Kəffarə və and kəffarəsi nədir?
Müsəlmanlar > And içmək > Fitvalar Tarix: 25 Ocak 2013 Tövsiyə et Çap et
Sual: Kəffarə nə məna verir? And kəffarəsi nə deməkdir?

Cavab: Kəffarə dinin müəyyən qadağalarını pozan şəxsin öz cəzasını çəkməyi və bağışlanmağı üçün görməli olduğu bəzi işlərdir. Misal üçün, bir əsiri azad etmək (onun azad edilməsini təmin etmək), oruc tutmaq, yoxsulu yedirib-içirmək və əyin-başını düzəltmək kimi maddi və bədəni xarakterli ibadətlər.

And kəffarəsi isə pozulan bir anddan sonra yerinə yetirilməli olan bəzi işləri bildirir. Quranda bu məsələ ilə əlaqədar olaraq belə deyilir:

Allah bilmədən ağzınızdan çıxan andlarınıza görə sizi məsul hesab etməz. Amma bilə-bilə içdiyiniz andlara görə sizi məsul sayar (sorğu-sual edər). Bunun da kəffarəsi sizin öz ailənizə yedirtdiyiniz yeməyin orta hesabından on yoxsulu yedirtmək, yaxud onları geyindirmək ya da bir köləni azad etməkdir. Bunları etməyə gücü çatmayan kəs üç gün oruc tutmalıdır. And içdiyiniz təqdirdə andlarınızın kəffarəsi budur. (Bununla yanaşı), öz andlarınızı qoruyun (onlara sadiq qalın: andlarınıza rəayət edin). Allah ayələrini sizə belə izah edir ki, bəlkə, şükür edəsiniz!” (Maidə, 5/89)

Ayələrdən məlum olur ki, içilən andlara sadiq qalmaq lazımdır. Bununla əlaqədar başqa Quran ayələri də var: Nəhl, 16/91-95. Lakin bəzi hallarda andları pozmaq lazım gəlir; hətta bu, əmr olunur. Bəzən də elə olur ki, and içən bir şəxs müxtəlif səbəblərdən içdiyi andı yerinə yetirə bilmir. Bu kimi hallarda and pozulur və kəffarə vermək lazım olur. Bu məsələ ilə bağlı bir hədisdə belə deyilir:

“Əgər bir məsələdə and içsən, sonra da başqa bir işi daha xeyirli görsən, andını poz. Kəffarəni ver və xeyirli gördüyünə üz tut.”1

And kəffarəsi haqqında başqa bir suala verdiyimiz cavabla burada tanış ola bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/395.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. Buxari, Əyman, 1; Müslim, Əyman, 11(1650. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
3.194 dəfə oxundu