Müsəlmanlar
Ərəb dilini bilməyənlər Quranı nə cür dərk edə bilərlər?

Ərəb dilini bilməyənlər Quranı nə cür dərk edə bilərlər?

Sual: Siz bir dəfə dərsdə dediniz ki, Qurandakı ayələri Allah Özü izah edir. Halbuki çox adam Ərəb dilini bilmir. Quran da Ərəb dilindədir. Bu dili bilməyənlər Qurandakı lazımi izahları başa düşə bilməzlər. Zəhmət olmasa, nəyi nəzərdə tutduğunuzu bir qədər aydınlaşdırın.

Cavab: O izahlar sıravi insanlar üçün deyil, alimlər üçündür. Allah bu barədə belə buyurur:

“(Bu) Ərəbcə Quran olaraq (onu) bilən bir qövm üçün ayələri müfəssəl izah edilmiş bir kitabdır”. (Fussilət, 41/3)

Mən sizə həmişə xörək hazırlamağı misal verirəm. Xörək bişirmək üçün bütün ləvazimat mətbəxdə olsa, yemək hazır olar? Onu lazımi qaydada bişirməyi bacaran bir nəfər də olmalıdır. Çox ac olan bir adam: “Oho! Burda hər şey var imiş!”, – deyib çiy ət yeyə bilməz.

Quran ayələrindən hökm çıxartmaq da belədir. Bu iş mütəxəssis olmağı tələb edir. Bunun üçün alimlərdən təşkil olunmuş bir heyət olmalıdır.

Bəzi insanlar Quranı başa düşmək və ondan hökm çıxartmaq anlayışlarını bir-birinə qarışdırırlar. Burada bir misal da vermək istəyirəm. İnsan meşəyə getdiyi vaxt oranın təmiz havasından, meyvələrindən və suyundan istifadə edə bilər. O ərazidəki bir çox şeydən fayda götürə bilər. Amma meşənin ağaclarından mebel hazırlamaq istəsə, özünü boş yerə yorar və bir nəticə əldə edə bilməz. Çünki bunun üçün də müəyyən bilik və bacarıqlara malik olmaq lazımdır.

Bu, Quranı başa düşmək və ondan hökm çıxartmağa münasibətdə də belədir.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır (İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri).

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.