Qadağa dövründə ov etmək olar?
Müsəlmanlar > Fitvalar > Ov-atıcılıq-ovçuluq > Yemək-içmək Tarix: 15 Nisan 2011 Tövsiyə et Çap et
Sual: Qurani-Kərimdə, eləcə də bəzi hədislərdə və fiqhdə quruda, dənizdə və yerin altında və üstündə yaşayan və ya orada olan, halal və mübah mal adlanan canlı və cansız bəzi şeylər var. Misal üçün, ov heyvanları, mədənlər, xəzinə və dəfinələr. Quranda ayələr var ki, bunları ovlamaq və müxtəlif yollarla əldə etməklə yemək və istifadə etmək halaldır. Məsələn: “Quru və dəniz ovu və yeməyi sizə halal qılındı”, - ayəsi. Sualım budur: Bu gün dövlət ov etməyi və ya yerin altında olan filiz və mədənləri, o cümlədən xəzinə kimi yerə basdırılmış şeyləri çıxartmağı qadağan etsə, yəni, bunu cinayət hesab etsə, biz Quran və Sünnədəki bu hökm və icazələrə əsasən həmin şeyləri çıxarda bilərik? Yaxud da bu qadağaya baxmayaraq ov etmək olar? Əgər kimsə belə etsə, başqalarının haqqını tapdamış olar? Və bu ov məhsullarını istifadə etmək ona haram olar? Bu məsələdə dövlətin qoyduğu qanun qüvvədədir, yoxsa Allah və rəsulunun buyuruqları?

Cavab: Allah Təala Qurani-Kərimin bir ayəsində belə deyir:

“Ey Peyğəmbər! Mömin qadınlar Allaha heç bir şərik qoşmayacaqlarına, oğurluq və zina etməyəcəklərinə, uşaqlarını öldürməyəcəklərinə, əlləri ilə ayaqları arasından olanı yalanla ört-basdır etməyəcəklərinə (ərlərindən olmayan uşaqlarını onlara isnad etməyəcəklərinə) və məruf məsələsində sənə qarşı çıxmamaq şərti ilə sənə beyət etmək üçün yanına gəldikləri zaman onları qəbul et. Allahdan onlar üçün bağışlanma dilə. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir”. (Mumtəhinə, 60/12)

Göründüyü kimi, ayədə altından xətt çəkilmiş bir hissə var. Buradakı məruf sözü gözəl olmağı ağıl və ya din vasitəsilə bilinən şey deməkdir. Peyğəmbərə (s. a. v.) beyət etmək üçün gələn qadınlardan ayədə qeyd edilən məsələlərə əlavə olaraq “mərufa müvafiq əmrlərinə qarşı çıxmamaq” məsələsində söz verməkləri tələb olunur. Burada məruf peyğəmbərin və ya ondan sonra gələn xəlifələrin, yəni, səlahiyyətli şəxs və orqanın qoyduğu – Qurana zidd olmayan hökmlərdir. Buna görə də müsəlman bir şəxs səlahiyyətli orqanın qoyduğu və məruf kimi qəbul edilə bilən hər bir hökmə tabe olmağa məcburdur.

Qeyd edək ki, dövlət ov heyvanlarının plansız ovlanması nəticəsində nəsillərinin yox olmaması üçün bir sıra tədbirlər görə bilər. Həmin tədbirlərin çox xeyri var. Çünki plansız və necə gəldi ov etməyin nəticəsində heyvanlar aləmindəki tarazlıq pozula bilər. Bu, fəsaddır. Allah isə fəsad törətməyi qadağan etmiş və bir çox ayədə bildirmişdir ki, fəsad törədənləri sevmir!

Gəlin, aşağıdakı ayələrə diqqət yetirək:

“İnsanların öz əlləri ilə gördükləri işlərin ucbatından quruda və dənizdə fəsad törədi. Allah bəlkə, bu yoldan qayıdarlar deyə, əməllərinin bir qismini onların özlərinə daddırır”. (Rum, 30/41)

“İnsanların eləsi var ki, onun bu dünya həyatı ilə əlaqədar sözləri səni heyran edər. O, qəlbində olana Allahı şahid göstərər. Əslində o, qatı bir düşməndir.

O dönüb getdikdə yer üzündə fitnə-fəsad törətməyə, əkinləri və nəsilləri məhv etməyə çalışar. Allah isə fitnə-fəsadı sevmir.

İş başına keçən kimi aranı qarışdırmaq, mənbələri yox etmək və nəsilləri məhv etməyə çalışar. Allah fitnə-fəsadı sevməz!”. (Bəqərə, 2/204-205)

Bu ayələrə əsasən yer üzündəki mənbələri nadanlıqla və qayda-qanuna tabe olmadan korlayanlar fitnə-fəsad törədirlər. Elə isə ov heyvanlarını, balıqları, qısa desək, təbiəti mühafizə etməyə çalışanların qoyduğu qayda-qanunlar da məruf çərçivəsində qiymətləndirilməlidir. Bu qaydalara da tabe olmaq lazımdır.

Əlavə olaraq peyğəmbərimiz (s. a. v.) ona qonaqlıq vermək istəyən bir əshabəyə xəbərdarlıq edərək belə deyib:

“Sağılan heyvanı kəsmə!” (Müslim, Əşribə, 20; İbn Macə, Zəbaih, 7).

Ov qadağası vaxtı qadağaya zidd olaraq ov etmək insanı babala salır. Eynilə bunun kimi bəndə haqqı yeməyinə də səbəb ola bilər. Əgər qadağa olmasaydı, bir çox insanın malik ola biləcəyi bir şeyə qadağaya fikir vermədən sahib olmaq bəndə haqqını tapdamaq olardı. “Əşi, o heyvanlar heç kimin deyil ki!”, – deyib özünü haqlı çıxartmaq da olmaz. Çünki o heyvanlar heç kəsin olmadığı kimi, sizin də deyil.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
3.618 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Siqaret çəkmək də, yağlı yemək də zərərlidir. Bunların hökmü eynidir? 08.04.10 2.979 dəfə oxundu
2 Qurana əsasən mərci, soğan və sarımsağın bir qiyməti yoxdur? 24.05.11 5.214 dəfə oxundu
3 Krevet yemək olar? 05.01.14 2.292 dəfə oxundu
4 Marqarin və donuz piyi 05.07.09 4.324 dəfə oxundu
5 Ölü balıqlar da ayələrdə haram olunan meytə qismindəndir? 29.04.10 4.431 dəfə oxundu
6 Murdar olan heyvanın hansısa bir yerini yemək olar? 04.06.11 1.809 dəfə oxundu
7 Meşədə yetişən çiyələk, böyürtkən və şabalıdı yemək olar? 03.02.14 1.570 dəfə oxundu
8 Pendir, pendir mayası və pendir istehsalı 05.07.09 9.931 dəfə oxundu
9 Başından vurulub öldürülən balıqları yemək olar? 01.05.10 2.206 dəfə oxundu
10 İkra yemək olar? 18.07.11 3.796 dəfə oxundu
11 Qeyri-müsəlmanların kəsdiyi heyvanların ətini yemək olar? 20.04.15 1.515 dəfə oxundu
12 Yəhudi və xristianların kəsdiyi heyvanların ətini yemək olar? 05.07.09 2.704 dəfə oxundu
13 Siz nə üçün içkinin qəti surətdə haram olduğunu deyirsiniz? 13.05.10 13.538 dəfə oxundu
14 Çox yemək insanın qəlbini qaraldır? 19.07.11 2.147 dəfə oxundu
15 Donuz piyindən hazırlanmış sabundan istifadə etmək olarmı? 16.09.16 770 dəfə oxundu
16 Sulu qəlyan çəkmək olar? 05.07.09 4.823 dəfə oxundu
17 Qadın heyvan kəsə bilər? 24.05.10 3.683 dəfə oxundu
18 Sağlamlığa ziyan verən xəmir xörəklərinin hökmü nədir? 08.09.11 2.035 dəfə oxundu
19 Qəbristandakı məhsulları yemək olar? 05.07.09 2.293 dəfə oxundu
20 Çəyirtkə yeməklə əlaqədar fikrinizə təzədən nəzər sala bilərsiniz? 25.05.10 2.027 dəfə oxundu
21 Balığı tam ölməmiş qızardıb yemək düzdür? 22.10.11 1.739 dəfə oxundu
22 Çəyirtkə yemək olar? 05.07.09 3.085 dəfə oxundu
23 Vegetarianlığa münasibət 29.06.10 4.229 dəfə oxundu
24 Tərkibində malt olan qida məhsulları halaldır? 25.10.11 1.698 dəfə oxundu
25 Qurbağa yemək olar? Dində buna icazə verilir? 05.07.09 3.996 dəfə oxundu
26 Kımız içmək olar? 29.06.10 2.088 dəfə oxundu
27 Ölü heyvandan emal edilən yemlə qidalanan heyvanı yemək olar? 26.10.11 1.637 dəfə oxundu
28 Çiy ət, çiy basdırma və bu kimi şeylər yeməyin dini hökmü nədir? 05.07.09 2.725 dəfə oxundu
29 Sirkədəki spirtli maddənin hökmü nədir? 12.07.10 2.297 dəfə oxundu
30 Tərkibində E 120 maddəsi olan qida məhsulları halaldır? 28.10.11 2.119 dəfə oxundu
31 Xaşxaş haramdır? 29.06.10 5.333 dəfə oxundu
32 Meyvələrdəki alkoqolun hökmü nədir? 12.07.10 2.215 dəfə oxundu
33 Çaxırdan emal edilən balzamik sirkə halaldır? 17.11.11 1.921 dəfə oxundu
34 Tualet və mətbəx tullantıları eyni yerə gedir. Bu düzdür? 16.07.10 2.491 dəfə oxundu
35 Haram yem yeyən heyvanın əti halaldır? 13.07.10 2.146 dəfə oxundu
36 Yəhudilərə niyə çox ağır yemək-içmək qadağaları qoyulub? 21.11.11 2.353 dəfə oxundu
37 Spirtsiz pivəni içmək olar? 11.11.11 3.635 dəfə oxundu
38 Molyusk yemək halaldır, yoxsa haram? 02.03.11 2.503 dəfə oxundu
39 Quran nazil olduğu vaxt Məkkədə donuz əti yeyilirdi? 11.02.12 1.872 dəfə oxundu
40 Spirtli içkiləri müalicə məqsədi ilə işlətmək olar? 06.04.11 7.429 dəfə oxundu
41 Cirəgülü bitkisinin çayını içmək olar? 01.04.11 1.634 dəfə oxundu
42 Kefir içmək dini cəhətdən düzgündür? 10.09.12 2.000 dəfə oxundu
43 Donuz gübrəsi (peyini) ilə yetişdirilən məhsulları yemək haramdır? 10.11.15 1.066 dəfə oxundu
44 Qadağa dövründə ov etmək olar? 15.04.11 3.618 dəfə oxundu
45 Əti halal heyvanların iç piyini yemək də halaldır? 08.03.13 2.020 dəfə oxundu
46 İçkili yerlərdə yemək yeməyə getmək olar? 24.03.10 3.076 dəfə oxundu
47 Zəmzəm suyu içənlərin araq içməyi lap çox günahdır? 15.05.11 2.167 dəfə oxundu
48 Sınıq stəkandan su içmək günahdır? 27.03.13 2.583 dəfə oxundu
49 Elektroşok üsulu ilə kəsilən heyvanın ətini yemək olar? 08.04.10 2.120 dəfə oxundu
50 Marketlərdə satılan toyuqları yemək olar? 18.05.11 3.138 dəfə oxundu
51 Qeyri-müsəlmanın ovladığı balıq və dəniz məhsullarını yemək olar? 27.06.13 1.802 dəfə oxundu