Müselmanlar
Müsəlmanların ticarət karvanını basması quldurluq sayılmazmı?

Müsəlmanların ticarət karvanını basması quldurluq sayılmazmı?

Sual: Beynəlxalq sularda ticarət edən gəmilərə hücum edərək, onların mallarını ələ keçirən quldurlar var. Bunun doğru olmadığını hamı qəbul edir. Bəs, düşməniniz belə olsa, ticarət üçün yola çıxmış bir kavrana hücum etmək nə qədər doğrudur?

Cavab: Peyğəmbərimizin səhabəsi ilə birlikdə karvana hücum etmək niyyətini günümüzdəki quldurluqla müqayisə edənlər, məsələnin əslini yaddan çıxarırlar. Bu karvan sahibi Məkkəlilər, Mədinəyə hicrət edən müsəlmanların bütün mallarını əllərindən aldılar. Bilvasitə müsəlmanların da onların mallarını ələ keçirməyə haqları doğmuşdur. Bu məsələdə Allah da belə bir qaidə qoymuşdur: “Bir zərərin cəzası, onun misli qədər olmalıdır.” (Şura, 42/40.)

Nəticə etibarilə, müsəlmanlar heç bir karvanı basmamış və Məkkə karvanına qarşı bir niyyətləri olsa belə, bunun müasir dövrümüzdə edilən quldurluqla, korsanlıqla heçbir əlaqəsi yoxdur.

Suala cavab verdi: Abdüləziz Bayındır.[1]

Buna bənzər sual-cavaba aşağıdakı linkdən baxa bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/6251.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1]  İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []

Bizi izləyin