Həzrəti Muhəmmədin qızı Ruqiyyə
Müsəlmanlar > Fitvalar > İslam tarixi > Muhəmməd peyğəmbər Tarix: 12 Mart 2012 Tövsiyə et Çap et
Sual: Ruqiyyə kim olub? Xahiş edirəm, bu barədə bir qədər məlumat verin.

Cavab: Həzrəti Muhəmmədin (s. a. v.) qızlarından biri olan bu xanımın tam adı Ruqiyyə (Ruqəyyə) (رقيّة) bint Muhəmməddir.

Ruqiyyə hicrətdən 20 il əvvəl Məkkədə dünyaya gəlib. Muhəmməd peyğəmbərin (s. a. v.) həzrəti Xədicədən dünyaya gələn 3-cü uşağı olub. Ruqiyyə İslam dinini anası və bacıları ilə birlikdə qəbul edib.

Həzrəti Muhəmmədə peyğəmbərlik verilməmişdən qabaq Ruqiyyə Əbu Ləhəbin oğlu Utbəyə, bacısı Ümmügülsüm isə Əbu Ləhəbin digər oğlu Uteybəyə ərə getdi. Hələ toyları olmamış Quranın Ləhəb (Məsəd) surəsi nazil oldu. Bunun üstündən Əbu Ləhəb və arvadı öz oğullarına Muhəmməd peyğəmbərin qızlarını boşatdırdılar. Mənbələrdə qeyd olunur ki, peyğəmbər və qızları da belə istəyirdilər.

Ruqiyyə bundan sonra Osman ibn Əffana ərə getdi. Müsəlmanlar Məkkədə əziyyət çəkdikləri üçün həzrəti Muhəmməd qızı və Osmana Həbəşistana hicrət etməyi məsləhət gördü. Onlar da belə etdilər. Daha sonra da Mədinə şəhərinə getdilər. Deyilənə görə bu vaxt Ruqiyyə birinci övladını itirdi.

Ruqiyyə atası həzrəti Muhəmmədin Bədr döyüşünə hazırlaşdığı bir vaxtda qızılcıq xəstəliyinə tutuldu. Xəstəliyi şiddətləndi. Həzrəti Muhəmməd onun əri Osman ibn Əffana dedi ki, yoldaşının yanında qal. Bu səbəbdən Osman Bədr döyüşündə iştirak edə bilmədi.

Ruqiyyə Bədr döyüşünün davam etdiyi vaxtda – hicrətin 17 və ya 19-cu ayında (Ramazan ayının axırıncı 10 günündə: mart ayı, 624-cü il) Mədinədə 22 yaşında dünyasını dəyişdi. Cənazəsini Ümmü Eymən yudu. Meyyit namazını isə əri Osman ibn Əffan qıldırdı.

Bədr döyüşündə əldə olunan qələbənin xəbəri Mədinə şəhərinə gəlib çatdığı vaxt Ruqiyyə Bəqi qəbristanlığında dəfn olunurdu. Bu səbəbdən həzrəti Muhəmməd qızının dəfn mərasimində iştirak edə bilmədi.

Bununla belə, bəzi rəvayətlərdə qeyd olunur ki, həzrəti Muhəmməd qızı Ruqiyyənin dəfninə çatıb. Görünür ki, bu xəbəri nəql edənlər Ruqiyyə və Ümmügülsümün dəfn mərasimlərini bir-birinə qarışdırıblar.

Ömər ibn Xəttab Ruqiyyənin ölümündən kədərlənib ağlayan qadınlara mane olmaq istədi. Həzrəti Muhəmməd isə bildirdi ki, qışqırıb bağırmadan ağlamaq mərhəmətdən irəli gəlir.

Belə başa düşülür ki, həzrəti Fatimənin Ruqiyyənin qəbrinin üstündə ağlaması və həzrəti Muhəmmədin onun gözünün yaşını silməyi hadisəsi Bədr döyüşündən sonrakı qəbir ziyarəti vaxtı baş verib.

QEYD: Bu cavab yazısı hazırlandığı vaxt Türkiyə diyanət vəqfi tərəfindən nəşr edilən İslam ensiklopediyasından (35-ci cild, s. 219) istifadə edilmişdir.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
2.953 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Peyğəmbər (s. a. v.) münafiqlərə necə münasibət bəsləyib? 16.06.10 1.735 dəfə oxundu
2 Peyğəmbərimiz (s. a. v.) iftardan sonra necə dua edirdi? 03.04.10 29.018 dəfə oxundu
3 Ən böyük mürşid Muhəmməd əleyhissəlamdırmı? 22.03.19 75 dəfə oxundu
4 Muhəmməd peyğəmbərə o biri peyğəmbərlər kimi möcüzə verilib? 28.04.10 3.749 dəfə oxundu
5 Rəsulullah özünün peyğəmbər olduğuna heç şübhə etmişmi? 26.02.14 1.327 dəfə oxundu
6 Həzrəti Xədicənin peyğəmbərlə ailə qurduğu vaxt uşağı var idi? 18.06.10 2.389 dəfə oxundu
7 Hucurat surəsinin 7-ci ayəsini necə başa düşmək lazımdır? 02.01.12 1.803 dəfə oxundu
8 Həzrəti Muhəmmədin nəvələri və nəslinin davamı 13.08.09 3.836 dəfə oxundu
9 Peyğəmbərin Quranı şərh etmək kimi bir missiyası olub, yoxsa yox? 06.01.12 1.819 dəfə oxundu
10 Peyğəmbərin Qurandan başqa möcüzəsi yoxdursa, merac nədir? 09.07.10 3.689 dəfə oxundu
11 Birlik və bərabərliyin simvolu: Həzrəti Muhəmməd 24.01.12 2.605 dəfə oxundu
12 Peyğəmbərə cadu olunub? 22.01.11 6.471 dəfə oxundu
13 Peyğəmbərin nəslindən gələnlərə nə deyilir? 09.03.12 1.888 dəfə oxundu
14 Muhəmməd peyğəmbər Cənnətdə Məryəm ana ilə evlənəcək? 25.02.10 4.587 dəfə oxundu
15 Həzrəti Muhəmmədin qızı Ruqiyyə 12.03.12 2.953 dəfə oxundu
16 Peyğəmbəri hamıdan çox sevmək lazım olduğuna dair bir hədis var? 25.03.10 2.005 dəfə oxundu
17 “Ya rəsulallah” ifadəsini işlətmək dini cəhətdən düzgündür? 10.05.12 1.832 dəfə oxundu
18 Peyğəmbərin bütün hərəkətləri bizim üçün sünnədir? 01.02.11 1.891 dəfə oxundu
19 Peyğəmbərin nəslindən olan bir nəfər əlavə imtiyaz qazanır? 25.05.12 1.481 dəfə oxundu
20 Məgər Allah Uhud döyüşündə peyğəmbəri qorumadı? 05.03.11 1.888 dəfə oxundu
21 Muhəmməd peyğəmbərin (s) həyatı (I yazı) 01.02.13 1.064 dəfə oxundu
22 Peyğəmbərin dövlət başçısı kimi verdiyi qərarlar da müsəlmanlar üçün qüvvədədir? 07.03.11 1.579 dəfə oxundu
23 Muhəmməd peyğəmbərin (s) həyatı (II yazı) 02.02.13 2.651 dəfə oxundu
24 Rəvayətlərə əsasən Rəsulullahı nümunə götürmək mümkündür? 12.08.14 1.027 dəfə oxundu
25 Allah haqda “cc”, peyğəmbər barədə “s. a. v.” ixtisarını işlətmək olar? 22.05.11 2.299 dəfə oxundu
26 Peyğəmbərin qəbri haradadır? 16.11.13 7.434 dəfə oxundu
27 Peyğəmbər haqqında “kainatın əfəndisi” demək olar? 24.03.11 2.249 dəfə oxundu
28 Peyğəmbər necə qüsl verirdi? 29.05.11 8.454 dəfə oxundu
29 Rəsulullah, Kab b. Əşrəfi süi-qəsdlə öldürüb? 30.04.18 116 dəfə oxundu
30 Muhəmməd peyğəmbərin neçə hədisi var? 29.10.11 2.691 dəfə oxundu
31 Peyğəmbər necə təyəmmüm edirdi? 27.06.11 2.996 dəfə oxundu
32 Tövrat və İncildə Muhəmməd əleyhissəlamın adı keçirmi? 27.08.18 185 dəfə oxundu
33 Peyğəmbərimiz Qiyamət günü qədim ümmətlərə də şahidlik edəcək? 23.05.14 1.588 dəfə oxundu
34 Merac hadisəsi peyğəmbərin möcüzələrindən biri deyilmi? 29.06.11 1.936 dəfə oxundu
35 Peyğəmbərimizin ayı ikiyə böldüyü doğrudurmu? 19.11.18 354 dəfə oxundu
36 Muhəmməd peyğəmbərin anadan olma və vəfat tarixləri 04.08.09 6.348 dəfə oxundu
37 Peyğəmbər bizim bütün əməllərimizi görür? 05.07.11 2.381 dəfə oxundu
38 Nəbi olmayan birinin “Allahın elçisi” olması mümkündürmü? 10.12.18 71 dəfə oxundu