Müsəlmanlar

Hicab duası var?

Sual: Hicab duası deyilən bir şey var? Başını örtüb hicaba təzə keçən bir qadın hansısa xüsusi bir dua oxumalıdır?

Cavab: İslam dinində təsəttür/hicab duası deyilən bir şey yoxdur. Bununla belə, hicab bağlamağa yenicə başlayan bir qız/qadın Allahın əmrini yerinə yetirdiyini fikirləşərək Allahdan bu ibadətdə sabit qalmağını diləyə bilər. Dua edib Allahdan əzm, səbr və təmkin istəyə bilər. Bu da öz növbəsində ayrı-ayrı şəxslərin öz seçimindən asılıdır.

Hicabla əlaqədar geniş məlumat üçün aşağıdakı yazılara da nəzər yetirin:

http://www.muselmanlar.com/fitvalar/geyim-kecim

http://www.muselmanlar.com/dusunce-sahesi/2795.html

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.