Həcamat
Müsəlmanlar > Fitvalar > Müalicə və sağlamlıq Tarix: 23 Temmuz 2011 Tövsiyə et Çap et
Sual: Həcamat nə deməkdir? Peyğəmbər özünü həcamat etdirib?

Cavab: Həcamat bədənin hər hansı bir yerini yüngülcə cızıb üstünə buynuz, stəkan, banka və ya şüşə qoyaraq qan almaq deməkdir. Buna adətən həcamat qoydurmaq deyilir.

“Bu metodla qan almaq, yaxud da bədənin istənilən bir yerinə qan yığmaq üçün kiçik bir bankanı tərs tutub içərisinə tezbazar salınıb çıxardılan bir piltənin alovu ilə havası boşaldılır. Sonra dərhal bədənə yapışdırılır. Bunlar bir neçə saniyədə baş verir. Beləcə, qan üstündəki hava təzyiqinin azaldığı o nahiyəyə hücum edir.

Əgər məqsəd təkcə qan yığmaq deyil, kapilyar damarlardan qan almaqdırsa, bu vaxt bankanı bədənin həmin yerini yüngülcə cızdıqdan sonra qoyurlar. Nəticədə qan daxili təzyiq sayəsində asanlıqla xaricə çıxır, yəni, bankanın içinə dolur. Camaat (bu işi bilənlərin) arasında birincisinə quru həcamat, ikincisinə isə qanlı həcamat deyilir. Ancaq Azərbaycan dilində həcamat dedikdə insanın ağlına o dəqiqə qan aldırmaq gəlir. Misal üçün, bəzi adamlar bir-birinə hacamat qoydurmağı məsləhət görürlər. Bu, əslində “Get, filan yerdə yaxşı hacamatçı var, qan aldır”, – deməkdir.

Ərəb dilində buna fasd, bu işlə məşğul olana isə fassad deyilir.

Həcamat qoydurmaq (qan aldırmaq) həzrəti Muhəmməd peyğəmbərin (s. a. v.) dövründə də sağlamlığı qorumaq və müalicə vasitəsi kimi tətbiq olunub. Hətta peyğəmbərimiz özü də qan aldırmış, bunu başqalarına da məsləhət görmüşdür.

Həcamat o dövrün ən yaxşı müalicə metodlarından biri hesab olunub1. Muhəmməd peyğəmbər və əshabələri ümumən ağrı və baş ağrısına qarşı2 baş, kürək və boyun damarları, eləcə də sağrı (omba) və ayağın üstündən qan aldırıblar.3

Hədislərdə qeyd olunur ki, həcamat ağıl və yaddaşa qüvvə verir.4

MƏNBƏ: İslam ensiklopediyası, “Hacamat” bəndi, Türk dilində, 14-cü cild, s. 422-423.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. Buxari, Tibb, 13; Müslim, Müsəqat, 62-63. []
  2. Buxari, Tibb, 15; Əbu Davud, Tibb, 3. []
  3. Buxari, Tibb, 14, 15; Əbu Davud, Mənasik, 35; Tibb, 4, 5; Tirmizi, Tibb, 12; İbn Macə, Tibb, 21. []
  4. İbn Macə, Tibb, 22. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
6.260 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Qızımda depressiya var. Nə edim? 22.11.10 3.389 dəfə oxundu
2 Müsəlman qadının kişi həkimə getməyi dində qadağandır? 07.08.09 4.777 dəfə oxundu
3 Həcamat 23.07.11 6.260 dəfə oxundu
4 Şəfalı daşları alıb işlətmək günahdır? 12.02.11 1.986 dəfə oxundu
5 İslam dinində bioenerji vasitəsilə müalicəyə necə baxılır? 29.06.09 1.988 dəfə oxundu