Müsəlmanlar
Yaradılışla əlaqədar ayələrdəki 6 gün məfhumu nəyi bildirir?

Yaradılışla əlaqədar ayələrdəki 6 gün məfhumu nəyi bildirir?

Sual: Quranın göylərin və yerin yaradılması fəslində (Bəqərə 29, Əraf 54) deyilir ki, yer 6 gündə yaradılıb. Bu barədə söhbətimiz olmuşdu. Deyilmişdi ki, buradakı gün dünya və günəş hələ yaradılmadığı üçün bizim bildiyimiz gündən fərqli bir gün deməkdir. Əgər bu, insanların bilə bilmədikləri bir zaman vahididirsə, nə üçün Allah bizim başa düşə bilmədiyimiz bir müddətdən bəhs edir?

Cavab: Allah ilahi hökmləri bizim bildiyimiz sözlərlə izah edib. Gün deyildiyi vaxt biz bir zaman vahidini başa düşürük. Fərqi ancaq uzunluğu ilə əlaqədardır. Deməli, Allah yeri başlanğıcı və sonu olan ayrı 6 zamanda yaradıb.

Bunu necə bilmək olar? Misal üçün, 7-ci qat göyün yerdən uzaqlığını hansı sözlə ifadə etmək olar? Ən yaxın ulduzun, 1-ci qat səmanın uzaqlığını ifadə etmək üçün işıq ili kimi sözlər işlədilir. Bizim bunlara onsuz da ehtiyacımız yoxdur. Gündəlik danışıq dilində də işıq ili ifadəsini işlətmirik. Bunu ancaq müvafiq elm sahələrinin nümayənələri işlədirlər.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.