Peyğəmbər əleyhissəlamı yuxuda görməyin mənası nədir?
Müsəlmanlar > Fitvalar > Yuxu Tarix: 14 Ekim 2014 Tövsiyə et Çap et
Sual: Məni yuxuda ağ saqqallı, nurani biri gəlib qucaqladı. Sonra da özünün Muhəmməd əleyhissəlam olduğunu dedi. Görəsən peyğəmbərimizi yuxuda görməyin mənası nədir?

Cavab: İbn Abbasdan Rəsulullahın belə dediyi nəql edilir:

“Kim məni yuxusunda görmüşsə, mütləq görmüşdür. Çünki şeytan mənim surətimə girə bilməz.”1

Biz Peyğəmbər əleyhissəlamın həqiqi üzünün necə olduğunu bilmirik.  Buna görə də biri yuxunuzda sizə, “mən Muhəmməd peyğəmbərəm”– deməsi  onun həqiqətdə  peyğəmbər olduğu  mənasına gəlməz. Sizə yalandan onun özü olduğunu da deyə bilər.

Bunu da unutmamalıyıq ki, Şeytan bəzi hallarda nurlu, saqqallı görünüb, şirin sözlə və  gözəl üzlə də aldada bilər. Sizə, “sən çox gözəlsən, sən çox ağıllısan, sən elə peyğəmbər kimi adamsan, sonra da “sən elə peyğəmbərsən”- deyər. Necə ki, bir çoxunu bu şəkildə tovlamışdır. Bu səbəblə hər yuxuda gördüğümüzdən höküm çıxarmamaq və hətta real həyatda belə, belələrinə rast gəldiyimiz vaxt birtərəfli dəyərləndirməmək lazımdır. Çünki şeytan: “Sən məni yoldan çıxartdığına görə mən də Sənin düz yolunun üstündə oturub (insanları) tovlayacağam. Sonra onların yanına önlərindən və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən”.– dedi.    (Əraf, 7/16.)

Yuxu haqqında bir başqa yazımıza da baxmaq üçün:

http://www.muselmanlar.com/fitvalar/5525.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. İbn Macə, “Kütubi-Sittə”, 17/530. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
3.009 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Yuxunun hökmü nədir? 15.06.10 11.661 dəfə oxundu
2 Yuxu və yuxu yozumu 15.07.09 119.505 dəfə oxundu
3 Kabus və qarabasma nədir? 15.07.09 19.426 dəfə oxundu
4 Yuxuda elm və dəqiq məlumat öyrənmək mümkündür? 19.04.11 3.786 dəfə oxundu
5 Yuxuya əsasən əməl etmək lazımdır? 29.04.11 3.935 dəfə oxundu
6 Cinlər və pis yuxu görmək 29.06.09 9.711 dəfə oxundu
7 Üzüqoylu yatmaq 19.06.10 9.018 dəfə oxundu
8 Yuxu insana ziyan vura bilər? 28.11.10 4.794 dəfə oxundu
9 Əsrlə şam arasında yatmaq təhlükəlidir? 24.01.11 5.366 dəfə oxundu
10 Peyğəmbər əleyhissəlamı yuxuda görməyin mənası nədir? 14.10.14 3.009 dəfə oxundu
11 Yuxulara etibar edib həyatımızı istiqamətləndirə bilərik? 28.10.13 3.318 dəfə oxundu