İslam müharibə dinidir, yoxsa sülh?
Müsəlmanlar > Cihad > Fitvalar Tarix: 14 Haziran 2012 Tövsiyə et Çap et
Sual: Məlumdur ki, Muhəmməd peyğəmbər çoxlu döyüş həyata keçirib. Elə isə İslamın müharibəpərəst bir din olduğunu demək olar?

Cavab: Hər şeydən əvvəl qeyd edək ki, İslam sözü Ərəb sözüdür və lüğəvi mənası sülh müqaviləsi bağlamaq, xilas olmaq, boyun əymək, tabe olmaq, təslim olmaq vermək olan silm sözündən əmələ gəlib.

İslamın qoyduğu qaydalar və əhatə etdiyi hökmlər, o cümlədən həzrəti Muhəmmədin (s. a. v.) həyata keçirdiyi işlər də İslamın sülh və ədalət dini olduğunu sübuta yetirir.

Odur ki, peyğəmbərin apardığı döyüş əməliyyatlarının əsl səbəb və nəticələrini nəzərə almadan bu dini “qılınc dini!” kimi səciyyələndirmək əsassızdır.

Gəlin, peyğəmbərimizin iştirak etdiyi döyüşlərlə əlaqədar bir əsəri olan Muhəmməd Həmidullah adlı alimin bu məsələ ilə əlaqədar təhlilinə nəzər salaq:

“10 il çəkən faktiki siyasi fəaliyyətdən sonra can üstündə olarkən o, təqribən 2000000 km sahədə qurulmuş bir dövləti idarə edirdi. Rusya istisna olmaqla, Avropa qitəsi böyüklüyündə və ütündə o vaxt milyonlarla insanın yaşadığı bu geniş sahə müharibə meydanlarında düşmən ordusunun sıralarında öldürülən təxminən 250 nəfərin müqabilində fəth olunub. 10 illik bu dövr ərzində müsəlmanların itkisinə gəldikdə, bu, hər aya 1 şəhid kimi hesablana bilər. Bəşəriyyət tarixində insanın qanına (həyatına) verilən bu qiymət və hörmətə bir də təsadüf etmək olmaz.”

Muhəmməd Həmidullah peyğəmbərimizin döyüşlərində sadəcə olaraq 250 düşmən əsgərinin öldüyünü tarixi mənbələrlə əsaslandırır:

“İbn Hişamın fikrincə həzrəti peyğəmbər Mədinədən döyüş məqsədilə 27 səfərə şəxsən çıxmışdır. Ancaq bunlardan təkcə 9-unda döyüş baş verib. Bir çoxu hərbi məqsədlərlə olmasa belə, əshabələrin rəhbərliyi ilə Mədinədən başlayan səfər, yaxud da göndərilən hərbi taqımların sayı isə eyni mənbəyə əsasən 38-dir. Aşağıda bir cədvəl var. Nəzərə almaq lazımdır ki, oradakı (itkilərə dair) məlumatlar tam və dəqiq deyil. Bununla belə, bizdə həmin döyüşlər haqqında ümumi bir qənaət formalaşdırır:

Səfər

Düşmənlərin sayı

Düşmənin itkisi

İslam ordusu

Şəhidlərin sayı

Bədr

950

70

313

14

Uhud

3000

22

700

70

Müstəliq

200 (?)

10

30 (?)

1

Xəndək

12000

8

3000

6

Xeybər

20000

93

1500

15

Mutə

100.000

?

3000

13

Məkkənin fəthi

?

13

10.000

3

Huneyn

?

?

12.000

4

Taif mühasirəsi

?

?

12.000

12

Cəmi

216

138

Yuxarıda verilən statistikaya Rəci və Bi-ri Məunda xaincəsinə qətl edilən və sayları təqribən 44 nəfər olan İslam fədaisi daxil deyil. Həmçinin Bəni Qureyza ilə baş verən döyüşdə əsir düşən düşmən əsgərlərinə döyüşdən sonra özlərinin seçdikləri bir hakim tərəfindən Tövrata əsasən (Təsniyə, XX/13-14) tətbiq olunan edam cəzası nəticəsində yaranan düşmən itkisi də bu siyahıya daxil edilməyib.1

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. Ətraflı məlumat üçün baxın: Muhəmməd Həmidullah, Həzrəti peyğəmbərin savaşları, Yağmur nəşriyyatı, 4-cü nəşr, İstanbul, 1991, s. 21-22. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
1.691 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Siz cihadla əlaqədar nəsə bir iş görürsünüz? 20.04.11 1.691 dəfə oxundu
2 Müsəlmanlar Quranın yandırılmasına nə cür reaksiya verməlidirlər? 28.04.11 1.605 dəfə oxundu
3 Əbu Bəkrin (r.a.) dindən dönənlərə qarşı apardığı döyüş nə qədər doğrudur? 17.04.14 1.430 dəfə oxundu
4 Terror qurbanı olan əsgər şəhid hesab olunur? 14.09.11 1.724 dəfə oxundu
5 Kafirlər iman edənə qədər onlarla döyüşməliyik? 21.10.14 1.173 dəfə oxundu
6 Mülki şəxslərə hücum edən düşmənə bu cür cavab vermək olar? 09.02.12 1.228 dəfə oxundu
7 İslam müharibə dinidir, yoxsa sülh? 14.06.12 1.691 dəfə oxundu
8 Müsəlmanlar hicrətdən sonra Qüreyş karvanlarına nə üçün hücum ediblər? 14.06.12 1.196 dəfə oxundu
9 İslama əsasən müharibə meydanında düşməni əsir götürmək qadağandır? 21.03.13 1.179 dəfə oxundu
10 İslam düşmənlərini öldürmək olar? 27.12.10 2.271 dəfə oxundu
11 Müsəlmanlar Liviya məsələsində nə etməlidirlər? 22.03.11 1.697 dəfə oxundu
12 İstişhad aktlarına nə üçün zidd gedirsiniz? 30.05.14 1.037 dəfə oxundu
13 Döyüş əsnasında düşmənə qarşı intihar hərəkatı etmək olarmı? 06.04.16 712 dəfə oxundu
14 İslamı yaymaq üçün qeyri-müsəlmanlarla müharibə etmək lazımdır? 28.09.14 1.701 dəfə oxundu
15 Zülmə məruz qalan müsəlmanlara necə köməklik edə bilərik? 26.04.17 269 dəfə oxundu
16 Qurani-Kərimə əsasən şəhidlər kimlərdir? 01.03.11 5.359 dəfə oxundu
17 Allah yoxmuş kimi davrananlara münasibətimiz necə olmalıdır? 11.03.16 912 dəfə oxundu
18 Cihad nədir, bu mühüm vəzifəni dövrümüzdə necə tətbiq etmək olar? 18.11.15 1.617 dəfə oxundu