Müselmanlar
Zərgərlərin bir-birinə qızıl kirayəyə verməyi düzgündür?

Zərgərlərin bir-birinə qızıl kirayəyə verməyi düzgündür?

Sual: Mən qızıl al-veri ilə məşğul oluram. Siz bir fitvanızda dediniz ki, kirayənişin kirayəyə götürdüyü şeyi istehlak etmir, istifadə etdikdən sonra geri qaytarır. Ona görə də istehlak olunan bir malı kirayəyə vermək olmaz. Siz belə dediniz. Məlumdur ki, kirayə bir malın xeyrindən istifadə müqabilində ödənən şeydir. Mən də qızıl sexlərinə qızıl vermək istəyirəm, kirayəyə. Amma qorxuram ki, haram ola. Sizin fitvanızla tanış olandan sonra lap çaşıb qaldım. Xahiş edirəm, məni bu məsələdən agah edin.

Cavab: Qızıl sexləri qızılı zinət əşyası və ya qızıl istehsalı üçün istifadə etdikləri alətlər (vasitələr, texniki avadanlıq) kimi işlətmirlər. Əksinə o qızılın üstündə işləyib müxtəlif formalarda qızıl istehsal edirlər. Sonra da bunları satıb ticarətlə məşğul olurlar. Ona görə də qızıl emalatxanalarına bu məqsədlə qızıl vermək və İslam hüququnda, nə də indiki dövrün dünyəvi hüququnda kirayə hesab edilir! Odur ki, bu, bir kreditdir, borc əməliyyatıdır.

Qızılın müəyyən müddətlə müəyyən bir mənfəətin müqabilində borc (kirayə deyil!) vermək isə dini cəhətdən məqbul (caiz) deyil.

İndi isə, zəhmət olmasa, kirayə ilə faizin arasındakı fərqə nəzər salın:

http://www.muselmanlar.com/fitvalar/5065.html

http://www.muselmanlar.com/fitvalar/5063.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Bizi izləyin