Müsəlmanlar

Dua yazan bir mollanın arxasında namaz qılmaq olar?

Sual: Namaz qılan, ancaq dua yazmaqla məşğul olan bir nəfərin arxasında durub namaz qılmaq düzgündür?

Cavab: Əgər yazılıb boyundan asılan duadan bir şey umursa, belə imamlardan uzaq olub, əqidəsi sağlam olan imamlara yönəlmək lazımdır. Əgər yox isə və məcburiyyət qarşısında qalıb belələrinin arxasında namaz namaz qılırıqsa, yenə də namazımız batıl olmaz. Çünki, hər kəs öz namazını qılmaqda və hər kəs elədiklərinin cavabdehliyini özü daşımaqdadır.

Bəzi insanlar duadan bir şey gözləməsələr də, bunun psixoloji təsirinə düşürlər. Dua yazanlar səhv iş görərək pul qazanırlar. Bu baxımdan onları günahkar saymaq olar.

Bir insan duanın xeyir verdiyinə, əstağfirullah, Allah ola-ola təsir etdiyinə inanırsa, bu vaxt müşrik olur.

Ancaq bu barədə başqa cür düşünən alimlər də var. Misal üçün, Əlmalılı Muhəmməd Həmdi Yazır qeyd edir ki, əgər yazılan dua insanın psixologiyasına təsir edirsə, yəni, insan bununla psixoloji cəhətdən rahatlıq hiss edirsə, yazmaq olar.

Bu kimi məsələlərdə həmin insanın vəziyyətinə baxmaq lazımdır. Mənim bildiyimə görə o yazılardan bir şey umub gözləyən yoxdur. Amma varsa, namazlarının puç olduğunu bildirmək, onlara qarşı ciddi bir xəbərdarlıq olar. Bununla yanaşı, arxalarında namaz qılmağa məcbur olduğumuzu da onlara hiss etdirmək lazımdır.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır (İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri).

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.