Yəhudilərə niyə çox ağır yemək-içmək qadağaları qoyulub?
Müsəlmanlar > Fitvalar > Qeyri-müsəlmanlar > Yemək-içmək Tarix: 21 Kasım 2011 Tövsiyə et Çap et
Sual: Məni bir məsələ maraqlandırır: Əgər ilahi kitab eynidirsə, nəyə görə yəhudilərə başqa cür heyvan kəsmək forması münasib bilinir? Bu, adət-ənənə ilə əlaqədardır, yoxsa həqiqətən də onların ilahi kitabında belə bir hökm var?

Cavab: Bu, hər şeydən əvvəl bizim kitabımızda – Quranda ifadə olunan bir məsələdir. Ənam surəsinin 146-cı ayəsində belə deyilir:

“Yəhudilərə dırnaqlı heyvanların hamısını haram etdik. İnək və qoyunun bel sütunlarına və ya bağırsaqlarına yapışan, yaxud sümüklərə qarışan yağlar istisna olmaqla, onların piylərini də haram etdik. Bu, həddi aşdıqlarına görə onlara verdiyimiz cəzadır. Şübhəsiz ki, Biz doğru danışanlarıq.”

Diqqət yetirin, ayədə deyilir ki, bu cəza onlara azğınlıq edib həddi aşdıqlarına görə verilib. Onların azğınlıqlarına gəlincə, bu, Quranın Nisa surəsində nahaq yerə adam öldürmək, faiz yemək və insanların mal-dövlətini haqsız yerə almaqları kimi izah olunur. Bu, onların öz kitablarında – Tövratda da var. Quran da bunu təsdiq edir.

Burada vacib bir məsələ var: Məlum olduğu kimi, İsa peyğəmbər (ə. s.) də İsrail oğullarına göndərilən bir peyğəmbər olub. Quranın Ali-İmran surəsindən öyrənirik ki, İsa peyğəmbər onlara gəldiyi vaxt belə deyir:

“Mən sizə haram edilmiş olan bəzi şeyləri də halal etməyə gəldim.”

Onlara haram edilən həmin şeylər əsl və təbiəti baxımından murdar olan şeylər deyil; əksinə, təmiz olduğu halda, cəzalandırmaq üçün haram edilən şeylərdir (piy və sairə).

Yəhudilər İsa əleyhissəlamı peyğəmbər kimi qəbul etmədiklərinə görə yuxarıda qeyd etdiyimiz hökmün ləğv edildiyini də qəbul etmirlər. Onlar Quranı da qəbul etmirlər. Buna görə də axırıncı peyğəmbər olan Muhəmməd (s. a. v.) (Əraf surəsinin 157-ci ayəsinə əsasən) onlara: “yaxşı işlər görməyi buyurur, pis əməlləri isə qadağan edir, onlara pak şeyləri halal, murdar şeyləri isə haram edir. Onların ağır yüklərini yüngülləşdirir və onları buxovlardan xilas edir.”

Bu ağır yüklərdən biri onlara cəza olaraq haram edilən təmiz qidalardır. Əvvəlcə İsa peyğəmbər o qadağaların bir hissəsini aradan qaldırdı, sonra da Muhəmməd peyğəmbər gəldi və həmin təmiz şeylərin hamısını halal etdi. Müsəlmanlara haram edilən 4 şey isə istisna olaraq qaldı: öz başına (kəsilmədən) ölən (murdar olan) heyvan, axan qan, donuz əti və Allahdan başqasının adı çəkilməklə kəsilən heyvan.

Əgər yəhudilər Quranı qəbul etsələr, yuxarıda haqqında danışdığımız çətinliklərdən xilas olarlar. Beləliklə də onlara həm dünya, həm də axirət nemətlərinin yolu açılar. Halbuki, bu gün onların əlində olan Tövratda həmin cəzalar olduğu kimi qeyd edilib.

Suala cavab verdi: Yahya Şenol1

18.11.2011

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. İslam hüququ mütəxəssisi, İstanbul universitetinin doktorantı. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
2.348 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Qurbağa yemək olar? Dində buna icazə verilir? 05.07.09 3.982 dəfə oxundu
2 Kımız içmək olar? 29.06.10 2.088 dəfə oxundu
3 Ölü heyvandan emal edilən yemlə qidalanan heyvanı yemək olar? 26.10.11 1.637 dəfə oxundu
4 Çiy ət, çiy basdırma və bu kimi şeylər yeməyin dini hökmü nədir? 05.07.09 2.719 dəfə oxundu
5 Sirkədəki spirtli maddənin hökmü nədir? 12.07.10 2.290 dəfə oxundu
6 Tərkibində E 120 maddəsi olan qida məhsulları halaldır? 28.10.11 2.119 dəfə oxundu
7 Xaşxaş haramdır? 29.06.10 5.316 dəfə oxundu
8 Meyvələrdəki alkoqolun hökmü nədir? 12.07.10 2.213 dəfə oxundu
9 Çaxırdan emal edilən balzamik sirkə halaldır? 17.11.11 1.910 dəfə oxundu
10 Tualet və mətbəx tullantıları eyni yerə gedir. Bu düzdür? 16.07.10 2.489 dəfə oxundu
11 Haram yem yeyən heyvanın əti halaldır? 13.07.10 2.142 dəfə oxundu
12 Yəhudilərə niyə çox ağır yemək-içmək qadağaları qoyulub? 21.11.11 2.348 dəfə oxundu
13 Spirtsiz pivəni içmək olar? 11.11.11 3.612 dəfə oxundu
14 Molyusk yemək halaldır, yoxsa haram? 02.03.11 2.490 dəfə oxundu
15 Quran nazil olduğu vaxt Məkkədə donuz əti yeyilirdi? 11.02.12 1.869 dəfə oxundu
16 Spirtli içkiləri müalicə məqsədi ilə işlətmək olar? 06.04.11 7.353 dəfə oxundu
17 Cirəgülü bitkisinin çayını içmək olar? 01.04.11 1.631 dəfə oxundu
18 Kefir içmək dini cəhətdən düzgündür? 10.09.12 1.996 dəfə oxundu
19 Donuz gübrəsi (peyini) ilə yetişdirilən məhsulları yemək haramdır? 10.11.15 1.065 dəfə oxundu
20 Qadağa dövründə ov etmək olar? 15.04.11 3.613 dəfə oxundu
21 Əti halal heyvanların iç piyini yemək də halaldır? 08.03.13 2.009 dəfə oxundu
22 İçkili yerlərdə yemək yeməyə getmək olar? 24.03.10 3.072 dəfə oxundu
23 Zəmzəm suyu içənlərin araq içməyi lap çox günahdır? 15.05.11 2.167 dəfə oxundu
24 Sınıq stəkandan su içmək günahdır? 27.03.13 2.574 dəfə oxundu
25 Elektroşok üsulu ilə kəsilən heyvanın ətini yemək olar? 08.04.10 2.118 dəfə oxundu
26 Marketlərdə satılan toyuqları yemək olar? 18.05.11 3.127 dəfə oxundu
27 Qeyri-müsəlmanın ovladığı balıq və dəniz məhsullarını yemək olar? 27.06.13 1.796 dəfə oxundu
28 Siqaret çəkmək də, yağlı yemək də zərərlidir. Bunların hökmü eynidir? 08.04.10 2.973 dəfə oxundu
29 Qurana əsasən mərci, soğan və sarımsağın bir qiyməti yoxdur? 24.05.11 5.171 dəfə oxundu
30 Krevet yemək olar? 05.01.14 2.280 dəfə oxundu
31 Marqarin və donuz piyi 05.07.09 4.315 dəfə oxundu
32 Ölü balıqlar da ayələrdə haram olunan meytə qismindəndir? 29.04.10 4.418 dəfə oxundu
33 Murdar olan heyvanın hansısa bir yerini yemək olar? 04.06.11 1.808 dəfə oxundu
34 Meşədə yetişən çiyələk, böyürtkən və şabalıdı yemək olar? 03.02.14 1.567 dəfə oxundu
35 Pendir, pendir mayası və pendir istehsalı 05.07.09 9.904 dəfə oxundu
36 Başından vurulub öldürülən balıqları yemək olar? 01.05.10 2.204 dəfə oxundu
37 İkra yemək olar? 18.07.11 3.763 dəfə oxundu
38 Qeyri-müsəlmanların kəsdiyi heyvanların ətini yemək olar? 20.04.15 1.502 dəfə oxundu
39 Yəhudi və xristianların kəsdiyi heyvanların ətini yemək olar? 05.07.09 2.700 dəfə oxundu
40 Siz nə üçün içkinin qəti surətdə haram olduğunu deyirsiniz? 13.05.10 13.345 dəfə oxundu
41 Çox yemək insanın qəlbini qaraldır? 19.07.11 2.147 dəfə oxundu
42 Donuz piyindən hazırlanmış sabundan istifadə etmək olarmı? 16.09.16 763 dəfə oxundu
43 Sulu qəlyan çəkmək olar? 05.07.09 4.816 dəfə oxundu
44 Qadın heyvan kəsə bilər? 24.05.10 3.672 dəfə oxundu
45 Sağlamlığa ziyan verən xəmir xörəklərinin hökmü nədir? 08.09.11 2.032 dəfə oxundu
46 Qəbristandakı məhsulları yemək olar? 05.07.09 2.292 dəfə oxundu
47 Çəyirtkə yeməklə əlaqədar fikrinizə təzədən nəzər sala bilərsiniz? 25.05.10 2.027 dəfə oxundu
48 Balığı tam ölməmiş qızardıb yemək düzdür? 22.10.11 1.734 dəfə oxundu
49 Çəyirtkə yemək olar? 05.07.09 3.075 dəfə oxundu
50 Vegetarianlığa münasibət 29.06.10 4.228 dəfə oxundu
51 Tərkibində malt olan qida məhsulları halaldır? 25.10.11 1.696 dəfə oxundu