Cəhmiyyə
Müsəlmanlar > Fitvalar > Məzhəblər > Qəza-qədər Tarix: 27 Şubat 2012 Tövsiyə et Çap et
Sual: Cəhmiyyə nə deməkdir? Bu söz nəyi ifadə edir?

Cavab: Cəhmiyyə sözü Cəhm ibn Səfvanın (ö. H. 128, M. 745-ci il) adından yaranıb. Bu şəxsin etiqada dair fikirlərindən təşkil olunmuş məzhəbə və bu məzhəbi mənimsəyənlərə cəhmiyyə deyilir.

Bu məzhəb, İslam tarixində “qədəriyyə” olaraq tanıdılır.  Cəhmiyyə məzhəbi müşəbbihə və mücəssiməyə qarşı bir reaksiya kimi meydana gəlib. Bununla belə, bəzi alimlərin fikrincə onun yaranmağında Hind fəlsəfəsindən irəli gələn süməniyyə və digər fəlsəfi cərəyanların təsiri də olub. Alimlərin əksəriyyəti isə qədəriyyə/cəhmiyyə məzhəbinin əmələ gəlməsində əsas faktorun, “Cəbriyyəçilik” olduğunu qeyd edirlər ki, bu fikrə biz də qatılırıq.

İnsanların başına gələnin əvvəlcədən Allah tərəfindən yazıldığını, onların alın yazısı olduğunu təlqin edən bu düşüncəni Əməvilər də müdafiə etmiş və bu düşüncə onların zülümlərini ört-bas edən ən böyük siyasi düşüncəyə çevrilmişdi. Elədiklərini Allahın üstünə atmaq zalım və günahkar müsəlmanlardan bir çoxuna sərf elədiyi üçün bu əqidəni müdafiə etməyə başladılar. Əslində əməvilərin əksəriyyəti üzdə İslamı qəbul etmiş kimi görünsələr də düşüncələri Məkkə müşriklərindən (xüsusiylə qədər məsələsində) bir elə fərqli deyildi. 

Əməvilərin təlqin etdiyi Cəbriyyə əqidəsinə yəni, Allah tərəfindən əvvəlcədən təyin edilmiş bir qədərin olmadığını irəli sürənlərə ilk qarşı çıxan, Mabed əl-Cüheyni (öl.H.80/M.699) olmuşdur. 

Mabed əl-Cüheyni[1], insanların öz davranışlarında tamamilə sərbəst olduqlarını irəli sürmüşdür. Sonradan onun bu fikirlərini Cəhm ibn Səfvan[2] davam etdirmiş və bu məzhəb “Cəhmiyyə” olaraq tarixə keçmişdir. Qədər məsələsində ən çox haqlı olaraq, əsaslandığı ayələrdən birisi belədir:

“Biz aranızdakı mücahidləri və səbr edənləri ayırd edib üzə çıxarmaq üçün sizi mütləq sınayacaq və barənizdəki xəbərləri də yoxlayacağıq.” (Muhəmməd, 47/31).

Bu məsələ ilə əlaqədar ətraflı məlumat almaq üçün müstəqil mənbələrə, tarix kitablarına, eləcə də Türkiyə diyanət vəqfi tərəfindən nəşr edilən İslam ensiklopediyasına1 müraciət edə bilərsiniz. İnternet şəbəkəsindən də lazımi məlumatı almaq mümkündür.

Qədərlə əlaqəli oxşar sual-cavaba aşağıdakı linkən baxa bilərsiz:

Rəsulullahın dövründə qəza-qədərə iman necə idi?

[1] Mabəd əl-Cüheynini qətl edənin zülmü ilə məşhur olan Hallacı Yusuf olduğu rəvayət edilir.

[2] Cəhm b. Səfvanı qətl edənin Abdülməlik ibn Mərvan olduğu rəvayət edilməkdədir,

  1. 7-ci cild, İstanbul, 1993, s. 233-236. Bu mənbə BDU-nun İlahiyyat fakültəsinin kitabxanasında və AMEA-nın mərkəzi elmi kitabxanasının şərq zalında mövcuddur. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
1.827 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Axirətdə kimin nə deyəcəyi bu dünyada müəyyən olunub? 29.06.13 1.990 dəfə oxundu
2 Xəstəliklər günahların kəffarəsidir? 28.01.14 2.146 dəfə oxundu
3 Hər şeyi yaradan Allah olduğuna görə şərri də Allah yaratmış olur? 14.01.15 1.014 dəfə oxundu
4 İnsanlar ancaq Allahın icazəsi ilə imana gəlirmi? 02.02.15 1.257 dəfə oxundu
5 Qədər yönündən, Bəqərə surəsinin 255-ci ayəsini necə başa düşməliyik? 06.06.15 1.017 dəfə oxundu
6 Bizim seçmədiyimiz şeylər qədərimiz deyilmi? 08.06.15 989 dəfə oxundu
7 Ruzi, insanın çalışmağına bağlıdır yoxsa qədərinə? 18.06.18 423 dəfə oxundu
8 Allahın yazdığından başqası başımıza gəlirmi? 11.04.14 1.717 dəfə oxundu
9 İsa əleyhissəlamın axirətdə nə deyəcəyi əvvəlcədən məlum idi? 25.02.19 132 dəfə oxundu
10 Xərçəngə tutulmaq taledir, yoxsa düzgün qidalanmamaq? 02.07.14 2.708 dəfə oxundu
11 Cəhmiyyə 27.02.12 1.827 dəfə oxundu
12 Evlilər arasındakı problem qismətdənmi, yoxsa səhv seçimdən? 21.11.15 1.322 dəfə oxundu
13 Başımıza gələn hər şey Allahdandır? 21.10.19 95 dəfə oxundu
14 Quran meydana gələn hər şeyin yazıldığı bir kitabdır? 30.10.14 946 dəfə oxundu
15 İnsanın başına gələnlər Allah tərəfindən qabaqcadan müəyyənləşdirilir? 22.12.14 1.459 dəfə oxundu
16 “Nə edək, ən münasibi belə imiş!” demək qədər inancına müvafiqdir? 07.04.13 1.807 dəfə oxundu
17 Qəza-qədər məsələsi 24.02.13 4.132 dəfə oxundu
18 Bizim həyat yoldaşlarımız Allah tərəfindən qabaqcadan müəyyən edilir? 11.06.13 5.966 dəfə oxundu
19 Xızırın balaca bir uşağı öldürməyini nə cür başa düşmək lazımdır? 22.06.13 1.501 dəfə oxundu