Bəzi dualarda əlləri niyə tərs tuturlar?
Müsəlmanlar > Dua-zikr > Fitvalar Tarix: 28 Ocak 2011 Tövsiyə et Çap et
Sual: Bəzi adamlar “rabbəna atina” duası oxunduğu vaxt əllərini o biri tərəfə çevirirlər. “Və qina əzaba-n-nar” deyildiyi vaxt da belə edirlər. Bununla əlaqədar mötəbər bir hədis var?

Cavab: Bəzi dualarda əlləri yerə tərəf tutmaqla əlaqədar hədislər var. Bu kimi dualardan biri yağış duasıdır.

Ənəs ibn Malik belə nəql edir:

“Muhəmməd peyğəmbər (s. a. v.) yağmur duası elədi və əllərinin arxası ilə göy üzünə işarə etdi.”1

Bu hədisi şərh edən İmam Nəvəvi bunları qeyd edir:

“Bizim alimlərimizdən (Şafi məzhəbinin alimləri) və başqalarından ibarət olan bir alim icması deyiblər ki, qıtlıq və quraqlıq kimi bir fəlakətin aradan qalxmağı üçün edilən dualarda əllər qaldırılmalı, ovucların arxa tərəfi isə göyə tərəf tutulmalıdır. Bundan başqa hər hansı bir dilək diləndiyi vaxt isə əllərin içini göyə tərəf tutmaq müstəhəbdir.”2

Əhməd ibn Hənbəlin Müsnəd adlı əsərində isə bu məsələ ilə əlaqədar olaraq belə bir rəvayət qeyd olunub:

“Peyğəmbər (s. a. v.) Allahdan bir şey istədiyi vaxt əllərinin içini yuxarı tuturdu. Amma bir şeydən qorunub çəkindiyi vaxt əllərinin üst tərəfini yuxarı tuturdu.”3

Heysəmi bu hədisin isnadının həsən olduğunu desə də4 , rəvayət silsiləsindəki İbn Ləhiaya görə bu hədisin zəif olduğunu bildirib.5

Sualınızla əlaqədar olaraq aşağıdakı yazını oxumağınızı da tövsiyə edirik:

http://www.muselmanlar.com/fitvalar/2959.html

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

  1. Müslim, Səlatu-l-istisqa, 6 (896). []
  2. İmam Nəvəvi, şərhu sahih-i Müslim, 6-cı cild, hədis nömrəsi 896. []
  3. Əhməd ibn Hənbəl, müsnəd, 4/56. []
  4. Baxın: Məcməu-z-zəvaid, 10-cu cild, s. 168. []
  5. Şövkani, Neylu-l-əvtar, 4-cü cild, s. 10. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
1.753 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Camaat halında dua etməyin İslam dinindəki yeri nədir? 28.04.10 2.037 dəfə oxundu
2 Amin nə deməkdir? Mənşəyi nədir? 11.05.11 9.563 dəfə oxundu
3 Quran 29/45-dəki “ən böyük zikr”lə nə nəzərdə tutulur? 15.01.14 1.762 dəfə oxundu
4 “Üzünün suyu xatirinə” – deyə, dua etmək olar? 06.10.14 1.340 dəfə oxundu
5 Duada peyğəmbər kimi biz də rəfiqi-ə’lanı diləyə bilərikmi? 01.06.11 1.411 dəfə oxundu
6 Sələfilərin iddia etdiyi kimi camaat halında təsbih çəkmək bidətdir? 30.09.15 772 dəfə oxundu
7 Müsəlmanların qeyri-müsəlmanlar üçün dua etməsi doğrudurmu? 26.12.15 655 dəfə oxundu
8 Təriqətə daxil olan insanlar öz üsullarına əsasən zikr edə bilərlər? 20.05.11 1.516 dəfə oxundu
9 Səmimi olaraq edilən hər dua qəbul edilirmi? 10.03.15 1.538 dəfə oxundu
10 Peyğəmbərə salavat demədən dua etmək olmaz? 22.11.10 8.476 dəfə oxundu
11 Hansı zikr kıtabını oxumaq lazımdır? 06.07.10 3.218 dəfə oxundu
12 Bəddua etmək nə dərəcədə doğrudur? 31.07.15 1.116 dəfə oxundu
13 İmtahanda müvəffəq olmaq üçün hansı duanı oxumaq lazımdır? 26.11.14 17.914 dəfə oxundu
14 Zikrli ilahi və kollektiv zikr haqında fikriniz nədir? 11.02.10 1.698 dəfə oxundu
15 Mən qəşəng deyiləm, nə etməliyəm? 08.06.16 821 dəfə oxundu
16 Zikrin fəzilət və faydaları 26.11.10 4.079 dəfə oxundu
17 Namazdan sonra cəm halda təsbeh çevirmək bidətdir? 28.04.10 3.841 dəfə oxundu
18 Ölmüş əqrabalarımız dua etməklə əfv edilə bilər? 29.07.16 542 dəfə oxundu
19 “Ləbbeyk ya Əli!”, “Ləbbeyk ya Hüseyn” demək nə dərəcədə doğrudur? 02.03.16 1.795 dəfə oxundu
20 Cövşən nədir? 21.01.11 4.239 dəfə oxundu
21 Rüku və səcdələrdə təsbihatın uzunluğu nə qədər olmalıdır? 04.03.10 4.058 dəfə oxundu
22 Araya vasitəçi qoyub dua etmək düzgündür? 29.06.09 2.024 dəfə oxundu
23 Səcdədə Azərbaycanca dua etmək olar? 25.01.11 5.554 dəfə oxundu
24 Dua sözünə ibadət mənası vermək olar? 22.06.11 1.694 dəfə oxundu
25 İstixarə nə deməkdir? 28.03.10 4.047 dəfə oxundu
26 Duada əlləri aralı tutmaq lazımdır, yoxsa bitişdirmək? 28.01.11 2.210 dəfə oxundu
27 Zikrin mənası nədir? Bəs zikrin ziddi nədir? 03.07.11 3.593 dəfə oxundu
28 Bir insan digər birinə savab bağışlaya bilərmi və bunun sübutu varmı? 03.02.16 777 dəfə oxundu
29 Bəzi dualarda əlləri niyə tərs tuturlar? 28.01.11 1.753 dəfə oxundu
30 Allahdan başqasını köməyə çağırmaq 29.06.09 2.767 dəfə oxundu
31 Dua yazan bir mollanın arxasında namaz qılmaq olar? 29.03.11 2.915 dəfə oxundu
32 Toy gecəsinə məxsus bir dua var? 05.02.11 6.052 dəfə oxundu
33 Hicab duası var? 30.01.12 2.983 dəfə oxundu
34 Bəzi ayələrdəki “Allahın zikri” ifadəsi ilə nə nəzərdə tutulur? 01.05.14 1.125 dəfə oxundu
35 Cinsi əlaqədən qabaq hansı duanı oxumaq lazımdır? 19.02.11 21.216 dəfə oxundu
36 Məsciddə “Ya həzrəti Bilal Həbəşi” lövhəsi asmaq olar? 05.04.11 1.492 dəfə oxundu
37 Evlənmək ya da arzularıma nail olmaq üçün nə etməliyəm? 17.03.14 7.149 dəfə oxundu
38 “La hövlə və la qüvvətə…” duası nə deməkdir? 19.02.11 4.700 dəfə oxundu
39 Mələklər ürəyimizdən keçənləri bilmirlərsə, onları kim yazır? 07.03.12 1.992 dəfə oxundu
40 Hər duadan və çörək yedikdən sonra Fatihə vermək nə deməkdir? 07.08.09 3.651 dəfə oxundu
41 “Ya Həyyu, ya Qəyyumu…” duası nə deməkdir? 19.02.11 2.716 dəfə oxundu
42 Kağıza dua yazdırıb özümüzlə gəzdirə bilərik? 01.05.11 10.976 dəfə oxundu
43 Kənzul-Ərş və Qədəh dualarının dində bir yeri var? 22.02.10 2.581 dəfə oxundu
44 Çörək yedikdə arada dua etmək peyğəmbərin sünnəsidir? 20.02.11 1.957 dəfə oxundu
45 Azan duasını məsciddə camaatla birlikdə etmək doğrudur? 13.12.12 1.719 dəfə oxundu
46 Duadan sonra nə üçün əlləri yuxarı qaldırıb üzə sürtürlər? 06.01.10 2.795 dəfə oxundu
47 Hilyeyi-şərif nədir? Onu üstümüzdə gəzdirmək savabdır? 08.03.11 1.495 dəfə oxundu
48 Kagıza yazılan duanı atmaq olarmı? 25.01.16 1.145 dəfə oxundu