Fitrəni dini sahədə fəaliyyət göstərən fondlara vermək olar?
Müsəlmanlar > Fitrə > Fitvalar Tarix: 28 Ağustos 2011 Tövsiyə et Çap et
Sual: Fitrəni öz ehtiyaclarını ödəsinlər deyə, İslam dini ilə əlaqədar işlər görən fond və təşkilatlara vermək olar?

Cavab: Allah belə buyurur:

“Sayılı günlərdə (Orucu məlum günlərdə tutun)… Sizin aranızdan xəstə və ya səfər üstə olan(lar) tuta bilmədiyi günlər qədər başqa günlərdə oruc tutsun. Onu tuta bilənlər bir yoxsulu doyduracaq qədər fidyə də verməlidirlər. Kim bu xeyir işi səmimi şəkildə görsə, onun üçün daha xeyirli olar. Oruc tutmağınız sizin üçün daha yaxşıdır. Bunu kaş ki, biləydiniz”. (Bəqərə, 2/184)

Muhəmməd peyğəmbərdən (s. a. v.) bununla əlaqədar olaraq rəvayət edilən hədislər var. Həmin hədislərdən biri belədir:

“Peyğəmbər fitrəni oruc tutanın mənasız və pis hərəkətlərdən təmizlənməyi üçün və möhtaclara bir tikə (loxma) olsun deyə, vacib etmişdir”.1

Yuxarıdakı ayə və hədisdən məlum olur ki, fitrə bir yoxsulu doyuracaq qədər qidadır. Odur ki, öz ehtiyaclarını ödəsinlər deyə, fond və təşkilatlara fitrə verməyiniz düz deyil.

Ancaq haqqında danışdığınız təşkilatlar yığdıqları fitrələri həqiqətən də, kasıblara çatdırırlarsa, o vaxt fitrənizi onlara da verə bilərsiniz. Bu bir etibar məsələsidir və sizin şəxsi qərarınızdan asılıdır. Biz ümumi qaydalardan danışırıq (heç kəsin işinə qarışmırıq).

Bizim fikrimizcə, bu işin düzgünü fitrəni kasıbın özünə verməkdir.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. Əbu Davud, Zəkat, 17; İbn Macə, Zəkat, 21. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
1.329 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Ramazanda kömək üçün verilən pul fitrə hesab olunur? 29.08.11 1.341 dəfə oxundu
2 Fitrəni vəkalətlə vermək olar? 18.08.12 1.220 dəfə oxundu
3 Maaşla dolananlar fitrə ala bilərlər? 18.08.12 1.316 dəfə oxundu
4 Sədəqə məsələsində əsas meyar nədir? Bunda bir hədd var? 26.04.13 1.594 dəfə oxundu
5 Ramazanda kimlər fidyə verməyə bilər? 24.06.16 1.148 dəfə oxundu
6 Oruc tutan hər bir şəxs öz fitrəsini özü verməlidir? 27.06.16 1.299 dəfə oxundu
7 Kimlər fitrə verməlidirlər? 15.07.09 2.151 dəfə oxundu
8 Fitr sədəqəsini Ramazandan sonra da vermək olar? 15.07.09 1.788 dəfə oxundu
9 Fitrəni necə hesablamaq lazımdır? 15.07.09 1.819 dəfə oxundu
10 İnfaq nə deməkdir? 06.02.11 2.458 dəfə oxundu
11 Zəkat və fitrəni Ramazan ayında vermək məcburidir? 16.04.10 1.927 dəfə oxundu
12 Sədəqə nə deməkdir? 03.05.11 2.721 dəfə oxundu
13 1 fitrəni bölüb 3-4 kasıba vermək olar? 28.08.11 1.441 dəfə oxundu
14 Fitrəni qardaş-bacıya vermək olar? 28.08.11 1.486 dəfə oxundu
15 Fitrəni dini sahədə fəaliyyət göstərən fondlara vermək olar? 28.08.11 1.329 dəfə oxundu