailəmə cadu edilib. Bu mənə pis təsir göstərir. | 15.07.09 | 661 dəfə oxundu |
| 4 | İslamda falçılığa münasibət | 27.11.10 | 893 dəfə oxundu |
| 5 | Camaat niyə baxıcıların yanına gedir? | 09.12.10 | 407 dəfə oxundu |
| 6 | Peyğəmbərə cadu olunub? | 22.01.11 | 469 dəfə oxundu |
| 7 | Ulduz falı nədir? Belə fala baxdırmaq olar? | 01.02.11 | 631 dəfə oxundu |
| 8 | Kağıza dua yazdırıb özümüzlə gəzdirə bilərik? | 01.05.11 | 428 dəfə oxundu |