Qız uşağına Mira adı qoymaq olar?
Müsəlmanlar > Adlar > Fitvalar Tarix: 25 Ocak 2015 Tövsiyə et Çap et
Sual: Mira adının mənası nədir? Bizim bir qızımız dünyaya göz açdı. Ona Mira adı qoymaq olar? Bunda dini cəhətdən bir eyib var?

Cavab: Baxdığmız lüğətlərdə bu sözün İtalyan mənşəli olduğu qeyd edilir. Mənası isə ərazidə seçilmiş bir işarə nöqtəsinin şaquli vəziyyətini göstərən, istiqamət bildirmək üçün uzaqdan müşahidə olunan həndəsi formaya malik taxta parçası deməkdir.

İtalyanca lüğətlərdə isə nişan, nişan alma, hədəf, məqsəd, niyyət, baxmaq və tüfəngdəki kərtik kimi mənalar verir.1

İspan dili lüğətlərində isə Mira sözünə göz yuvası, silahda kərtik, müşahidə məntəqəsi, niyyət məqsəd kimi mənalar verilib.2

Latın dilinə gəldikdə, bu dildə Mira sözü eynilə yoxdur. Lakin eyni kökdən törəyən mirat, mirati, mir/us, mir/or kimi sözlər qeyd olunur. Ümumi olaraq da təqdir edən, möcüzəvi, heyrətləndirici, məftun edici, fövqəladə, təəccüblənmək, heyrət hiss keçirmək, valeh olmaq, mat-məəttəl qoymaq kimi mənalar daşıyır.3

Ərəb dilində isə mübahisə etmək, etiraz etməkmüqavimət göstərmək mənaları daşıyan مرى (m-r-y) kökündən gələn mira (مراء) sözü mübahisə, münaqişə, cədəl və şübhə mənalarında işlədilir. Mira sözü bu mənada Qurani-Kərimdə də işlədilmişdir.4

Bu sözün Türk dilində ay kimi işıq saçan bəy mənası verən Miray və ya Ərəbcə güzgü mənası daşıyan Mirat sözlərindən təhrif olunması da bir ehtimal kimi götürülə bilər.

Nəticə olaraq demək olar ki, bu söz dini baxımdan mənfi bir məna daşımır. Onu qız uşağına ad qoymaq olar.

Bununla belə, burada mühüm bir məqamı xatırlatmaq istəyirik:

Bu ad ölkəmizdə geniş yayılmış və ictimaiyyət tərəfindən qəbul edilmiş adlardan biri deyil. Bu faktor da nəzər alınmalıdır.

Zəhmət olmasa, uşaqlara adqoyma ilə əlaqədar olaraq aşağıdakı keçidə nəzər salın:

http://www.muselmanlar.com/fitvalar/adlar

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. Baxın: İtalyanca-Türkcə/Türkcə-İtalyanca Sözlük, “Mira”, tərtib edənlər Birsen Çankaya, Neval Barlas, Renato Luciano, Begüm Başoğlu, Fono Açıköğretim Kurumu Yayınları, İstanbul, 2005-ci il. []
  2. Baxın: İspanca-Türkcə/Türkcə-İspanca Sözlük, “Mira”, tərtib edənlər Birsen Çankaya, Jose Ramon Gonzalez, Fono Açıköğretim Kurumu Yayınları, İstanbul, 2005-ci il. []
  3. Baxın: Latınca-Türkcə Sözlük, tərtib edənlər Sinan Kabaağaç, Erdal Alova, Sosyal Yayınları, İstanbul, 1995-ci il. []
  4. Kəhf, 18/22. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
4.118 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Mələk Mikail 05.03.12 5.445 dəfə oxundu
2 Adəm peyğəmbərin ilk uşaqlarının adı nə olub? 29.05.11 11.707 dəfə oxundu
3 İbrahim peyğəmbərin xanımın adı Sara olub, yoxsa Sarə? 25.12.12 2.197 dəfə oxundu
4 Buğləm sözü barədə məlumat 16.01.15 930 dəfə oxundu
5 Nur sözü ancaq Allaha məxsus bir addır? 15.04.10 3.871 dəfə oxundu
6 Qız uşağına Sibel adı qoymaq olar? 08.05.14 1.546 dəfə oxundu
7 Təzə doğulan uşağa neçənci gündə ad qoymaq lazımdır? 16.02.13 18.921 dəfə oxundu
8 Uşağa Ənfal Səhra adı qoymaq 17.01.15 1.017 dəfə oxundu
9 Uşağa Ayla adı qoymaq olar? 15.04.10 14.345 dəfə oxundu
10 Qız uşağına Lina adı qoymaq olar? 05.10.11 2.556 dəfə oxundu
11 Qız uşağına Hannə adı qoymaq olar? 27.02.13 1.860 dəfə oxundu
12 Meriç adını dəyişdirmək lazımdır? 18.01.15 1.064 dəfə oxundu
13 Uşağa Sudə adı qoymaq dini cəhətdən düzgündür? 20.04.10 3.030 dəfə oxundu
14 Qız uşağına Ərva adı qoymaq olar? 17.10.11 2.020 dəfə oxundu
15 Uşağa Zümra adı qoymaq olar? 27.02.13 3.095 dəfə oxundu
16 Qız uşağına Mira adı qoymaq olar? 25.01.15 4.118 dəfə oxundu
17 Qızıma Yusuf peyğəmbərin qızının adını qoya bilərəm? 24.06.10 28.380 dəfə oxundu
18 Qız uşağına Lara adı qoymaq olar? 31.12.11 2.880 dəfə oxundu
19 Qız uşağına Əzra adı qoymaq olar? 22.05.14 2.505 dəfə oxundu
20 Uşaqlara veriləcək adlar necə olmalıdır? 30.04.15 3.636 dəfə oxundu
21 Oğlan uşaqlarına Batin adını qoymaq olar? 29.06.10 4.924 dəfə oxundu
22 Oğlan uşağına Əbsar adı qoymaq olar? 23.01.12 1.797 dəfə oxundu
23 Qız uşağına Bətul adı qoymaq 26.03.13 3.354 dəfə oxundu
24 Qız uşağına Əsnad adı qoya bilərik? 06.09.17 4.487 dəfə oxundu
25 Uşağa İrəm adı qoymaq olar? 24.11.10 3.116 dəfə oxundu
26 Qız uşağına Helen adı qoymaq olar? 28.01.12 6.070 dəfə oxundu
27 Qız uşağına Rəyyan adı qoymaq olar? 18.05.13 2.130 dəfə oxundu
28 Qız uşağına İlahə adını qoymaq olarmı? 09.02.18 1.614 dəfə oxundu
29 Oğlan uşağına Bədirxan adı qoymaq olar? 27.12.10 2.212 dəfə oxundu
30 Qız uşağına Ənnur Kübra adı qoymaq olar? 13.02.12 2.438 dəfə oxundu
31 Buğra adının mənası nədir? Oğlan uşağına qoymaq olar? 24.06.13 1.501 dəfə oxundu
32 Məryəm adının mənası nədir? 06.05.19 216 dəfə oxundu
33 Ad hansı hallarda dəyişdirilməlidir? 31.01.11 5.451 dəfə oxundu
34 Uşağa Xeybər adı qoymaq olar? 17.02.12 1.738 dəfə oxundu
35 Ramazan ayında doğulan uşağa Ramazan adı qoymaq lazımdır? 05.08.13 2.448 dəfə oxundu
36 Adı dəyişdirdikdə təzədən əzan oxumaq və qurban kəsmək lazımdır? 31.01.11 2.746 dəfə oxundu
37 Uşağa Əğniya adı qoymaq olar? 02.03.12 1.469 dəfə oxundu
38 Oğlan uşağına Oğuz adı qoymaq olar? 21.08.13 2.825 dəfə oxundu
39 Süəda sözünün mənası nədir? Uşağa belə ad qoymaq olar? 23.02.11 2.994 dəfə oxundu
40 Uşağa Aleyna adı qoymaq olar? 03.04.12 3.247 dəfə oxundu
41 Qızımıza Şərmin adı qoya bilərik? 22.08.13 2.101 dəfə oxundu
42 Uşaqlara Yağmur, Torpaq və İrmaq kimi adlar qoymaq olar? 09.05.14 2.510 dəfə oxundu
43 Musa peyğəmbərin anasının adı nə olub? 26.02.11 6.827 dəfə oxundu
44 Rizvan nə deməkdir? 05.04.12 4.095 dəfə oxundu
45 Kəzban adının mənası nədir? 26.01.14 1.842 dəfə oxundu
46 Qız uşağına Sara adı qoymaq olar? 25.02.10 9.051 dəfə oxundu
47 Tuana adının mənası nədir? 23.03.11 9.744 dəfə oxundu
48 Quranda mələk İsrafilin adı çəkilir? 03.12.14 1.611 dəfə oxundu
49 Ad qoyduqda əbcəd hesabı nəzərə alınmalıdır? 13.02.14 2.683 dəfə oxundu
50 Uşağa Allahın adlarını qoymaq olar? 25.02.10 13.785 dəfə oxundu
51 Uşağın adını Mavəra qoymaq olar? 23.03.11 1.870 dəfə oxundu
52 Adlar taleyə təsir edir? 09.04.12 8.873 dəfə oxundu
53 Kayra adının mənası nədir? 09.01.15 1.168 dəfə oxundu
54 Osman “ilan balası” deməkdir? 25.02.10 5.214 dəfə oxundu
55 Qız uşağına Həfsa adı qoymaq olar? 24.03.11 2.334 dəfə oxundu
56 Qız uşağına Əsila adı qoymaq olar? 12.04.12 4.157 dəfə oxundu
57 Qız uşağına Əflal adı qoymaq olar? 01.01.15 1.131 dəfə oxundu
58 Həzrəti Yaqubun qızı var idi? Var idisə, adı nə idi? 15.03.10 6.512 dəfə oxundu
59 Qız uşağına Alya adı qoymaq olar? 30.03.11 3.820 dəfə oxundu
60 Qız uşağına Ceyda adı qoymaq olar? 07.05.12 15.378 dəfə oxundu
61 Sərra sözünün mənası nədir? Quranda belə bir söz var? 11.01.15 1.215 dəfə oxundu