Əzanın axırına səla əlavə etmək düzdür?
Müsəlmanlar > Əzan-iqamə > Fitvalar Tarix: 13 Ocak 2012 Tövsiyə et Çap et
Sual: Bəzi yerlərdə əzanın axırına səla əlavə olunub oxunur. Bu hərəkət dini cəhətdən nə dərəcədə düzgündür? Əgər düzgündürsə, niyə hər yerdə belə eləmirlər? Əgər düzgün deyilsə, nə üçün dini idarələr bunun qarşısını almırlar?

Cavab: Hər əzandan sonra əlavə səla1 oxumaq bidətdir. Bidət də həzrəti peyğəmbərin və əshabələrin dövründə olmayan, əməl edilməyən, hətta bir oxşarı olmayan və İslamda olmadığı halda sonradan yaranıb ibadət hesab olunan fikir və əməllərə, Sünnəyə zidd hərəkətlərə deyilir.

Həzrəti Muhəmməd (s. a. v.) dində sonradan meydana gələn və haqqında dəlil-sübut olmayan hallar haqqında belə demişdir:

“Ən pis işlər sonradan törədilənlərdir.” (Müslim, Cümə, 43)
“Sonradan ortaya çıxan hər şey bidətdir.” (Nəsai, İdeyn, 22; İbn Macə, Müqəddimə, 7)
“Hər bidət zəlalətdir, hər zəlalət də oddadır (cəhənnəm alovu).” (Müslim, eyni yerdə)

Sualınızın axırıncı hissəsi ilə əlaqədar olaraq qeyd etdiyiniz qurumlara müraciət edə bilərsiniz. Biz sadəcə olaraq ümumi qaydalardan danışırıq; belə  bir səlahiyyətimiz yoxdur.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. Səla və ya salavati-şərifə Cümə namazının əzanından əvvəl minarədən oxunur. Əlavə olaraq, bəzi müsəlman ölkələrdə bir müsəlmanın vəfat etdiyini elan etmək üçün də oxunur (adətən zöhr və ya əsr namazlarından əvvəl). []
Facebook'ta PaylaşTwitter'da Paylaş
1.539 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Əzan yuxu nəticəsində ortaya çıxıb? 05.05.14 1.168 dəfə oxundu
2 Hər millət öz dilində azan verə bilər? 12.06.11 2.185 dəfə oxundu
3 Cümə günü xütbədən qabaq oxunan daxili əzana ehtiyac var? 25.03.11 1.607 dəfə oxundu
4 Adı dəyişdirdikdə təzədən əzan oxumaq və qurban kəsmək lazımdır? 31.01.11 2.413 dəfə oxundu
5 Namazı əzan oxunan kimi qılmaq lazımdır? 21.12.10 10.203 dəfə oxundu
6 Qadınlar niyə iqamə demirlər? 30.11.10 7.810 dəfə oxundu
7 Sübh namazını əzan oxunan kimi qılmaq olar? 12.01.11 5.325 dəfə oxundu
8 Azan çəkildiyi vaxt özümüzü mütləq yığışdırmalıyıq? 06.07.10 4.058 dəfə oxundu
9 Əzanın axırına səla əlavə etmək düzdür? 13.01.12 1.539 dəfə oxundu
10 Azan duasını məsciddə camaatla birlikdə etmək doğrudur? 13.12.12 1.644 dəfə oxundu
11 Məsciddə əzan oxunmadan fərz namazını qıla bilərik? 26.10.16 418 dəfə oxundu