Müsəlmanlar
Din xadimlərinin fitvaları nəyə görə bir-birindən fərqlənir?

Din xadimlərinin fitvaları nəyə görə bir-birindən fərqlənir?

Sual: Sizin verdiyiniz bəzi fitvalar digər din alimlərinin fitvaları ilə eyni deyil. Nəyə görə hamınız eyni şeyi demirsiniz? Hər ağızdan bir səs gəlir, hərə bir şey deyir. Bəs biz neyləyək? Kimin fitvasını əsas tutaq? Tutalım ki, bir din aliminin fitvası ilə əməl etdik. Əgər səhvə yol vermişiksə, bunun günahkarı kim olur?

Cavab: Dini məsələlərlə əlaqədar fitvaların bir-birindən fərqi, bu məsələdə həmfikirliyin mümkün olub olmaması və sıravi insanların dini cəhətdən cavabdehliyi barədə məlumat üçün aşağıdakı keçidlərə daxil olun:

http://www.muselmanlar.com/fitvalar/2891.html

http://www.muselmanlar.com/fitvalar/1906.html

Həmin yazılardakı fikirlərə əlavə olaraq bunları deyə bilərik:

Siz kimin nə dediyinə görə deyil, nəyi və necə dediyinə baxmağa görə cavabdehsiniz. Misal üçün, soruşulan bir sualın cavabı kimi: “Belə olar”, – deyənlərin dəlillərinə baxın. Sonra da: “Belə olmaz”, – deyənlərin dəlillərini nəzərdən keçirin. Hansının dəlili güclüdürsə, ona əsasən hərəkət edin. Əgər bunu etmədən, sizə sərf edən fitvanı seçsəniz, təbii ki, cavabdeh siz özünüz olarsınız.

Fitva məsələləri ilə əlaqədar ətraflı məlumat üçün aşağıdakı keçidə baxın:

http://www.muselmanlar.com/fitvalar/fitva

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.