Cavab: Peyğəmbərimiz Muhəmməd (s. a. v.) bu barədə belə deyib:
“Kitab əhli (əhli-kitab) olanlar sizə salam verdikləri vaxt onlara belə deyin: “Və əleyküm”.1
Müslimin hədis külliyatındakı hədislərin birində belə bir rəvayət var:
Əshabələr bir gün peyğəmbərdən soruşurlar ki, kitab əhli olanlar bizə salam verirlər, bəs biz onların salamını nə cür alaq?
Peyğəmbər bu suala cavab olaraq belə deyir:
“Və əleyküm”, – deyə cavab verin.
Bu məsələ ilə əlaqədar olan çoxlu hədis rəvayəti mövcuddur. Həmin hədislərin əksəriyyətinin mənası eynidir. İslam alimləri bu məsələdə həmfikirdirlər. Belə ki, əhli-kitab olan yəhudi və xristianlar müsəlmanlara salam verdikləri vaxt onların salamını almaq lazımdır. Onların salamına: “Və əleyküm” və “əleyküm” formasında cavab verilməlidir. Alimlərin fikri belədir. Ən çox yayılan rəvayətdə salama cavab “və əleyküm” formasındadır.2
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.
Etiketlər: müsəlman olmayanın salamını almaq, qeyri-müsəlmanın salamı, salam aleykum, salam almamaq, salam almaq, salam almaq qaydaları, salam vermək, salam vermək qaydaları, salam əleyküm, salama cavab vermək, salamla əlaqədar hədislər, və əleyküm, və əleyküm salam, əcnəbi, əcnəbilər, əhli-kitabın salamı
| Sıra     | Sərlövhə | Tarix    | Oxunma     |
|---|---|---|---|
| 1 | İslamda salamlaşmaq | 14.12.09 | 792 dəfə oxundu |
| 2 | Salam aldıqda “əleyna və əleyküm” demək düzgündür? | 08.02.10 | 482 dəfə oxundu |
| 3 | Müsəlman olmayanların salamını almaq olar? | 29.06.10 | 473 dəfə oxundu |
| 4 | Bəzi idman növlərində əyilib salam vermək düzdür? | 23.05.11 | 198 dəfə oxundu |