Peyğəmbərin dövlət başçısı kimi verdiyi qərarlar da müsəlmanlar üçün qüvvədədir?
Müsəlmanlar > Fiqh üsulu > Fitvalar > Muhəmməd peyğəmbər Tarix: 07 Mart 2011 Tövsiyə et Çap et
Sual: Məlum olduğu kimi, Muhəmməd peyğəmbər Allahın elçisi olmaqla yanaşı, bir dövlət başçısı idi. Sualım belədir: Onun bir dövlət başçısı kimi verdiyi əmr və qərarlar peyğəmbər sifəti ilə verdiyi əmrlərlə eyni səviyyədədir? Dövlət rəhbəri kimi həyata keçirdiyi şeylər də şəriətdən hesab olunur?

Cavab: Allahın rəsulu Allahın elçisi deməkdir. Odur ki, peyğəmbər (s. a. v.) Allahın ayələrini onun elçisi olaraq insanlara təbliğ edib çatdırırdı. Eyni zamanda həmin ayələrdən müxtəlif məsələlərə dair hökm çıxardır, onları insanlara bildirir və tətbiq edib həyta keçirirdi. Buna Quranda hikmət, yəni, düzgün hökm deyilir. Hikməti öyrətmək və tətbiq etmək də peyğəmbərin borcu idi. Allah belə buyurur:

“Yaxşılıqlarımızı tamamlamaq üçün sizə sizdən bir elçi göndərdik. O sizə ayələrimizi oxuyur, sizi inkişaf etdirir, sizə Kitabı və hikməti öyrədir. Sizə bilmədiyinizi öyrədir”. (Bəqərə, 2/151)

Peyğəmbərimiz Qurandan hökm çıxardığı vaxt səhvə yol verə bilib. Xanımları ilə əlaqələrində (Təhrim, 66/1-6), əsirlərlə əlaqədar tutumunda (Ənfal, 8/67-68), münafiqlərə icazə verməyində (Tövbə, 9/43) və bəzi müsəlmanlara qarşı hərəkətlərində (Əbəsə, 80/1-10) bir sıra səhvlər olduğu üçün Allah ona xəbərdarlıq edib. Beləliklə, peyğəmbərin səhvləri düzəldilmiş və onun bir tanrı olmadığı da göstərilmişdir.

Quran ona nazil edilən ayələri ehtiva edən ilahi kitabdır. Peyğəmbərimiz Qurandan çıxardığı hikmətlər də onun Sünnəsini təşkil edir. Yol verdiyi xətaların düzəldilməsi də göstərir ki, onun Sünnəsi Allah tərəfindən təsdiq olunub. Quranda belə deyilir:

“Allah və elçisi bir şeyə qərar verdikləri vax (artıq) iman gətirən kişi və qadının işlərində başqa bir yolu tutmağa haqları yoxdur. Allah və elçisinə zidd çıxan şübhəsiz ki, açıq-aydın surətdə azmış olur”. (Əhzab, 33/36)

Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan tam təslim olmayınca iman gətirmiş olmazlar”. (Nisa, 4/65)

Nəticə olaraq, peyğəmbərin qərarları və həyata keçirdiyi şeylər hansı məsələdə olursa olsun, müsəlmanlar üçün qüvvədədir.

Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı yazını da oxuyun:

http://www.muselmanlar.com/fitvalar/2983.html

Suala cavab verdi: Dr. Fatih Orum

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
1.582 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Peyğəmbərin Qurandan başqa möcüzəsi yoxdursa, merac nədir? 09.07.10 3.696 dəfə oxundu
2 Birlik və bərabərliyin simvolu: Həzrəti Muhəmməd 24.01.12 2.608 dəfə oxundu
3 Peyğəmbərə cadu olunub? 22.01.11 6.489 dəfə oxundu
4 Peyğəmbərin nəslindən gələnlərə nə deyilir? 09.03.12 1.889 dəfə oxundu
5 Muhəmməd peyğəmbər Cənnətdə Məryəm ana ilə evlənəcək? 25.02.10 4.592 dəfə oxundu
6 Həzrəti Muhəmmədin qızı Ruqiyyə 12.03.12 2.976 dəfə oxundu
7 Peyğəmbəri hamıdan çox sevmək lazım olduğuna dair bir hədis var? 25.03.10 2.009 dəfə oxundu
8 “Ya rəsulallah” ifadəsini işlətmək dini cəhətdən düzgündür? 10.05.12 1.840 dəfə oxundu
9 Peyğəmbərin bütün hərəkətləri bizim üçün sünnədir? 01.02.11 1.892 dəfə oxundu
10 Peyğəmbərin nəslindən olan bir nəfər əlavə imtiyaz qazanır? 25.05.12 1.481 dəfə oxundu
11 Məgər Allah Uhud döyüşündə peyğəmbəri qorumadı? 05.03.11 1.891 dəfə oxundu
12 Muhəmməd peyğəmbərin (s) həyatı (I yazı) 01.02.13 1.066 dəfə oxundu
13 Peyğəmbərin dövlət başçısı kimi verdiyi qərarlar da müsəlmanlar üçün qüvvədədir? 07.03.11 1.582 dəfə oxundu
14 Muhəmməd peyğəmbərin (s) həyatı (II yazı) 02.02.13 2.652 dəfə oxundu
15 Rəvayətlərə əsasən Rəsulullahı nümunə götürmək mümkündür? 12.08.14 1.028 dəfə oxundu
16 Allah haqda “cc”, peyğəmbər barədə “s. a. v.” ixtisarını işlətmək olar? 22.05.11 2.310 dəfə oxundu
17 Peyğəmbərin qəbri haradadır? 16.11.13 7.640 dəfə oxundu
18 Peyğəmbər haqqında “kainatın əfəndisi” demək olar? 24.03.11 2.252 dəfə oxundu
19 Peyğəmbər necə qüsl verirdi? 29.05.11 8.498 dəfə oxundu
20 Rəsulullah, Kab b. Əşrəfi süi-qəsdlə öldürüb? 30.04.18 118 dəfə oxundu
21 Muhəmməd peyğəmbərin neçə hədisi var? 29.10.11 2.702 dəfə oxundu
22 Peyğəmbər necə təyəmmüm edirdi? 27.06.11 2.997 dəfə oxundu
23 Tövrat və İncildə Muhəmməd əleyhissəlamın adı keçirmi? 27.08.18 190 dəfə oxundu
24 Peyğəmbərimiz Qiyamət günü qədim ümmətlərə də şahidlik edəcək? 23.05.14 1.589 dəfə oxundu
25 Merac hadisəsi peyğəmbərin möcüzələrindən biri deyilmi? 29.06.11 1.936 dəfə oxundu
26 Peyğəmbərimizin ayı ikiyə böldüyü doğrudurmu? 19.11.18 366 dəfə oxundu
27 Muhəmməd peyğəmbərin anadan olma və vəfat tarixləri 04.08.09 6.529 dəfə oxundu
28 Peyğəmbər bizim bütün əməllərimizi görür? 05.07.11 2.391 dəfə oxundu
29 Nəbi olmayan birinin “Allahın elçisi” olması mümkündürmü? 10.12.18 71 dəfə oxundu
30 Peyğəmbər (s. a. v.) münafiqlərə necə münasibət bəsləyib? 16.06.10 1.735 dəfə oxundu
31 Peyğəmbərimiz (s. a. v.) iftardan sonra necə dua edirdi? 03.04.10 29.022 dəfə oxundu
32 Ən böyük mürşid Muhəmməd əleyhissəlamdırmı? 22.03.19 76 dəfə oxundu
33 Muhəmməd peyğəmbərə o biri peyğəmbərlər kimi möcüzə verilib? 28.04.10 3.757 dəfə oxundu
34 Rəsulullah özünün peyğəmbər olduğuna heç şübhə etmişmi? 26.02.14 1.327 dəfə oxundu
35 Təhiyyat duası, Allahın Nəbimizlə Meracdakı salamlaşmasıdır? 20.09.19 68 dəfə oxundu
36 Həzrəti Xədicənin peyğəmbərlə ailə qurduğu vaxt uşağı var idi? 18.06.10 2.394 dəfə oxundu
37 Hucurat surəsinin 7-ci ayəsini necə başa düşmək lazımdır? 02.01.12 1.808 dəfə oxundu
38 Həzrəti Muhəmmədin nəvələri və nəslinin davamı 13.08.09 3.853 dəfə oxundu
39 Peyğəmbərin Quranı şərh etmək kimi bir missiyası olub, yoxsa yox? 06.01.12 1.821 dəfə oxundu