Müsəlmanlar

Qız uşağına Ceyda adı qoymaq olar?

Sual: Bizim qızımız oldu. Adını Ceyda qoymaq istəyirik. Dini cəhətdən bir problem var?

Cavab: Ceyda Ərəb sözüdür. Mənası zərafətli, nərmənazik, incə boy-buxunlu qız və qadın deməkdir. Qız uşaqlarına Ceyda (جَيْدَاءُ) adı qoymağın dini cəhətdən bir eybi yoxdur.

Nəzərə almaq lazımdır ki, uşağa ad qoymaq üçün Ərəbcə sözlər seçmək və ya Quranda olan adları axtarmaq azım deyil. Əlavə olaraq, bizdə Ceyda adı yoxdur. Buna görə də uşağınıza ad qoyduğunuz vaxt bu amili də nəzərə almalısınız. Yaxşı olar ki, uşağınıza adət-ənənələrimizə və dini-mənəvi dəyərlərimizə müvafiq olan, eləcə də, həm yazılışı, həm də tələffüzü münasib olan bir ad qoyasınız.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.