Xəstələr necə dəstəmaz alırlar, yaxud nə cür almalıdırlar?
Müsəlmanlar > Dəstəmaz > Fitvalar > Təyəmmüm > Xəstə və əlillər Tarix: 07 iyul 2009 Tövsiyə et Çap et
Sual: Mən qohum evliliyi nəticəsində yaranan genetik bir xəstəlik ucbatından 14 yaşımdan etibarən yeriyə bilmirəm. Bədənimin boynumdan aşağı hissəsini hərəkət etdirə bilmirəm. Mənim üçün bir şey yemək, su içmək, ümumiyyətlə hər şey başqaları tərəfindən və texniki avadanlıqlar vasitəsilə yerinə yetirilir. Bədənim və paltarlarım təmizdir. Lakin mənim dəstəmaz almağa imkanım yoxdur. Təyəmmüm də edə bilmirəm. Bəs mən nə etməliyəm?

Cavab: Allah Qurani-Kərimdə belə buyurur:

Allah heç kimə onun gücünün çatdığından artıq bir şey yükləmir (Bəqərə, 2/286).

Allah dinin buyurduğu məsələlərdə insanlara heç bir çətinlik yaratmayıb. O, bu barədə belə deyir:

Allah sizi çətinliyə salmaq istəmir, lakin O, sizi arındırmaq (pak və təmiz etmək) və sizə verdiyi nemətini tamamlamaq istəyir. Bəlkə, şükr edəsiniz (Maidə, 5/6).

(Allah) sizə din barəsində heç bir çətinlik yükləməyib (Həcc, 22/78).

Kora babal yoxdur, topala babal yoxdur, xəstəyə də babal yoxdur (onlara günah gəlməz) (Fəth, 48/17).

Siz ancaq əlinizdən gələn və edə bildiyiniz şeylərdən məsulsunuz. Sizə xəstəlik verən də, əmr verən də Allahdır. Buna görə də gücünüz nəyə çatırsa, onu yerinə yetirməklə məsulsunuz. Elə siz belə etməlisiniz:

1) Yanınızda sizə kömək edən bir nəfər olduğu vaxt sizə dəstəmaz aldırar və namazınızı belə qıla bilərsiniz.

2) Kömək edən yoxdursa və əgər siz üzünüzü yuya bilirsinizsə, ancaq üzünüzü yuyub namazınızı qıla bilərsiniz.

3) Əgər bunları edə bilmirsinizsə, qabağınıza qoyulmuş bir qədər torpağa ancaq üzünüzü sürtməklə təyəmmüm edə bilərsiniz.

4) Əgər bunu da edə bilmirsinizsə, təyəmmüm də etmədən namaz qıla bilərsiniz.

Qeyd edək ki, Böyük İslam Elmihalı kitabında bu barədə belə deyilir:

“Əli şikəst olub sudan istifadə edə bilməyən insan ona kömək edən yoxdursa, üzünü və qollarını yerə sürtməklə təyəmmüm edə bilər. Əlləri və qolları kəsilən şəxs isə ancaq üzünü yerə sürtməklə təyəmmüm edər. Üzündə yara varsa, təyəmmüm etmədən namaz qıla bilər”.1

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

  1. Ömər Nasuhi Bilmən, Böyük İslam Elmihalı, İstanbul, 1986, s. 91, 208-ci paraqraf. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Quranda şikəst doğulmaqla əlaqədar ayələr var? 21.03.11 318 dəfə oxundu
2 Ağıl nədir? İnsan nə qədər ağıllı olmalıdır? 27.12.10 510 dəfə oxundu
3 Namaz ibadətindən məsul olmayan əqli xəstələr qüsl etməlidirlər? 21.03.11 273 dəfə oxundu
4 Kor bir adam namazda başqalarına imamlıq edə bilər? 06.02.10 369 dəfə oxundu
5 Bir qadın ərinin əmisini çimizdirə bilər? 22.04.11 444 dəfə oxundu
6 Radioterapiya alan bir xəstə qüsl əvəzinə təyəmmüm edə bilər? 27.03.10 385 dəfə oxundu
7 Xəstə yaxşılaşana qədər cünub qalsa, günahdır? 27.01.10 822 dəfə oxundu
8 Xəstələr necə dəstəmaz alırlar, yaxud nə cür almalıdırlar? 07.07.09 376 dəfə oxundu
9 Xəstəlik ucbatından pozulan orucun yerinə nə qədər oruc lazımdır? 13.04.11 310 dəfə oxundu
10 Divanda namaz qılan xəstə yastığın üstündə səcdə edə bilər? 05.05.10 411 dəfə oxundu
11 Dul qadınlar və xəstələr zəkat verməlidirlər? 16.04.10 327 dəfə oxundu
12 Xəstəliyimə görə 3 il oruc tuta bilmədim. İndi nə etməliyəm? 07.04.10 403 dəfə oxundu
13 Diş çəkdirdikdə həkim xəstəyə iynə vurur. Bu hal orucu pozur? 06.04.10 542 dəfə oxundu
14 Şəkər xəstələri oruc tutmalıdır? 03.04.10 451 dəfə oxundu
15 Həccə gedərkən xəstələnmək, yaxud da ölmək barədə 06.11.09 323 dəfə oxundu
16 Yaddaş pozğunluğu xəstəsi oruc tutmalıdır? 15.08.11 166 dəfə oxundu
17 Şam qoymaq orucu pozur? 07.04.10 321 dəfə oxundu
18 İmalə orucu pozur? 05.04.10 360 dəfə oxundu
19 İynə vurdurmaq orucu pozur? 06.04.10 670 dəfə oxundu
20 Susuz atılan dərmanlar orucu pozur? 08.08.11 266 dəfə oxundu
21 Təzyiq və miqren xəstələri oruc tutmalıdırlar? 02.08.11 335 dəfə oxundu
22 Burun damcısı orucu pozur? 31.07.11 303 dəfə oxundu
23 Oruc tuta bilməyən xəstə, qoca və zəiflər nə etməlidirlər? 29.07.11 354 dəfə oxundu