Cavab: Cahiliyyə dövründə Ərəblərin arasında uşaq götürmək geniş yayılmışdı. Övladlığa götürülən uşaq doğma uşaq kimi qəbul edilir və ata öldüyü vaxt həmin uşaq onun varisi olurdu. İslam dini isə bu məsələni aradan qaldırmışdır. Bu barədə Allah Təala belə buyurur:
“(Allah) Sizin övladlığa götürdüklərinizi doğma oğullarınız olaraq qəbul etmədi. Onları atalarının kim olduqlarını bildirərək çağırın. Allah yanında ən doğru olan budur. Onların atalarının kim olduqlarını bilmirsinizsə, onlar sizin din qardaşlarınız və dostlarınızdır” (Əhzab, 33/4-5).
Övladlığa götürmək qadağandır, ancaq kimsəsiz uşaqları böyüdüb boya-başa çatdırmaq savabdır. Belə hallarda aşağıdakı məsələlərə xüsusilə diqqət yetirmək lazımdır:
1) Uşaq yanlarında böyüdüyü şəxslərin özünün əsl ata-anası olmadığını bilməlidir.
2) Övladlığa götürülən uşaq yanlarında böyüdüyü şəxslər öldüyü vaxt onların varisi olmamalıdır, lakin o insanlar vəsiyyət ediblərsə, ona vəsiyyət edilən mal-mülkü almalıdır. Əgər ölənlərin əsl varisləri varsa, övladlığa götürülən uşaq üçün nəzərdə tutulan vəsiyyətdə ümumi mal-mülkün üçdə birindən artığı göstərilməməlidir.
3) Yaddan çıxarmamaq lazımdır ki, o, doğma bir uşaq deyil və qayğısına qalmaq üçün götürülüb. Övladlığa götürülən oğlan uşağıdırsa, başqa oğlanlardan, qızdırsa, başqa qızlardan bir fərqinin olmadığını da mütləq bilmək lazımdır.1
Əgər bir qadın hələ təzə dünyaya gəlmiş bir körpəni övladlığa götürüb əmizdirsə, artıq o uşağın süd anası hesab olunur. Qız uşağıdırsa, o qadının əri üçün, oğlandırsa, qadının özü üçün doğma hesab edilir. Çünki bu kişi və qadının o uşaqlarla evlənməyi ömür boyu haramdır. Övladlığa götürülmüş uşaqlar evlənməkdən başqa digər məsələlərdə doğma uşaq sayılmırlar.
Qayda-qanununa rəayət etmək və lazımi şərtləri yerinə yetirmək şərtilə yetim və kimsəsiz bir uşağı övladlığa götürərək, yaxud onu himayəyə alaraq böyütmək və beləliklə, onu cəmiyyət üçün layiqli, daha doğrusu, faydalı bir insan kimi yetişdirib hazırlamaq olduqca xeyirli və səmərəli bir işdir. Bu barədə peyğəmbərimiz həzrəti Muhəmməd (s. a. v.) belə buyurmuşdur:
“Yetimə himayədarlıq edən şəxs və mən Cənnətdə şəhadət barmağı və orta barmaq kimi bir-birimizə yaxın olacağıq”.2
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.
Etiketlər: hami, himayə, himayədar, himayədarlıq, kimsəsiz uşağı övladlığa götürmək, övlad, övladlığa götürmək, övladlığın mirası, övladlıq, övladlıq varis ola bilər?, qəyyum, qəyyumluq, qəyyumluq etmək, uşaq, uşaq götürmək, uşaq götürmək istəyən ailə
| Sıra     | Sərlövhə | Tarix    | Oxunma     |
|---|---|---|---|
| 1 | Təzə doğulmuş bir körpəni övladlığa götürmək olar? | 29.06.09 | 453 dəfə oxundu |
| 2 | Övladlığa götürülən uşağa miras düşür? | 29.06.10 | 480 dəfə oxundu |