Çəyirtkə yemək olar?
Müsəlmanlar > Fitvalar > Yemək-içmək Tarix: 05 iyul 2009 Tövsiyə et Çap et
Sual: Çəyirtkə yemək olar? Dində buna icazə verilir? Bir kitabda oxumuşam ki, peyğəmbərin əshabələri çəyirtkə yeyirmiş. Bu düzdür?

Cavab: Bütün məzhəblər çəyirtkə yeməyin halallığı məsələsində həmfikirdir. Amma çəyirtkənin təzkiyə edilib (kəsmək) edilməməsi məsələsində fikir ayrılığı yaranıb. Maliki məzhəbinə əsasən çəyirtkəni təzkiyə etməmiş yemək olmaz; başqa sözlə, Malikilərin fikrincə bu, caiz deyil. Təzkiyə isə çəyirtkənin ya başını qopartmaqla, ya diri-diri odda qızartmaq yaxud da suda qaynatmaqla olur. Yəni, ölü çəyirtkəni yemək olmaz.1

Digər məzhəblərdə isə belə bir şərt yoxdur.2

Çəyirtkənin yeyilməsi ilə əlaqədar olaraq peyğəmbərimizdən ( s. a. v.) belə bir rəvayət nəql edilib:

İbn Əbi Əvfa (öl. 86) belə demişdir: “Rəsulullahla birlikdə (altı ya da yeddi dəfə) qəzvəyə3 çıxmışdıq. Qəzvə vaxtı çəyirtkə yedik”.4

Başqa bir hədisdə rəvayət edilir ki, peyğəmbərimiz çəyirtkələr haqqında: “Onlar Allahın ən gur ordusudur. Onu nə yeyərəm, nə də (kiməsə) haram edərəm”, – deyib.5 Bu hədisi rəvayət edən Əbu Davud (öl. 275) bu hədisin mürsəl (əshabə ravisi sənəddən ayrılmış) bir hədis oluğunu bildirib.

Çəyirtkə yeməklə əlaqədar olaraq nəql edilən bütün hədislərin arasında ən mötəbər (səhih) hədis İbn Əbi Əvfadan nəql olunub. Buna görə də çəyirtkə yeməyin halallığı barəsində həmrəylik olduğu bildirilir.6

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

  1. Səhnun, Əl-Müdəvvənə, II cild, s. 57. []
  2. Şafii, Əl-Ümm, II cild, s. 366; Kəsani, Bədaius-sənai, V cild, s. 36; İbn Qüdamə, Əl-Muğni, XI cild, s. 42; İbn Həzm, Əl-Muhəlla, VI cild, s. 120. []
  3. Peyğəmbərimizin (s. a. v.) özünün də iştirak etdiyi savaş, döyüş. []
  4. Buxari, Sayd (ov), 13; Müslim, Sayd, 52; Əbu Davud, Ətimə (yeməklər, yeməlilər), 22; Tirmizi, Ətimə, 22; Nəsai, Sayd, 37. []
  5. İbn Macə, Sayd, 9; Əbu Davud, Ətimə, 35. []
  6. Əhməd Naim, Kamil Miras, Təcridi-sərih tərcüməsi və şərhi, XII cild, s. 18. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Marqarin və donuz piyi 05.07.09 661 dəfə oxundu
2 Pendir, pendir mayası və pendir istehsalı 05.07.09 739 dəfə oxundu
3 Yəhudi və xristianların kəsdiyi heyvanların ətini yemək olar? 05.07.09 540 dəfə oxundu
4 Sulu qəlyan çəkmək olar? 05.07.09 1.032 dəfə oxundu
5 Qəbristandakı məhsulları yemək olar? 05.07.09 431 dəfə oxundu
6 Heyvanın xayasını yeməyin dini cəhətdən hökmü nədir? 05.07.09 720 dəfə oxundu
7 Çəyirtkə yemək olar? 05.07.09 580 dəfə oxundu
8 Qurbağa yemək olar? Dində buna icazə verilir? 05.07.09 572 dəfə oxundu
9 Çiy ət, çiy basdırma və bu kimi şeylər yeməyin dini hökmü nədir? 05.07.09 516 dəfə oxundu
10 Xaşxaş haramdır? 29.06.10 587 dəfə oxundu
11 Tualet və mətbəx tullantıları eyni yerə gedir. Bu düzdür? 16.07.10 463 dəfə oxundu
12 Spirtsiz pivəni içmək olar? 11.11.11 376 dəfə oxundu
13 Spirtli içkiləri müalicə məqsədi ilə işlətmək olar? 06.04.11 438 dəfə oxundu
14 İçkili yerlərdə yemək yeməyə getmək olar? 24.03.10 528 dəfə oxundu
15 Elektroşok üsulu ilə kəsilən heyvanın ətini yemək olar? 08.04.10 412 dəfə oxundu
16 Siqaret çəkmək də, yağlı yemək də zərərlidir. Bunların hökmü eynidir? 08.04.10 636 dəfə oxundu
17 Ölü balıqlar da ayələrdə haram olunan meytə qismindəndir? 29.04.10 502 dəfə oxundu
18 Başından vurulub öldürülən balıqları yemək olar? 01.05.10 364 dəfə oxundu
19 Siz nə üçün içkinin qəti surətdə haram olduğunu deyirsiniz? 13.05.10 547 dəfə oxundu
20 Qadın heyvan kəsə bilər? 24.05.10 736 dəfə oxundu
21 Çəyirtkə yeməklə əlaqədar fikrinizə təzədən nəzər sala bilərsiniz? 25.05.10 394 dəfə oxundu
22 Vegetarianlığa münasibət 29.06.10 1.761 dəfə oxundu
23 Kımız içmək olar? 29.06.10 423 dəfə oxundu
24 Sirkədəki spirtli maddənin hökmü nədir? 12.07.10 412 dəfə oxundu
25 Meyvələrdəki alkoqolun hökmü nədir? 12.07.10 432 dəfə oxundu
26 Haram yem yeyən heyvanın əti halaldır? 13.07.10 414 dəfə oxundu
27 Molyusk yemək halaldır, yoxsa haram? 02.03.11 284 dəfə oxundu
28 Cirəgülü bitkisinin çayını içmək olar? 01.04.11 228 dəfə oxundu
29 Qadağa dövründə ov etmək olar? 15.04.11 261 dəfə oxundu
30 Zəmzəm suyu içənlərin araq içməyi lap çox günahdır? 15.05.11 310 dəfə oxundu
31 Marketlərdə satılan toyuqları yemək olar? 18.05.11 441 dəfə oxundu
32 Qurana əsasən mərci, soğan və sarımsağın bir qiyməti yoxdur? 24.05.11 315 dəfə oxundu
33 Murdar olan heyvanın hansısa bir yerini yemək olar? 04.06.11 261 dəfə oxundu
34 İkra yemək olar? 18.07.11 303 dəfə oxundu
35 Çox yemək insanın qəlbini qaraldır? 19.07.11 266 dəfə oxundu
36 Sağlamlığa ziyan verən xəmir xörəklərinin hökmü nədir? 08.09.11 220 dəfə oxundu
37 Balığı tam ölməmiş qızardıb yemək düzdür? 22.10.11 156 dəfə oxundu
38 Tərkibində malt olan qida məhsulları halaldır? 25.10.11 108 dəfə oxundu
39 Ölü heyvandan emal edilən yemlə qidalanan heyvanı yemək olar? 26.10.11 137 dəfə oxundu
40 Tərkibində E 120 maddəsi olan qida məhsulları halaldır? 28.10.11 158 dəfə oxundu
41 Çaxırdan emal edilən balzamik sirkə halaldır? 17.11.11 161 dəfə oxundu
42 Yəhudilərə niyə çox ağır yemək-içmək qadağaları qoyulub? 21.11.11 292 dəfə oxundu