Oruc vaxtı televizora baxmaq günahdır?
Müsəlmanlar > Fitvalar > Oruc > Televizor-mətbuat Tarix: 09 Temmuz 2013 Tövsiyə et Çap et
Sual: Orucluqda televizoru açmaq olmaz?

Cavab: Bu barədə deyilənlər əsassızdır. Bu,  Aşurə günü sabun işlətməyin günah olduğunu demək kimi bir şeydir. Heç bir əsası yoxdur. İslam dinində qadağa və məhdudiyyətlərin sayı məhduddur; qalan hər şey halaldır.

Odur ki, orucluq ayında da televizora baxmaq olar. Təbii ki, bütün günü ekranın qabağında keçirmək olmaz. Televizoru: “Vaxt keçsin”, – deyib vaxt öldürmə vasitəsinə çevirmək olmaz.

“Televizora baxmaq təhlükəlidir və yaxud deyil” demək olmaz. Əgər bir verilişdə milli-mənəvi dəyərlərimizə, dinimizə, əxlaq anlayışımıza və ailə ədəb-ərkanımıza zidd şeylər varsa, ona baxmaq düz deyil. Bununla yanaşı, televizora baxdıqda heç bir ibadəti keçirməmək lazımdır. Bir sözlə, televizora baxmaq namaz qılmaq və məscidə getməyə mane olmamalıdır. Bunları yerinə yetirmək şərtilə televizora baxmaq olar. Ətraflı məlumat buradadır:

http://www.muselmanlar.com/fitvalar/1456.html

http://www.muselmanlar.com/fitvalar/4827.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
4.366 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Televizora baxmaq 01.02.10 5.139 dəfə oxundu
2 Müsəlman televizor və mətbuata nə cür yanaşmalıdır? 03.07.12 1.615 dəfə oxundu
3 Oruc vaxtı televizora baxmaq günahdır? 09.07.13 4.366 dəfə oxundu
4 Vaxtı teleseriallara baxmaqla keçirmək 06.11.13 1.541 dəfə oxundu