Qurana əsasən körpə neçə ay əmizdirilir? 24, yoxsa 30?
Müsəlmanlar > Evlilik-ailə həyatı > Fitvalar > Körpəni əmizdirmək-Süd qohumluğu Tarix: 29 Mayıs 2011 Tövsiyə et Çap et
Sual: Körpəni əmizdirməklə əlaqədar 2 ayə var: Əhqaf surəsinin 15-ci ayəsində süd verməyin müddəti kimi 30 aydan danışılır. Loğman surəsinin 14-cü ayəsində isə: “süddən kəsilməyi 2 ildə olur”, - deyilir. Birində 30, digərində 24 ay deyilir. Bunu necə başa düşək?

Cavab: Gəlin, hər şeydən əvvəl bu barədə sualınızda qeyd etdiyiniz və etmədiyiniz Quran ayələrinə bir nəzər salaq:

Əhqaf, 46/15: Biz insana ata-anasının qayğısına qalmağı tövsiyə etdik. Anası onu (bətnində) əziyyətlə daşımış və əziyyətlə doğ­­muşdur. Onun (bətndə) daşınma və süddən kəsilmə müddəti otuz ay çəkir. Nəhayət, o, yetkinlik çağına yetişib qırx yaşa çatdıqda deyər: “Ey Rəbbim! Mənə, mənim özümə və valideynlərimə bəxş etdiyin nemətə şükür etmək və Sənin razı qalacağın yaxşı işlər görmək üçün ilham ver, nəslimi də mənim üçün əməlisaleh et. Mən Sənə tövbə etdim. Həqiqətən, mən müsəlmanlardanam!”.

Loğman, 31/14: “Biz insana ata-anasının qayğısına qalmağı əmr etdik. Anası onu (bətnində) gündən-günə zəiflədiyinə baxmayaraq daşımışdır. Onun süddən kəsilməsi isə iki il ərzində olur. Mənə və valideynlərinə şükür et! Axır dönüş Mənədir”.

Bəqərə, 2/233: “Analar öz övladlarını tam iki il əmizdirməlidirlər. (Bu,) əmizdirməni tamamlamaq istəyənlər üçündür. Anaların yeməyi və geyimi müvafiq qayda uşağın atasının üzərinə düşür. Heç kəs qüvvəsi çatdığından artıq yüklənməz. Nə anaya öz övladına görə, nə də ataya öz övladına görə zərər verilməlidir. (Bu vəzifə) eynilə varisin üzərinə düşür. Əgər (ata və ana) özlərinin razılığı və məsləhəti ilə (uşağı) süddən kəsmək istəsələr, ikisinə də heç bir günah sayılmaz. Əgər siz uşaqlarınızı (süd anasına) əmizdirmək istəyirsinizsə və (süd haqqını) müvafiq qayda üzrə ödəsəniz, sizə heç bir günah olmaz. Allahdan qorxun və bilin ki, Allah sizin nə etdiklərinizi görür”.

Əhqaf surəsində qeyd olunan 30 ay ifadəsi ilə uşağın əmizdirilməsi nəzərdə tutulmur. وَحَمْلُهُ وَفِصَالُهُ ثَلَاثُونَ شَهْرًا cümləsində uşağın insan olaraq ana bətnində daşınmağı da nəzərdə tutulur. Yəni, bir qadın hamilə qaldıqda müəyyən bir vaxta qədər uşaq ona yük olmur. Allah Təala bunu “hamlən xəfifa (yüngül hamiləlik)” adlandırır. 16 həftəlik olduqdan sonra isə körpə anasına yük olmağa başlayır. Artıq həmin vaxtdan etibarən xarici aləmə qarşı həssaslığı olur, anasının bətnində müxtəlif hərəkətlər edir. Bu, ona ruh üfürüldükdən sonra baş verir. Uşaq bu vaxtdan başlamaqla ana bətnində 6 ay qalır.

Odur ki, həmin 30 aydan 6 ayı çıxsanız, yerdə 24 ay qalır. Bu 24 ay da körpənin süddən kəsilməyi üçün verilən ən axırıncı müddətdir.

O biri ayədə də: “Analar öz övladlarını tam iki il əmizdirməlidirlər. (Bu,) əmizdirməni tamamlamaq istəyənlər üçündür”, – deyilir.

Ayədən də başa düşüldüyü kimi, uşağını 2 yaşından əvvəl süddən kəsmək istəyən ana bu qərarı öz başına verə bilməz. Sadəcə olaraq əri ilə razılığa gəldikdən sonra körpənin südünü vaxtından əvvəl kəsə bilər.

Materiallardan istifadə edərkən mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
4.899 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 İslama əsasən körpəni nə vaxta qədər əmizdirmək lazımdır? 01.11.11 3.347 dəfə oxundu
2 Hamilə qadın uşağa süd verə bilər? 21.11.10 5.174 dəfə oxundu
3 Qadın uşağına süd verməlidir, ya yox? 07.01.11 2.687 dəfə oxundu
4 Qurana əsasən körpə neçə ay əmizdirilir? 24, yoxsa 30? 29.05.11 4.899 dəfə oxundu
5 Ana uşağını 2 ildən artıq əmizdirə bilər? 29.09.12 2.794 dəfə oxundu
6 Quranda körpəni süddən kəsməklə əlaqədar ayə var? 06.02.13 3.009 dəfə oxundu
7 Süd bankı təsis etmək dini cəhətdən düzgündür? 25.02.13 1.808 dəfə oxundu
8 Süd bankı məsələsinə necə yanaşırsınız? 31.03.13 1.610 dəfə oxundu
9 Süd bankı təsis etmək barəsində nəyə əsasən təkid edirsiniz? 17.08.13 1.307 dəfə oxundu
10 Arvadının südünü içən kişi onun süd oğlu olur? 05.12.11 60.930 dəfə oxundu
11 Bir insan öz bacı-qardaşının süd qardaş-bacısı ilə evlənə bilər? 15.03.10 5.356 dəfə oxundu