Uşaqların təlim-tərbiyəsində necə bir yol izləməliyik?
Müsəlmanlar > Din-əxlaq-ədəb > Fitvalar Tarix: 30 Mayıs 2015 Tövsiyə et Çap et
Sual: Mən bir müəllim və bir uşaq atasıyam. Uşaqların və ya tələbələrin Qurani bir metodla təlimdən keçməsi üçün necə bir yol izləməliyəm? Məsələn, mən, dini mövzuda heç kimi məcbur etməməyimizi öyrəndim. Uşaqların təlim-tərbiyəsində də bu yolu izləməliyik?

Cavab: Biz insanlara doğruları öyrətmək məcburiyyətindəyik. Bu doğrular ümumbəşər doğrulardır. Hər insanın başına İbrahim əleyhissəlamın başına gələn  hadisənin bir başqa forması gəlir. Qurani Kərim bu hadisəni bizə belə çatdırır:

“Biz, İbrahimə göylərin və yerin səltənətini göstərdik ki, yəqinliklə inananlardan olsun. Gecənin qaranlığı onu bürüdükdə o, ulduz görüb: “Bu mənim Rəbbimdir!”– dedi. O batdıqda isə: “Mən batanları sevmirəm!”– dedi. Doğan ayı gördükdə: “Bu mənim Rəbbimdir!”– dedi. O batdıqda isə: “Əgər Rəbbim məni doğru yola yönəltməsəydi, mən azmış adamlardan olardım”– dedi. Doğan günəşi gördükdə: “Bu mənim Rəbbimdir, bu daha böyükdür!”– dedi. O batdıqda isə dedi: “Ey qövmüm! Həqiqətən, mən sizin (Allaha) şərik qoşduqlarınızdan uzağam! Doğrudan da mən, hənif olaraq üzümü göyləri və yeri yaradana çevirdim. Mən müşriklərdən deyiləm”. (Ənam 6/75-79.)

Hər insan öz şəxsi araşdırmaları ilə Allahın varlığına və birliyinə qənaət gətirir. Bizə düşən vəzifə, uşaqlarımıza və çevrədəkilərimizə həqiqəti çatdırmaqdır. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olanlar bunu yaxşı bilirlər; uşaqların ən dindar dövrü büluğ çağına gəldikləri dövrdür. Artıq büluğa çatıb, özünə yeni bir həyat qurmağa başladığı zaman, şəxsi mənfəətləri ilə ümumbəşər doğrular arasında ziddiyyət başlamış olur. Bu zaman öz qərarını verir. Əgər mənfəətlərini birinci sıraya alırsa, siz istədiyiniz qədər təsir göstərin, onu yola gətirə bilməzsiniz. Əgər ümumbəşər doğruları birinci sıraya alırsa, sizin onu dəstəkləməniz lazımdır. Yəni, bir insana etiqadi məsələlərdə təzyiq göstərmək onu doğru yola gətirməz. Belə bir təzyiq, onun şəxsiyyətini pozmaqdan başqa bir işə yaramaz. Bizim edəcəyimiz iş, uşaqlarımıza Allahın nazil etdiyi və yaratdığı ayələri öyrətməkdir.

Qurani Kərim bir yağmur kimidir: Yuxarıdan aşağıya tərəf yağdığı zaman, daşın üzərinə də torpağa da yağar. Bizim vəzifəmiz doğruları başa salmaqdır. Başqaları nə qədər almaq istəyirsə o qədərini alırlar. Bunun bizə bir nümunəsi Quranda Musa əleyhissəlamla qövmü arasında və Nuh əleyhissəlamla oğlu arasında verilmişdir: Musa əleyhissəlam o qədər möcüzə göstərməsinə baxmayaraq, qövmü qızıl dənizi keçəndən qısa bir müddət sonra təzədən şirkə düşdü. Nuh əleyhissəlam oğluna illərlə nəsihət etdi. Ancaq qəbul etmədi. Bu səbəblə biz, insanların yoldan çıxmasına mane ola bilmərik. Ancaq biz insanlara təzyiq göstərmədən üzərimizə düşən təbliğ vəzifəsini layiqincə yerinə yetirməyə çalışmalıyıq.

Suala cavab verdi: Abdüləziz Bayındır.[1]

Buna bənzər məlumat almaq istəyənlər saytımızın aşağıdakı linkinə və video müsahibəli dərsimizə müraciət etsinlər:

http://www.muselmanlar.com/fitvalar/5545.html

https://www.youtube.com/watch?v=Y2Q34k1hBJs

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1]  İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []

Facebook'ta PaylaşTwitter'da Paylaş
1.132 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Pıçıldaşmaq və xısın-xısın danışmaq 06.03.12 1.558 dəfə oxundu
2 Səcdə nəyin üzərinə ediləcək? 02.03.15 1.737 dəfə oxundu
3 Əxlaqımı püxtələşdirmək istəyirəm. Məsləhətiniz nədir? 13.07.10 2.815 dəfə oxundu
4 Bir müsəlman doğru bildiyi səhvlərdən ötrü məsuliyyət daşıyırmı? 13.03.15 932 dəfə oxundu
5 Dinin əsl məqsədi gözəl əxlaqa yiyələnməkdir? 08.03.12 1.337 dəfə oxundu
6 Novruzla əlaqədar məlumatlar 21.03.15 2.947 dəfə oxundu
7 Ər-arvad küçədə qol-qola gəzə bilər? 13.06.11 4.654 dəfə oxundu
8 Sünni və Şiə bir-birinin məscidinə gedə bilər? 28.03.15 2.108 dəfə oxundu
9 Təcəssüs 08.03.12 1.416 dəfə oxundu
10 Mənə qarşı pis davranan valideynlərimə münasibətim necə olmalıdır? 20.05.15 1.738 dəfə oxundu
11 Hüsni-zənn və sui-zənn 05.04.12 1.772 dəfə oxundu
12 Uşaqların təlim-tərbiyəsində necə bir yol izləməliyik? 30.05.15 1.132 dəfə oxundu
13 Söyüş söymək 11.04.12 4.931 dəfə oxundu
14 Müasir dövrümüzdə Nizamiyyə mədrəsəsinə bənzər bir müəssisə qurulmalıdırmı? 14.11.16 429 dəfə oxundu
15 İslam hamıya öz əqidəsinə əsasən yaşamaq azadlıqı tanıyır? 28.05.12 1.349 dəfə oxundu
16 Şiədə Təqiyyə/Kimliyini gizlətmək. 07.12.16 1.839 dəfə oxundu
17 İş vaxtı kənar işlərlə məşğul olmaq 17.07.14 1.448 dəfə oxundu
18 Son vaxtlarda tez-tez işlənən islamist sözünə necə baxırsınız? 10.01.13 1.317 dəfə oxundu
19 Sevgililər günü və buna bənzər günləri qeyd etmək olarmı? 17.03.17 475 dəfə oxundu
20 Quran, təhrif edilmiş Tövratı və İncili təsdiq edirmi? 26.02.16 727 dəfə oxundu
21 Dində məcburiyyət yoxdursa, “əmri bil məruf” və “nəhyi ənil münkər” nədir? 29.01.13 763 dəfə oxundu
22 İslam hüququnda kamera və səs qeydləri dəlil sayıla bilərmi? 21.04.17 258 dəfə oxundu
23 Müəllimin keçdiyi dərsi diktafon və ya kamerayla qeyd etmək olar? 11.06.14 1.360 dəfə oxundu
24 Sınıq stəkandan su içmək günahdır? 27.03.13 2.465 dəfə oxundu
25 Atanın qılmadığı namazları oğlu qəza edə bilərmi? 10.05.17 929 dəfə oxundu
26 Müavinət almaq üçün kağız üzərində boşanmaq olar? 30.12.10 1.938 dəfə oxundu
27 İsraf nədir? Qəşəng bir maşına minmək israf hesab olunur? 27.04.13 1.619 dəfə oxundu
28 Bir müsəlman, dinini yaşamaq üçün hər hansı məzhəbə bağlanmalıdırmı? 22.09.17 146 dəfə oxundu
29 Dindən dönüb mürtəd olan bir adamın nikahı pozulurmu? 30.12.15 1.277 dəfə oxundu
30 Maaş çox ola-ola minimum əmək haqqı kimi göstərmək 06.07.14 1.584 dəfə oxundu
31 Din adına aldananlar 28.09.17 143 dəfə oxundu
32 Cinsi əlaqə vaxtı otaq zil qaranlıq olmalıdır? 18.07.14 12.891 dəfə oxundu
33 İmtahanda kimdənsə köçürmək olar? 18.08.13 1.730 dəfə oxundu
34 “İnsan sevdiyi ilə bərabərdir” hədisini necə başa düşməliyik? 20.10.17 391 dəfə oxundu
35 Ehtiyacı olmadığı halda müavinət üçün müraciət etmək 08.07.14 1.463 dəfə oxundu
36 Namazdan sonra təsbeh çəkmənin hökmü nədir? 21.02.15 1.535 dəfə oxundu
37 Papazı kardinallar seçdiyi halda Dini qrumlarda başçını niyə dövlət seçir? 19.02.18 63 dəfə oxundu
38 Nədamət 28.02.12 1.381 dəfə oxundu
39 Vergi miqdarı çox olduğu təqdirdə nə etməliyik? 23.02.15 250 dəfə oxundu
40 “Qurandan din öyrənilməz” deyən din xadimlərinin hökmü nədir? 30.07.18 151 dəfə oxundu