Qüsl etmək üçün dişdəki plombları sökdürmək lazımdır?
Müsəlmanlar > Diş Dolğusu > Fitvalar Tarix: 07 Temmuz 2009 Tövsiyə et Çap et
Sual: Qüsl etməli olduğu halda, dişinə plomb qoyduran bir şəxs nə etməlidir? Qüsl etmək üçün həmin plombları sökdürməlidir?

Xeyr, belə bir şey lazım deyil. Dişlərdəki plombları çıxartdırmaq sizin üçün asan deyil. Halbuki, Allah dəstəmaz və qüslü tərif etdiyi ayədə belə buyurur:

Allah sizin üçün hər hansı bir çətinlik yaratmaq istəmir (Maidə, 5/6).

Başqa bir ayədə isə belə deyilir:

(Allah) din məsələsində sizə heç bir çətinlik yükləməyib (Həcc, 22/78).

Əlavə olaraq Şafii və Maliki məzhəblərində ağız və burnun içərisi bədənin xarici hissələrindən deyil, daxili hissələrindən hesab edilir. Başqa sözlə, onların fikrinə əsasən qüsl edərkən ağız və burnu yumaq fərz (vacib) deyil, sünnədir (müstəhəb). Siz bunu da əsas götürə bilərsiniz.

99 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Diş dolğusu və dişlərə körpü geyindirmək 07.07.09 104 dəfə oxundu
2 Ağrımayan çürük bir dişə qaplama etdirmək yaxud onu doldurtmaq olar? 07.07.09 92 dəfə oxundu
3 Dişə plomb qoydurulduqda və üstünə qapaq taxıldıqda dəstəmaz almaq lazımdır? 07.07.09 85 dəfə oxundu
4 Qüsl etmək üçün dişdəki plombları sökdürmək lazımdır? 07.07.09 99 dəfə oxundu
5 Dişlərdə plomb və körpü olduğu halda qüsl etmək olar? 07.07.09 110 dəfə oxundu