Cavab: Siz kişi xeylağı olduğunuza görə özünüzü kişi kimi aparmağa çalışın. Allah kişinin kişi ilə intim münasibət yaratmağını qadağan edib və bu işi görən Lut qövmü barədə belə buyurub:
“Biz Lutu da peyğəmbər göndərdik. O qövmünə belə dedi: “Siz dünyada əvvəllər heç kəsin etmədiyi bir fahişəlik növü ilə (çox iyrənc bir əməllə) məşğul olursunuz?”.
“Siz qadınları qoyub kişilərə şəhvətlə yaxınlaşırsınız. Şübhə yoxdur ki, siz hər cür həddi aşan azğın bir cəmiyyətsiniz”.
“Qövmünün cavabı: “Onları (Lut və tərəfdarlarını) məmləkətinizdən çıxardıb qovun. Çünki onlar çox təmizlənən insanlar imişlər!”, – deməkdən başqa bir şey olmadı”.
“Belə olduqda biz Lut və tərəfdarlarını xilas etdik; ancaq onun arvadı arxada qalıb həlak olanlardan oldu”.
Onların üzərinə bir əzab yağmuru yağdırdıq. Budur, bax! Günahkar kafirlərin axırı necə oldu (Əraf, 7/80-84)!”.
Siz sizə verilən kişilik vəzifəsini əlinizdən gəldiyi qədər yerinə yetirməyə çalışmalı və Allahdan kömək diləməlisiniz. Gücünüz çatmayan şeylərdən məsul olmazsınız. Başqa sözlə, əgər maraqlanmadığınıza görə bir qadınla evlənməsəniz, bunun sizin üstünüzdə bir məsuliyyəti olmaz.
Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.
Etiketlər: gay, homoseksual, kişinin kişi ilə cinsi əlaqəsi, lotu, Lut qövmü, luti, petux
| Sıra     | Sərlövhə | Tarix    | Oxunma     |
|---|---|---|---|
| 1 | İslamda homoseksualizmə münasibət | 30.06.09 | 731 dəfə oxundu |
| 2 | Homoseksual olmaq | 30.06.09 | 877 dəfə oxundu |
| 3 | Homoseksualizmdən nə cür xilas olmaq olar? | 11.08.09 | 496 dəfə oxundu |