Müselmanlar
Uşağın adını Mavəra qoymaq olar?

Uşağın adını Mavəra qoymaq olar?

Sual: Ürəyimdən qızıma Mavərə adını qoymaq keçir. Ancaq tərəddüd edirəm. Bu sözün mənası nədir? Uşağa bu adı qoymağın dini cəhətdən bir eybi var?

Cavab: Hər şeydən əvvəl Mavəra sözünün mənasını izah etmək lazımdır. Bu söz Ərəb dilində “bir şeyin arxasında, bir şeyin o biri tərəfində olan yer, vaxt” kimi mənalar verir. Ərəb dilində ma şey, vəra isə arxa deməkdir. Mavəra sözü bəzi hallarda “görülən aləmin o biri tərəfi” mənasında da işlədilir.

İlk baxışda uşağa belə bir ad qoymağın hansısa bir eybi görünmür. Amma yaxşı olar ki, uşağınıza mənası, yazılışı və tələffüzü gözəl olan bir ad qoyasınız.

Saytımızın ADLAR bölməsindəki yazıları da oxuyun:

http://www.muselmanlar.com/fitvalar/adlar

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

Bizi izləyin