Böyük günahlar hansılardır? Böyük günah törədən kafirdir?
Müsəlmanlar > Fitvalar > İman-əqidə-ibadət Tarix: 31 Ocak 2011 Tövsiyə et Çap et
Sual: Böyük günahlar hansı günahlardır? Böyük günahlardan birini edən şəxs kafir hesab olunur?

Cavab: İslam dini ədəbiyyatında böyük günahlara “kəbair” deyilir. Əsas böyük günahlar aşağıdakılardır:

Allaha şərik qoşmaq (şirk), adam öldürmək, kiminsə zina etdiyini iddia etmək, zina etmək, cihaddan qaçmaq, sehr və cadu ilə məşğul olmaq, yetimin malını yemək, valideynin üzünə ağ olmaq, bəndənin haqqını tapdamaq (haqq yemək), Məkkənin harəm ərazisində günah etmək, faiz yemək, oğurluq etmək, içki içmək, qumar oynamaq.

Əgər bir müsəlman bunları lağa qoymadan, ürəyində təsdiq etdiyi halda, böyük günah törətsə, dindən xaric olub kafir halına gəlməz.

Böyük günahların ən böyüyü Allahı və əmrlərini ikinci plana atmaqdır. Bunu edənlər, Allahın bəzi xüsusiyyətlərinə malik hesab olunan başqa bir varlığı ya da öz mənfəətlərini birinci plana keçirməkdədir. Buna şirk (Allaha ortaq qoşmaq) deyilir. Bu günah “əkbəru-l-kəbair” (böyük günahların ən böyüyü) adlanır.

“Allah şirki bağışlamaz. Onun xaricindəkiləri bağışlanmağa layiq olan şəxs üçün bağışlayar. Kim Allaha şərik qoşsa, Ona böyük bir böhtan atmış olar.” (Nisa, 4/48)

Günahların böyük və kiçik kimi 2 qrupa bölünməsi Quran ayələri və peyğəmbər hədisləri ilə sabitdir. Bununla əlaqədar ayələr belədir:

“Əgər siz, sizə qadağan edilmiş böyük günahlardan uzaq durarsınızsa, sizin kiçik günahlarınızın üstünü örtər və sizi gözəl bir mövqeyə gətirərik.” (Nisa, 4/31)

“Onlar (möminlər) böyük günahlardan və həyasızlıqdan çəkinirlər. Hirsləndikləri vaxt da eyibləri bağışlayırlar.” (Şura, 42/37)

“Bunlar böyük günahlardan və fahişəlikdən (iyrənc əməllər) uzaq duranlardır. Digər günahlar istisnadır. Sənin Rəbbin əfvi çox olandır. O sizi torpaqdan yaratdığı vaxt və siz analarınızın qarınlarında olduğunuz vaxtda da sizi ən yaxşı tanıyandır. Bunun üçün özünüzü təmizə çıxartmayın. Çünki O, pis işlərdən uzaq durub çəkinəni yaxşı bilir.” (Nəcm, 53/32)

“De: “Gəlin, Rəbbinizin sizə nələri haram etdiyini oxuyum: Ona heç nəyi şərik qoşmayın, valideynlərə yaxşılıq edin və yoxsulluq ucbatından uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Murdar əməl-lərin aşkarına da, gizlisinə də yaxınlaşmayın. Allahın, (öldürülməsini) haram buyurduğu şəxsi haqsız yerə öldürməyin. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə anlayasınız.

Yetim həddi-buluğa çatana qədər, – xeyirxahlıq (qoruyub saxlamaq və artırmaq məqsədilə istifadə etmək) istisna olmaqla, – onun malına yaxınlaşmayın! Ölçüyə və çəkiyə ədalətlə tam riayət edin. Biz hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyərik. Söz söylədiyiniz zaman, qohumunuz olsa belə, ədalətli olun. Allah qarşısındakı əhdə sadiq qalın. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb ibrət alasınız.

Bu, Mənim doğru yolumdur, onu tutub gedin. Başqa yollara uymayın. Çünki, (o yollar) sizi Allahın yolundan uzaqlaşdırar. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz.” (Ənam, 6/151-153)

“Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: “Uf!” belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə!

Onların hər ikisinə rəhm edərək təvazökarlıq qanadının altına al və: “Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib böyütdükləri kimi, Sən də onlara rəhm et!”– de.

Rəbbiniz ürəklərinizdə olanları çox yaxşı bilir. Əgər əməlisaleh olsanız, (bilin ki,) həqiqətən də, O, tövbə edənləri Bağışlayandır.

Qohum-əqrəbaya da, yoxsula da, müsafirə də haqqını ver. Lakin (malını) lazım olmayan yerə sərf etmə.

Həqiqətən, israfçılar şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı nankordur.

Əgər sən Rəbbindən dilədiyin mərhəməti umaraq onların üzünə baxmırsansa (imkanın olmadığı üçün onlara bir şey verə bilmirsənsə), onda onlara xoş söz de.

Əlini nə qoynunda gizlət, nə də onu büsbütün aç (nə xəsis ol, nə də israfçı). Yoxsa qınanmış və peşman vəziyyətdə qalarsan.

Həqiqətən, Rəbbin istədiyinin ruzisini bol edər, (istədiyininkini də )azaldar. Şübhəsiz ki, O, Öz qullarını tanıyır və görür.

Yoxsulluq qorxusundan uşaqlarınızı öldürməyin. Axı onların da, sizin də ruzinizi Biz veririk. Onları öldürmək, həqiqətən də, böyük günahdır.

Zinaya yaxınlaşmayın. Çünki bu, iyrənc bir əməl və murdar bir yoldur!

Allahın, (öldürülməsini) haram buyurduğu şəxsi haqsız yerə öldürməyin. Kim haqsız yerə öldürülmüşsə, artıq onun varisinə ixtiyar vermişik (istəsə bağışlayar, istəsə qisas tələb edər, istəsə də qanbahası alar). Lakin o da qisas aldıqda həddi aşmamalıdır. Çünki ona artıq kömək olunmuşdur.

Yetim həddi-buluğa çatana qədər, – xeyirxahlıq (qoruyub saxlamaq və artırmaq məqsədilə istifadə etmək) istisna olmaqla, – onun malına yaxınlaşmayın! Əhdə vəfa qılın. Çünki (hər kəs) əhd barəsində sorğu-sual olunacaqdır.

Ölçdükdə ölçüyə tam riayət edin, (çəkdikdə) düzgün tərəzi ilə çəkin. Bu, daha xeyirli və nəticə baxımından daha yaxşıdır.

Haqqında məlumatın olmadığı bir işin dalınca getmə. Çünki qulaq, göz və ürək – bunların hamısı (sahibinin əməlləri) barəsində sorğu-sual olunacaqdır.

Yer üzündə təkəbbürlə gəzmə. Çünki sən nə yeri yara bilər, nə də yüksələrək dağlara çata bilərsən.

Bütün bu (qadağan edilmiş) pis əməllər, Rəbbinin xoşuna gəlməyən şeylərdir.

Bunlar Rəbbinin sənə vəhy etdiyi hikmətdəndir. Allahla yanaşı başqa tanrıya ibadət etmə, yoxsa qınanmış və qo­­vulmuş halda Cəhənnəmə atılarsan.” (İsra, 17/23-39)

Muhəmməd peyğəmbər (s. a. v.) belə demişdir:

“Fəlakətə aparan 7 şeydən uzaq durun”.

Bu sözün üstündən insanlar soruşdular ki, o şeylər nədən ibarətdir?

Peyğəmbər cavab verdi:

“Allaha şərik qoşmaq, sehr-cadu, haqsız yerə Allahın toxunulmaz etdiyi bir cana qıymaq, faiz yemək, yetimin malını yemək, düşmənə hamılıqla hücum etmək lazım olduğu halda, müharibədən yayınmaq və pis yolla heç bir əlaqəsi olmayan namuslu mömin qadınlara zina böhtanı atmaq.” (Buxari, Səhih, vəsaya, 23; Müslim, Səhih, İman, 145 (89)

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Allah şirk günahını insan tövbə etsə də, heç vaxt bağışlamır? 01.03.10 3.778 dəfə oxundu
2 Ümmətin islahı nə ilə mümkündür? 17.11.15 1.546 dəfə oxundu
3 Kafir nə deməkdir? Kafir kimlərə deyilir? 02.04.10 6.795 dəfə oxundu
4 Doğru zənn etdiyimiz səhvlərdən axirətdə məsuliyyət daşıyırıqmı? 20.11.15 853 dəfə oxundu
5 İnsanda Allah inancı anadangəlmə olur, yoxsa kəsbi? 14.11.13 1.598 dəfə oxundu
6 Qiyamətə yaxın Dəccal adında bir varlıq çıxacaqmı? 15.04.16 1.494 dəfə oxundu
7 Hər hansı bir şəxs, utandığı üçün imanını və namazını gizlədə bilərmi? 26.08.16 622 dəfə oxundu
8 Allah üçün sevmək və ya qəzəblənmək nə deməkdir? 17.07.17 267 dəfə oxundu
9 Şübhənin imana nəzərən əhəmiyyəti nədən ibarətdir? 27.06.10 2.680 dəfə oxundu
10 İman əql vasitəsilə olmalıdır? 22.11.10 1.848 dəfə oxundu
11 Məzi bulaşmış şalvarla namaz qıla bilərik? 04.01.16 3.237 dəfə oxundu
12 Hazırkı vəziyyətə görə şəriəti tətbiq etmək tez deyilmi? 26.10.15 760 dəfə oxundu
13 Teizm nə deməkdir? 18.11.13 2.021 dəfə oxundu
14 Haram ayların müasir dövrümüzdə bir hökmü varmı? 12.10.15 835 dəfə oxundu
15 Allah Təala, cəhənnəmlik olsunlar deyə insanları azdırırmı? 31.08.16 639 dəfə oxundu
16 Dövlətin dini olurmu? 07.08.17 86 dəfə oxundu
17 Allah bəzi insanların kafir kimi ölməyini istəyir? 23.12.11 2.571 dəfə oxundu
18 Qeyb və qeybə iman gətirmək nə deməkdir? 25.11.10 2.543 dəfə oxundu
19 Allah haradadır? 10.08.11 4.322 dəfə oxundu
20 Qurandakı “Allahın əli” kimi ifadələri necə başa düşməliyik? 17.01.13 2.355 dəfə oxundu
21 Planlarımız alınmırsa, nə etməliyik? 15.12.13 1.744 dəfə oxundu
22 Ağlımızdan keçən şeylərdən ötrü savab və ya günah qazanırıqmı? 15.04.15 1.690 dəfə oxundu
23 Mələklər insanlara necə şəfaət edər? 02.09.16 752 dəfə oxundu
24 İnsanı kafir edən günahlar hansılardı? 27.10.17 572 dəfə oxundu
25 Allah Ərşə istiva etdi. Bu nə deməkdir? 18.12.09 2.201 dəfə oxundu
26 Ömrünü Allah yolunda keçirən bir nəfər can üstündəykən imanını itirə bilər? 25.01.11 2.314 dəfə oxundu
27 Əhli beyti sevmək imanın şərtidirmi? 25.08.15 1.687 dəfə oxundu
28 İbrahim surəsinin 4-cü ayəsinə sizin kimi məna verən qədim dövr alimləri olub? 26.02.13 1.737 dəfə oxundu
29 Dünyanı axirətdən üstün tutmaq insanı imansız hala salır? 17.12.13 1.390 dəfə oxundu
30 Hansı hallarda günah işləyən adam kafir sayılır? 22.04.15 1.368 dəfə oxundu
31 Ərəb dilini bilmədən İslamı doğru mənbədən necə öyrənəcəyik? 09.11.16 570 dəfə oxundu
32 İmamlar xilafət davası güdmüşlərmi? 18.12.17 192 dəfə oxundu
33 Hərdən üsyan edib sonra tövbə etmək günahdır? 23.12.15 948 dəfə oxundu
34 İnsan öldüyü vaxt şeytan imanını almaq üçün gəlir? 26.01.11 2.848 dəfə oxundu
35 Əbu Bəkrin (r.a.) dindən dönənlərə qarşı apardığı döyüş nə qədər doğrudur? 17.04.14 1.427 dəfə oxundu
36 Valideynin etdiyi pisliklərin əvəzi uşaqlarından çıxır? 04.03.13 3.072 dəfə oxundu
37 İlah sözünü tanrı formasında tərcümə etmək düzdür? 18.12.13 1.352 dəfə oxundu
38 Qurana davranışları yönüylə insanlar neçə qrupa ayrılır? 27.04.15 921 dəfə oxundu
39 İbadətlərinə çox diqqət edən, amma rabitə quran bir adamın halı nədir? 23.12.16 503 dəfə oxundu
40 Bəzi hallarda ibadətlərə qarşı istəksiz olmaq normaldırmı? 22.12.17 155 dəfə oxundu
41 Bir insan digər birinə savab bağışlaya bilərmi və bunun sübutu varmı? 03.02.16 1.033 dəfə oxundu
42 Böyük günahlar hansılardır? Böyük günah törədən kafirdir? 31.01.11 15.572 dəfə oxundu
43 Şeytanın Allahdan qorxmağının mənası nədir? 22.09.11 2.115 dəfə oxundu
44 “Nə edək, ən münasibi belə imiş!” demək qədər inancına müvafiqdir? 07.04.13 1.791 dəfə oxundu
45 Həzrəti Adəm asi olmasaydı, insanların imtahanı necə olardı? 20.12.13 1.418 dəfə oxundu
46 Ölən şəxslər adına edilən yaxşılıqların savabı ölənə çatırmı? 04.05.15 1.173 dəfə oxundu
47 Təqva kəliməsinin mənası tam olaraq nədir? 17.02.17 380 dəfə oxundu
48 Allahdan başqa ilah və Rəbbdən başqa rəbb qəbul etmək nə deməkdir? 22.01.18 129 dəfə oxundu
49 Şeytan Allaha nə üçün üsyan etdi? Məgər şeytan ağılsız varlıqdır? 18.02.10 2.780 dəfə oxundu
50 İmanın zəifliyi, namazdan soyumaq və namaz qıla bilməmək 15.01.10 5.716 dəfə oxundu
51 Allahı mütləq mənada dərk etmək mümkündür? 13.10.11 2.095 dəfə oxundu
52 Vaxtaşırı olaraq Allahın varlığından şübhələnmək vəsvəsədir? 16.04.13 2.771 dəfə oxundu
53 Məqsədimiz Cənnət olmalıdır, yoxsa Allahın razılığı? 25.12.13 1.393 dəfə oxundu
54 İnsan düşdüyü mühitin təsirinə görə din mənimsəyir? 08.05.15 981 dəfə oxundu
55 Təqvanın ən alt və ən yüksək dərəcəsi nədir? 10.03.17 349 dəfə oxundu
56 Övliyaları ya da İmamları vasitəçi edənlərlə müşriklərin günahı eynimi? 23.04.18 291 dəfə oxundu
57 Səhv məalları oxuyub səhv fikirlərə qapılanların məsuliyyəti nədir? 28.12.15 2.768 dəfə oxundu
58 Biz müsəlmanıq. Elə isə niyə Allahdan hidayət istəyirik? 25.02.11 1.878 dəfə oxundu
59 Seyyidlər kimlərdir? 16.10.11 8.108 dəfə oxundu
60 Hədislər etiqadi məsələlərdə dəlil ola bilər? 18.04.13 1.353 dəfə oxundu
61 Ədalətli olmağın mütləq şərti nədir? 12.01.14 1.716 dəfə oxundu
62 İmamət imanın şərtidir? 20.01.16 1.775 dəfə oxundu
63 Qəlbi möhrlənmiş insanların iman etməkləri mümkündür? 20.03.17 478 dəfə oxundu
64 Yanlışların arxasında olanların sayı niyə getdikcə çoxalır? 15.02.19 82 dəfə oxundu
65 İnsan özü bilmədən kafir olar? 08.08.14 1.365 dəfə oxundu
66 Biz bütün danışıqlarımızda“inşallah” deməliyik? 10.11.11 3.182 dəfə oxundu
67 İnanmadığı halda yaxşılıq edən insan buna görə savab qazanır? 25.10.11 1.810 dəfə oxundu
68 Məgər müşriklər Allaha şərik qoşduqlarını bilmirlər? 20.04.13 1.449 dəfə oxundu
69 Xəstəliklər günahların kəffarəsidir? 28.01.14 2.087 dəfə oxundu
70 Ələvilikdə gördüyüm səmahın dindəki yeri nədir? 03.06.15 931 dəfə oxundu
71 Bilə-bilə günah işləməkdə inad edən dindən çıxarmı? 27.03.17 532 dəfə oxundu
72 Şeytan nə üçün kafir oldu? 18.03.10 2.123 dəfə oxundu
73 Qurana əsasən əsl kafirlər kimlərdir? 04.03.11 2.518 dəfə oxundu
74 Kafirlər axırını bilə-bilə nə üçün Allaha iman gətirmirlər? 25.10.11 1.591 dəfə oxundu
75 Quranda Allahın varlığına inanmayanlara kafir deyilir? 12.05.13 1.727 dəfə oxundu
76 Vətən uğrunda, Kəbə və ya Kərbəla yolunda ölmək şəhidlikdir? 30.03.16 751 dəfə oxundu
77 Demokratik sistemlərdəki seçkilərdə səs vermək şirkdirmi? 09.06.15 1.019 dəfə oxundu
78 Kafir və Müşrik kəlimələri arasındakı fərq nədir? 03.04.17 1.022 dəfə oxundu
79 Ərə gedəcək qızlar, oğlanda hansı keyfiyyətləri axtarmalıdır? 04.04.16 1.908 dəfə oxundu
80 Təqva nədir? Qeyri-müsəlman təqvalı ola bilər? 07.03.11 3.148 dəfə oxundu
81 Ateizmlə əlaqədar təbliğata münasibətiniz nədir? 11.08.14 1.154 dəfə oxundu
82 Allahın Rəbb adı Əsmai-hüsnada nə üçün yoxdur? 19.05.13 1.771 dəfə oxundu
83 Öz roluna əsasən Allaha şərik qoşan həqiqətdə də şərik qoşmuş hesab olunur? 29.01.15 1.033 dəfə oxundu
84 Qəbir əhlindən bir şey istəmək olarmı? 25.05.16 1.373 dəfə oxundu
85 Münafiqlər özlərini münafiq olaraq görürlərmi? 05.04.17 380 dəfə oxundu
86 Ali-İmran surəsinin 86-cı ayəsi kəlimeyi-şəhadətin sübutudur? 03.05.14 1.598 dəfə oxundu
87 Allah və xilqətlə əlaqədar suallar insanı kafirləşdirir? 11.03.11 2.154 dəfə oxundu
88 Allah hər günahkar insana tövbə üçün möhlət verir? 02.01.12 2.290 dəfə oxundu
89 Məqamı Mahmud nə deməkdir? 13.08.15 1.067 dəfə oxundu
90 Böyük günah törətmək Allaha şərik qoşmaq deməkdir? 09.02.15 1.300 dəfə oxundu
91 Vəsilə nədir? 27.05.16 2.148 dəfə oxundu
92 Mücadilə surəsi 14-cü ayəsində qəzəbə düçar olan cəmiyyət hansıdır? 10.04.17 281 dəfə oxundu
93 Qeybə inanmaq nə deməkdir? 29.04.10 2.541 dəfə oxundu
94 Xeyir və şərin Allahdan olmağı barədə məlumat 12.11.11 3.709 dəfə oxundu
95 Allah elə bir daş yarada bilərmi ki, onu qaldırmağa gücü çatmasın? 06.01.12 1.981 dəfə oxundu
96 İbadət məsələsində məcburiyyət ola bilər? 08.08.13 1.401 dəfə oxundu
97 Peyğəmbərimizin ruhu hələ də bizimlə bərabərdir? 16.02.15 1.472 dəfə oxundu
98 Allahın əmrlərini tətbiq edə bilməyən siyasətçilərin məsuliyyəti nədir? 06.06.16 685 dəfə oxundu
99 Bilmədən şirkə düşən insanın halı nədir? 19.04.17 444 dəfə oxundu
100 İnsanda vəsvəsə həmişə davam edə bilər? 14.06.11 4.024 dəfə oxundu