Xızırın balaca bir uşağı öldürməyini nə cür başa düşmək lazımdır?
Müsəlmanlar > Fitvalar > Qəza-qədər Tarix: 22 Haziran 2013 Tövsiyə et Çap et
Sual: Quranın Kəhf surəsinə əsasən Musa-Xızır əhvalatındakı uşağın ailəsini kafir edəcəyindən qorxulduğuna görə Allah tərəfindən öldürülmə əmri verilib. Məgər uşaq gələcəkdə kafir olsa belə, tövbə edib düzgün yola qayıtmaq ehtimalı ola bilməzdimi?

Cavab: Qeyd etdiyiniz əhvalat belə baş vermişdir:

Musa peyğəmbər Xızırla1 səfərə çıxmış və onun bəzi davranışlarına dözə bilməmişdi. Çünki Xızır əvvəlcə mindikləri gəmini deşmiş, sonra bir oğlan uşağını öldürmüş, bunlardan sonra onları qonaq kimi qəbul etmək istəməyən bir qəsəbədə uçub-dağılmaq ərəfəsində olan bir divarı yenidən hörüb dikəltmişdi. Bir-birindən ayrılmaq qərarına gələndə Xızır: “Sənin tab gətirə bilmədiyin bu işlərin təvilini sənə xəbər verəcəyəm!”,- deyib bunları əlavə etmişdi:

“Gəmi dənizdə işləyən və başqa işləri olmayan bir neçə nəfərin idi, mən onu qüsurlu hala gətirmək istədim. Çünki onların arxasında onları təqib edən və yaxşı işləyən gəmiləri zorla əllərindən alan bir hökmdar vardı.

Divar isə o qəsəbədə yaşayan iki yetim uşağın idi və altında onların bir xəzinəsi vardı. Uşaqların atası əməlisaleh bir adam olmuşdu. Rəbbin onların həddi-büluğa çatmağını və öz xəzinələrini çıxartmağını istədi. Mən bütün bunları öz-özümə etmədim. Sənin dözə bilmədiyin şeylərin təvili budur” (Kəhf, 18/65-82)!

Hər hadisənin təvili, yəni, əsl mahiyyəti göstərilən kimi Musa əleyhissəlam-ın bütün təəccüb və heyrəti keçib getmişdi.

Bunu edən Allahdır. Allah gördüyü bir işdən məsul deyil. Ona görə də biz Allah Təalanı cavabdeh hesab edə bilmərik.

Allah həmin uşağın öldürülməsi hadisəsinin arxa planını bizə izah edir:

“Oğlana gəlincə, onun ata-anası iman gətirmiş insanlar idilər. Oğlanın onları başdan çıxartmasından və onları kafir olmağa vadar etməyindən qorxduq. Beləliklə, Rəbbindən onlara o uşaqdan daha təmiz və onlara çox mərhəmət edən bir övlad bəxş etməyini dilədik.”

Buradan başa düşülməli olduğumuz əsl məsələ budur: Bu uşaq əcəli gəlib çatmadan qətlə yetirilib. Həmin uşaq Allah tərəfindən o ata-anaya bir ikram olaraq öldürülmüşdür.  Belə çıxır ki, bizim saleh əməllərlə məşğul olmağımız xeyirli övladlara sahib olmağımıza səbəb olur. Elə isə Allahın Nəcm surəsində bildirdiyi: “İnsana ancaq öz əməyi(nin nəticəsi, bəhrəsi) qalar” ayəsini bu kontekstdə tam şəkildə başa düşə bilirik. Dərk etməli olduğumuz əsl məsələ də budur. Əks təqdirdə, heç kəs Allahı ittiham edə bilməz. Əgər belə olsa, bir nəfər çıxıb deyər ki, Allah məni nə üçün kişi deyil, qadın yaratdı? Başqa biri də: “Allahım, məni təzədən yarat”, – deyib bəhanə qoyar. Yəni, bu işin sonu gəlməz.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır2

Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı keçidə də baxın:

http://www.muselmanlar.com/fitvalar/2046.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. Quranda Xızırın adı çəkilmir. Hədislərdə isə bu şəxsin Xızır olması haqqında məlumat vardır. Baxın: Buxari, Elm, 44. []
  2. İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
1.498 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Ruzi, insanın çalışmağına bağlıdır yoxsa qədərinə? 18.06.18 409 dəfə oxundu
2 Allahın yazdığından başqası başımıza gəlirmi? 11.04.14 1.715 dəfə oxundu
3 İsa əleyhissəlamın axirətdə nə deyəcəyi əvvəlcədən məlum idi? 25.02.19 123 dəfə oxundu
4 Xərçəngə tutulmaq taledir, yoxsa düzgün qidalanmamaq? 02.07.14 2.697 dəfə oxundu
5 Cəhmiyyə 27.02.12 1.821 dəfə oxundu
6 Evlilər arasındakı problem qismətdənmi, yoxsa səhv seçimdən? 21.11.15 1.315 dəfə oxundu
7 Quran meydana gələn hər şeyin yazıldığı bir kitabdır? 30.10.14 942 dəfə oxundu
8 İnsanın başına gələnlər Allah tərəfindən qabaqcadan müəyyənləşdirilir? 22.12.14 1.456 dəfə oxundu
9 “Nə edək, ən münasibi belə imiş!” demək qədər inancına müvafiqdir? 07.04.13 1.801 dəfə oxundu
10 Qəza-qədər məsələsi 24.02.13 4.116 dəfə oxundu
11 Bizim həyat yoldaşlarımız Allah tərəfindən qabaqcadan müəyyən edilir? 11.06.13 5.887 dəfə oxundu
12 Xızırın balaca bir uşağı öldürməyini nə cür başa düşmək lazımdır? 22.06.13 1.498 dəfə oxundu
13 Axirətdə kimin nə deyəcəyi bu dünyada müəyyən olunub? 29.06.13 1.972 dəfə oxundu
14 Xəstəliklər günahların kəffarəsidir? 28.01.14 2.131 dəfə oxundu
15 Hər şeyi yaradan Allah olduğuna görə şərri də Allah yaratmış olur? 14.01.15 1.011 dəfə oxundu
16 İnsanlar ancaq Allahın icazəsi ilə imana gəlirmi? 02.02.15 1.249 dəfə oxundu
17 Qədər yönündən, Bəqərə surəsinin 255-ci ayəsini necə başa düşməliyik? 06.06.15 999 dəfə oxundu
18 Bizim seçmədiyimiz şeylər qədərimiz deyilmi? 08.06.15 982 dəfə oxundu