Qadın müğənniyə qulaq asanların qulağına mis töküləcək?
Müsəlmanlar > Fitvalar > Musiqi Tarix: 14 Temmuz 2013 Tövsiyə et Çap et
Sual: Deyilənə görə belə bir hədis var: “Kim müğənni bir qadının yanında oturub onun mahnılarına qulaq assa, Qiyamət günündə qulağına əridilmiş mis töküləcək.” Belə bir hədis həqiqətən də, var? Əgər varsa, nə dərəcədə səhihdir?

Cavab: Bəzi mənbələrdə belə bir rəvayət var. Aşağıdakı kimi qeyd olunur:

من جلس إلى قينة يسمع منها صب في أذنيه الآنك يوم القيامة

“Kim bir qadın müğənninin yanında oturub onun oxuduğu mahnılara qulaq assa, qulaqlarına Qiyamətdə mis töküləcək.”1

Səhih (mötəbər) hədis mənbələrində belə bir rəvayət yoxdur. Hədis alimləri bunu “uydurma-qondarma” adlandırırlar. Böyük hədis alimlərindən biri olan Əhməd ibn Hənbəl bu rəvayət haqqında: “Batildir”, – demişdir.2

Odur ki, heç bir əsli olmayan bu rəvayəti əsas tutmaq və qadın bir müğənniyə qulaq asanların qulaqlarına Qiyamət günü əridilmiş (qaynar) mis töküləcəyini irəli sürmək olmaz.

Yeri gəlmişkən, qadın səsinin haram olub olmadığını aşağıdakı keçiddən öyrənə bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/1869.html

Dində musiqi və toy keçirməyə münasibətlə burada tanış ola bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/musiqi

http://www.muselmanlar.com/fitvalar/toy

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. İbnu-l-Ərəbi, Əhkamu-l-Quran, 3-cü cild, s. 525. []
  2. Baxın: İbnu-l-Cövzi, əl-İləlu-l-mütənahiyə, Beyrut, 1403, 2-ci cild, s. 786. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
2.188 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Qadın səsi 27.03.10 2.775 dəfə oxundu
2 Qadın müğənniyə qulaq asanların qulağına mis töküləcək? 14.07.13 2.188 dəfə oxundu
3 Davud əleyhissəlam müsiqi ilə məşğul olmuşdurmu? 26.11.18 177 dəfə oxundu
4 İslam dinində musiqiyə necə baxılır? 01.02.10 7.917 dəfə oxundu
5 Musiqi necə caiz ola bilər? 01.02.10 3.267 dəfə oxundu
6 Musiqi alətlərinin müşayiəti ilə dini mahnı oxumaq olar? 01.02.10 3.241 dəfə oxundu