Müselmanlar
Yol üstündə olduqda oruc tutmaq olar?

Yol üstündə olduqda oruc tutmaq olar?

Sual: Mən Azərbaycanda yaşayıram. 10 gündən sonra Türkiyəyə gedəcəyəm. Gedəcəyim gün Ramazan ayına təsadüf edir. Yol təyyarə ilə ən çox 3 saat çəkir. Belə olan halda həmin gün mən oruc tutmalıyam, yoxsa yox?

Cavab: Olduğunuz yerdən 90 km kənara çıxmağınız səfəri olmağınız üçün kifayətdir. Bu səfərin (səyahət) piyada getməklə, maşın, qatar və ya təyyarə ilə olub olmamağının bir fərqi yoxdur. Səfərilik hökmlərini tətbiq edə bilərsiniz.

Bununla belə, oruc tutmaq səfəri olanlara da, xəstə olanlara da vacibdir. Amma bu insanlar Ramazan ayında oruc tutmayıb sonra qəza edə bilərlər. Bu, Allah tərəfindən onlara verilmiş bir icazədir. Buna baxmayaraq oruc tutsalar, daha yaxşı olar. Allah Təala belə buyurur:

“Sayılı günlərdə (Orucu sayılı günlərdə tutun)… Sizin aranızdan xəstə və ya səfər üstə olan(lar) tuta bilmədiyi günlər qədər başqa günlərdə oruc tutsun. Onu tuta bilənlər bir yoxsulu doyduracaq qədər fidyə də verməlidirlər. Kim bu xeyir işi səmimi şəkildə görsə, onun üçün daha xeyirli olar. Oruc tutmağınız sizin üçün daha yaxşıdır. Bunu kaş ki, biləydiniz”. (Bəqərə, 2/184)

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Bizi izləyin