Əməvilər
Müsəlmanlar > Fitvalar > İslam tarixi Tarix: 24 Şubat 2012 Tövsiyə et Çap et
Sual: Əməvilər kimlərdir? Xahiş edirəm, bu barədə bir az məlumat verin.

Cavab: Əməvilər raşid xəlifələrdən1 sonra (661-750-ci illərdə) hökm sürən ilk İslam xanədanıdır.

Xüləfayi-raşidin dövründən sonra Suriyanın paytaxtı Dəməşqdə (Şam) qurulan bu xanədan-dövlət İslam tarixində ilk ailə-sülalə dövlətidir. Adını banisi olan Müaviyə ibn Əbu Süfyanın mənsub olduğu Bənu Ümeyyə2 qəbiləsindən alıb. Müaviyə və ondan sonra gələn 2 xəlifə həmin qəbilənin Süfyani qolundan, digər 11 xəlifə isə eyni ailənin Mərvani qolundandır.

Bu məsələ ilə əlaqədar ətraflı məlumat almaq üçün müstəqil mənbələrə, tarix kitablarına, eləcə də Türkiyə diyanət vəqfi tərəfindən nəşr edilən İslam ensiklopediyasına3 müraciət edə bilərsiniz. İnternet şəbəkəsindən də lazımi məlumatı almaq mümkündür.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. Xüləfayi-raşidin: Əbu Bəkr, Ömər ibn Xəttab, Osman ibn Əffan, Əli ibn Əbu Talib. []
  2. Ümeyyə oğulları, Əməvilər. []
  3. 11-ci cild, İstanbul, 1995, s. 87-108. Bu mənbə BDU-nun İlahiyyat fakültəsinin kitabxanasında və AMEA-nın mərkəzi elmi kitabxanasının şərq zalında mövcuddur. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
2.012 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Peyğəmbər vəfat edib. Biz kimə beyət etməliyik? Əhli-beytə? 04.01.11 2.101 dəfə oxundu
2 Ənəs (r. a.) nə vaxt vəfat edib? 07.08.09 1.498 dəfə oxundu
3 Müsəlmanlar Uhud döyüşünü niyə uduzdular? 10.11.11 2.190 dəfə oxundu
4 Xəlifə Əbu Bəkr zəkat verməyənlərlə nə üçün döyüşdü? 17.02.12 1.625 dəfə oxundu
5 Əməvilər 24.02.12 2.012 dəfə oxundu
6 Dövlətin davamiyyəti məqsədilə qardaş öldürməyin hökmü nədir? 11.10.11 1.635 dəfə oxundu
7 Müaviyə barədə qısa sual-cavab 04.08.09 2.886 dəfə oxundu
8 Həzrəti Muhəmmədin qızı Ruqiyyə 12.03.12 2.867 dəfə oxundu
9 Məzhəblər Qurana qəsdən səhv tərcümə və təfsir veriblər? 06.07.12 1.659 dəfə oxundu
10 Yunus əleyhissəlam Allahın elçisi olduğu halda vəzifələnən yerdən qaçdı? 12.12.16 286 dəfə oxundu