Müsəlmanlar

Bir adam yeznəsinə zəkat və fitrə verə bilər?

Sual: Bir kişi öz yeznəsinə zəkat və fitrə verə bilər? Məlumdur ki, qayınata və qayınana ata-ana hökmündədirlər və yeznə onlara baxmalıdır. Bəs yeznə necə? Onların övladı kimidir?

Cavab: Bir şəxs öz zəkatını kasıb olan arvadına, eləcə də üsuluna (ata, baba, ana, nənə) və füruuna (uşaqları və nəvələrinə) verə bilməz.

Kasıb olan kürəkənə zəkat vermək olar. Qayınata və qayınana öz qızlarına baxmağa görə cavabdehdirlər. Onların kürəkənin qayğısına qalmaq kimi bir məcburiyyətləri yoxdur.

Onların ana və ata hökmündə olmaqları isə aralarında daimi evlənmə qadağası olması və bəzi təsəttür qaydaları üçün qüvvədədir. Əksinə, kürəkənlə qayınata və qayınananın arasında valideyn-övlad hökmləri qüvvədə deyil. Misal üçün, kürəkən qayınata və qayınanasına varis ola bilməz.

Nəticə etibarilə, bir adam fitrə və zətatını yeznəsinə verə biləcəyi kimi, qardaş və bacısına da verə bilər.

Oxşar sual-cavabı aşağıdakı linkdə görə bilərsiz:

Fitrəni qardaş-bacıya vermək olar?

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.