Müselmanlar
Müsəlmanın müsəlmanla zarafatı

Müsəlmanın müsəlmanla zarafatı

Sual: Müsəlman müsəlmanı zarafat məqsədilə qorxuda bilər? Ya da onunla pis bir zarafat edə bilər? Peyğəmbər bu kimi şeyləri qadağan edibmi?

Cavab: Yaxşı vaxt keçirmək, insanların ürəyini arxayın etmək, onları sevindirmək, dostluq və münasibəti inkişaf etdirmək kimi faydaları nəzərə alındıqda zarafatın əsasən dinə müvafiq olduğunu demək olar. Lakin yalana əsaslanan, insanları narahat edən, lağlağı və təhqiramiz, ayıb və ifrata varan zarafatlar günah və haramdır. ((Mustafa Çağrıcı, “Şaka”, İslamda inanc, ibadet və günlük yaşayış ensiklopediyası, elmi məsləhətçi və redaktor İbrahim Kâfi Dönmez, İstanbul, 1997-ci il, 4-cü cild, s. 183.))

Bu məsələyə dair bəzi hədislər aşağıdakı kimidir:

Əbu Hüreyrədən (r. a.) nəql olunduğuna görə o peyğəmbərə belə demişdir: “Ey Allahın elçisi! Sən ki, bizimlə zarafatlaşırsan! Belə şey olar?”. Peyğəmbər (s. a. v.) cavab olaraq dedi:

“Mən zarafatlaşdığım vaxt da ancaq həqiqətləri və düzgün olan şeyləri deyirəm”. ((Tirmizi, Birr, 57.))

Ənəs ibn Malikdən (r. a.) nəql olunduğuna görə bir nəfər peyğəmbərdən minmək üçün bir minik heyvanı istəmişdi. Peyğəmbər ona dedi:

“Səni dişi dəvəyə mindirəcəyəm”.

Həmin adam soruşdu: “Ey Allahın elçisi, mən dişi dəvənin balasını nə edim?”.

Peyğəmbər buna zarafatla cavab verdi:

“Məgər bütün dəvələri dişi dəvələr doğmayıb?”. ((Tirmizi, Birr, 57; Əbu Davud, Ədəb, 84.))

Ənəs ibn Malik nəql edir: “Peyğəmbər mənə belə deyərdi”:

“Ay iki qulaqlı”. ((Tirmizi, Birr, 57; Əbu Davud, Ədəb, 84.))

Müsəlmanları və digər insanları təhqir edən, onların xətrinə dəyən zarafatlar, eləcə də, kəsici-deşici alətlərlə və silahlarla zarafatlaımaq da haramdır. Dindəki bu qayda bizim mədəniyyətimizdə mövcud olan müdrik: “Silahla zarafat olmaz”, – kəlamı ilə də üst-üstə düşür. Bununla əlaqədar hədislər də var: Abdullah ibn Abbasdan nəql olunduğuna görə peyğəmbər (s. a. v.) belə buyurub:

“Qardaşınla mübahisə etmə. Onunla incidici şəkildə zarafat etmə və yerinə yetirə bilməyəcəyin sözü ona vermə”. ((Tirmizi, yenə orada.))

Əbu Hüreyrə isə Muhəmməd peyğəmbərin (s. a. v.) belə dediyini nəql edir:

“Sizdən heç bir kəs silahını çıxardıb din qardaşına tərəf tutmasın. Çünki o bilməz, bəlkə, şeytan silahı onun əlindən çıxardar. O da bu səbəbdən Cəhənnəmin bir çalasına (çuxur) düşər”. ((Buxari, Fitən, 7; Müslim, Birr, 126 (2617).))

“Bir nəfər qardaşına bir dəmir tuşlasa (üstünə çəksə), onu əlindən yerə qoyana qədər mələklər ona lənət edər. Hətta atabir-anabir qardaşına olsa belə!”. ((Müslim, Birr, 125 (2616).))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Bizi izləyin