Müsəlmanlar
Bir qadın öz babasının yanında başıaçıq dayana bilər?

Bir qadın öz babasının yanında başıaçıq dayana bilər?

Sual: 18 yaşında cavan bir qız var. Həmin qız öz babasının yanında başıaçıq dayana bilər? Dini cəhətdən bir eyib olmaz ki?

Cavab: Quranda bu məsələ ilə əlaqədar olaraq belə deyilir:

“Mömin qadınlara de ki, gözlərini haramdan çəkindirsinlər, iffətlərini qorusunlar, öz-özlüyünə görünən hissənin xaricində zinətlərini göstərməsinlər. Baş örtüklərini yaxalarının üstünü də əhatə edən formada taxsınlar. Ataları, qayınataları, oğulları, ərlərinin oğulları, qardaş-bacıları, qardaş-bacılarının oğulları, müsəlman qadınlar, cariyələr (kəniz), kişiliyi qalmamış tabelər (yəni, köməyə möhtac hala düşmüş və kişiliyi qalmamış yoxsul və düşkünlər) ya da qadınların məhrəm yerlərini hələ başa düşmək vaxtına gəlməmiş uşaqlardan başqasına zinətlərini göstərməsinlər. Gizli gözəlliklərinin aşkara çıxması üçün ayaqlarını yerə vurmasınlar.” (Nur, 24/31)

Bu ayəyə əsasən bir qadın yuxarıda sadalanan kişilərin yanında otura bilər. Eləcə də, başıaçıq dayana bilər. Baba da ata hökmündədir. Odur ki, qadınlar babalarının yanında başıaçıq dayana bilərlər. Bunda dini cəhətdən bir qəbahət yoxdur.

Buna oxşar bir sual və cavabı ilə aşağıdakı keçiddə tanış ola bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/1105.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.