Müsəlmanlar
Ev almaq üçün pul yığmaq və zəkat vermək məsələsi

Ev almaq üçün pul yığmaq və zəkat vermək məsələsi

Sual: Bir insanın evi yoxdur. Almaq üçün çalışıb amma ala bilməyib. Bir sözlə, bu, mümkün olmayıb. Digər tərəfdən də yığdığı qızılları var. Həmin qızıllar nisab miqdarını ötürsə, dediyim şəxs zəkat verməlidir?

Cavab: Ev almaq, yaxud da başqa bir ehtiyacı aradan qaldırmaq məqsədilə yığılan pullar və ya qızıllar əgər nisab miqdarını keçirsə, onların 2,5 %-ini zəkat olaraq vermək lazımdır.