Müsəlmanlar

İslamda niqaba baxış

Sual: Bəzi ölkələrdə müsəlman qadınlar niqab taxırlar. Bunun İslamda bir yeri var? Mütləq niqab taxmaq lazımdır?

Cavab: Niqab Quran və Sünnədə əmr olunan bir şey deyil. Sadəcə olaraq bəzi insanlar: “Qadın fitnə-fəsad deməkdir, filan şey qadağandır, filan şeydən istifadə etmək olmaz” kimi sözlər deyirlər. Belə insanlar o qədər dayaz düşüncəlidirlər ki, onlara qalsa, bir şəhərin ortasına divar hördürüb qadınlarla kişiləri ayırarlar. Halbuki əsl fitnə-fəsadın məhz o vaxtın yaranacağını bilmirlər!

Allahın qoyduğu qayda-qanunda niqab şərti yoxdur. Kim istəyirsə, taxa bilər. Amma bunun dini bir öhdəlik və mütləq taxılmalı olduğunu irəli sürmək olmaz.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

http://www.muselmanlar.com/fitvalar/3887.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.