Qəbristanlıq şəhərdə olmalıdır, yoxsa qıraqda?
Müsəlmanlar > Fitvalar > Qəbristan-Qəbir ziyarəti Tarix: 28 Mayıs 2011 Tövsiyə et Çap et
Sual: Qəbristanlıq şəhərdən kənarda olmalıdır, yoxsa içəridə? Dini cəhətdən hansı münasibdir? Mən bu məsələ ilə əlaqədar bir telexəbər izlədim. Göstərilirdi ki, bələdiyyə şəhərin mərkəzində qəbristanlıq salmaq istəyir, ancaq camaat buna etiraz edir. Özü də elə etiraz edirdilər ki, elə bil heç ölməyəcəklər. İnternetdə də belə bir yazı oxumuşam: “Osmanlı dövründə evlər və məhəllələrin böyük bir məscidin ətrafında tikilib salınması, eləcə də evlərin yanında qəbirlərin olmağı, böyük şəhərlərin qəbristanlıqlarının şəhərdən kənarda deyil, məhz mərkəzi bir yerdə olmağı həyatla ölümün bir-birilə sıx əlaqədə olduğunu göstərir. Qəbristanlığın lalə və bənövşə kimi çiçəklərlə dolu olması isə ölümün insanların şüurunda həmişə canlı və təzə qalmasına hesablanıb. Digər tərəfdən ev-qəbir yaxınlığı fani olan yerlərdən əbədi aləmin başlanğıc yeri olan məkana keçidin nə qədər qısa və nə qədər tez baş verdiyini göstərir və xatırladır ki, əsl yer axirət yeridir; yəni, o biri dünyadır” (MƏNBƏ: Turgut Cansever, İslamda şəhər və memarlıq). Siz bu haqda nə deyərdiniz?

Cavab: Qəbristanlıqların şəhər, yaxud da hansısa bir yaşayış məntəqəsindən kənarda salınmağı İslam dininin bir əmri və ya məsləhət gördüyü bir şey deyil. Mədinə şəhərində yerləşən və peyğəmbərimizin (s. a. v.) dövründən üzü bəri istifadə olunan Bəqi qəbristanı (cənnətu-l-bəqi) peyğəmbərin (s. a. v.) evinin təqribən 50 metr yaxınlığındadır. Bu da göstərir ki, qəbristanlar evlərin yaxınlığında ola bilər.

Əlavə olaraq, peyğəmbərin (s. a. v.), Əbu Bəkr (r. a.) və Ömərin (r. a.) (üçünün yanaşı) peyğəmbərin yaşadığı evdə dəfn olunmağı da bir dəlil kimi qəbul edilir.

Məsələyə bu baxımdan yanaşdıqda yuxarıda qeyd olunan əsərdəki təsbitlərin düzgün olduğunu demək olar.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
6.498 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Qəbirlərə şəkil qoydurmaq olar? 10.01.12 4.251 dəfə oxundu
2 Dara düşdüyümüz vaxt qəbirlərdən kömək diləməklə əlaqədar bir hədis var? 10.03.10 3.203 dəfə oxundu
3 Qəbirlərin təhqir edilməsinə münasibət 01.11.13 1.512 dəfə oxundu
4 Qəbir ziyarəti 29.06.09 4.405 dəfə oxundu
5 Qəbir əhlindən bir şey istəmək olarmı? 25.05.16 1.494 dəfə oxundu
6 Heyzli qadının qəbir üstünə getməsi 29.06.09 3.895 dəfə oxundu
7 Qəbirstanlıqlarda radiodan Quranın yayınlanması nə dərəcədə doğrudur? 18.11.16 710 dəfə oxundu
8 Ölülərdən kömək istəmək düzgündür? 29.06.09 2.739 dəfə oxundu
9 Adətli/heyzli qadın qəbir üstünə gedə bilərmi? 20.03.18 139 dəfə oxundu
10 Allahdan başqasını köməyə çağırmaq 29.06.09 3.187 dəfə oxundu
11 Bayram günü qəbir üstünə getmək dini cəhətdən düzgündür? 02.04.10 3.017 dəfə oxundu
12 Qəbirdən torpaq götürmək və gül-çiçək qopartmaq günahdır? 04.06.10 5.000 dəfə oxundu
13 Qəbristanlığın yanından keçdikdə musiqiyə qulaq asmaq olar? 14.06.10 3.074 dəfə oxundu
14 Fatihəni mütləq pirin içində vermək lazımdır? 23.12.10 2.478 dəfə oxundu
15 Aybaşı halında olan qadın qəbir üstünə gedə bilər? 21.01.10 11.638 dəfə oxundu
16 Qəbristanlıqda məscid tikmək olar? 03.03.11 2.118 dəfə oxundu
17 Qəbristanlıq şəhərdə olmalıdır, yoxsa qıraqda? 28.05.11 6.498 dəfə oxundu
18 Ölülər eşitmirlərsə, biz niyə onlara salam veririk? 24.06.11 3.482 dəfə oxundu
19 İslamda qəbir evi və qəbristanlıq 25.10.11 4.561 dəfə oxundu
20 Pir və ziyarətgahlar 07.12.10 20.820 dəfə oxundu