Hər şey öyrədilən insan ölü basdırmağı qarğadan öyrəndi?
Müsəlmanlar > Cənazə-meyyit > Fitvalar Tarix: 04 Mayıs 2011 Tövsiyə et Çap et
Sual: Məlum olduğu kimi, Allah Adəm peyğəmbərə hər şeyin adını öyrədib. Beləcə, Adəm böyük bir elmə malik olub. Adəm oğullarından biri digərini öldürdüyü vaxt onun meyyitini nə edəcəyini bilmədi. Bir qarğa ona ölünü torpağa basdırmağı göstərdi. Məgər o, nə etmək lazım olduğunu bilmirdi?

Cavab: Əslində cavab elə sualın özündədir. Allah hər şeyin adını Adəmə öyrətdi. Oğullarına yox! Əgər bu hadisə Adəmin başına gəlsəydi, o meyyiti nə etməli olduğunu bilərdi.

Ayələrdən belə başa düşülür ki, Qabil Habili öldürdüyü vaxt yanında heç kim yox idi. Başqa sözlə desək, o, atasından və o vaxt həyatda olan digər insanlardan gizlincə qardaşını öldürmüş, ancaq indiyə qədər belə bir vəziyyətlə üzləşmədiyinə görə onun meyyitini nə edəcəyini bilməmişdi. Allah Maidə surəsinin 31-ci ayəsində buyurduğu kimi, bir qarğa göndərməklə meyyitin torpağa basdırılmalı olduğunu ona başa salmışdır.

Bu məsələ ilə əlaqədar Quran ayələri aşağıdakı kimidir:

“Onlara Adəmin iki oğlunun əhvalatını doğru olaraq danış: Onların hər biri bir qurban təqdim etmiş, birininki qəbul edilmiş, digərininki edilməmişdi. Qurbanı qəbul olunmayan: “And olsun ki, səni öldürəcəyəm”, – deyəndə qardaşı: “Allah ancaq müttəqilərin qurbanını qəbul edər”, – demişdi.

“Sən məni öldürmək üçün mənə əl qaldırarsan, mən səni öldürmək üçün sənə əl uzatmaram; çünki mən aləmlərin Rəbbi olan Allahdan qorxuram”.

“Mən sənin həm mənim, həm də öz günahını götürüb cəhənnəmliklərdən olmağını istəyirəm. Zülm edənlərin cəzası budur”.

“Beləcə, qardaşını öldürməkdə öz nəfsinə uydu və onu öldürüb zərərə uğrayanlardan oldu”.

“Allah qardaşının ölüsünü necə basdıracağını göstərmək üçün ona yeri eşələyən bir qarğa göndərdi. “Vay mənim halıma! Qardaşımın meyitini basdırmaq üçün bu qarğa qədər də ola bilmədim”, – deyib gördüyü işə peşman olanlardan oldu”. (Maidə, 5/27-31)

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
1.813 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Kimin meyyit namazını qılmaq olar, kimin yox? 15.03.12 2.160 dəfə oxundu
2 Ölən körpə uşaqlara meyyit namazı qılınmalıdır? 28.06.09 4.815 dəfə oxundu
3 Suda itənin meyyit namazı 29.05.12 1.406 dəfə oxundu
4 Qiyabi meyyit namazı 26.05.14 1.328 dəfə oxundu
5 İslamda isqatu-s-səlat deyilən bir şey var? 25.06.12 1.577 dəfə oxundu
6 İslam dinində meyyiti yandırmağa necə baxılır? 23.01.10 2.167 dəfə oxundu
7 Dinimizdə toy və yas mərasimlərinə münasibət 26.05.13 3.006 dəfə oxundu
8 Yas saxlamaq olarmı? 16.03.16 4.360 dəfə oxundu
9 Kişi arvadının meyyitini qəbirə sallaya bilər? 13.06.13 1.371 dəfə oxundu
10 Qadınlar meyyit namazı qıla bilərlər? 16.05.10 1.744 dəfə oxundu
11 Dəfn mərasimində qadınlar iştirak edə bilər? 12.03.14 1.772 dəfə oxundu
12 Ölü yerində çörək yemək günahdır? 16.05.10 2.461 dəfə oxundu
13 İntihar edən insanın cənazə namazı qılınarmı? 04.02.19 360 dəfə oxundu
14 Deyilənə görə bəzi adamların bədəni çürümür. Bu düzdür? 16.05.10 1.831 dəfə oxundu
15 Meyyit basdırıldıqdan sonra molla nəsə deməlidir? 24.11.10 2.037 dəfə oxundu
16 Ölünü basdırandan sonra namazını qılmaq olar? 14.01.11 1.776 dəfə oxundu
17 Bir kişi ölən arvadının meyyitini yuya bilər? 03.03.11 2.650 dəfə oxundu
18 Ölən körpəyə dua 12.03.11 1.748 dəfə oxundu
19 Başsağlığı vermək üçün kilsədəki cənazə mərasiminə getmək olar? 02.04.11 1.907 dəfə oxundu
20 Hər şey öyrədilən insan ölü basdırmağı qarğadan öyrəndi? 04.05.11 1.813 dəfə oxundu
21 Ölülərə tapşırılan Yasinin savabı onlara çatır? 20.05.11 2.794 dəfə oxundu
22 Ölüyə təlqin etmək müstəhəbdir? 09.03.12 1.767 dəfə oxundu