Cavab: Fiqh və elmihal kitablarında: “Su tapıldığı vaxt (sudan istifadə imkanı yarandıqda) təyəmmüm batil olur”, – deyilsə də, suyun tapılmağı nəticəsində nə dəstəmaz pozulur, nə də qüsul. Çünki suyun olmağı, yəni, su işlətmək imkanının yaranmağı dəstəmaz və ya qüsul almağı vacib edən bir şey deyil; bu, sadəcə olaraq təzə bir təyəmmüm almağa maneə təşkil edən bir faktordur. Əsl məsələ də bundan ibarətdir.
Dəstəmazı pozan şeylər ayaqyolunda baş verən (ayaqyolundan kənarda olsa belə) şeylərdir. Bunlar yel çıxartmaq, böyük tualet və kiçik tualet ehtiyacını ödəməkdən ibarətdir.
Qüsul etməyi vacib hala gətirən hallar isə bunlardır:
Cinsi əlaqədə olmaq, yuxuda və yaxud oyaq vaxtı qurtarmaq (boşalmaq), eləcə də qadınların aybaşı halı və zahılığın başa çatması.
Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.
Etiketlər: ayaqyolunda baş verənlər, dəstəmazın əvəzinə təyəmmüm, qüsul əvəzinə təyəmmüm, sudan istifadə imkanı, tualet ehtiyacı, tualetə getmək, təyəmmüm almaq, təyəmmüm nə vaxt pozulur, təyəmmümü batil edən şeylər, yuxuda qurtarmaq
| Sıra     | Sərlövhə | Tarix    | Oxunma     |
|---|---|---|---|
| 1 | Təyəmmüm etməyin qaydası | 27.06.11 | 412 dəfə oxundu |
| 2 | Su imkanı yarandıqda təyəmmüm batil olur? | 24.05.10 | 676 dəfə oxundu |
| 3 | Cümə namazında dəstəmazı pozulan adam nə etməlidir? | 09.04.10 | 347 dəfə oxundu |
| 4 | Radioterapiya alan bir xəstə qüsl əvəzinə təyəmmüm edə bilər? | 27.03.10 | 388 dəfə oxundu |
| 5 | Xəstələr necə dəstəmaz alırlar, yaxud nə cür almalıdırlar? | 07.07.09 | 376 dəfə oxundu |
| 6 | Xəstə yaxşılaşana qədər cünub qalsa, günahdır? | 27.01.10 | 824 dəfə oxundu |
| 7 | Reanimasiyada qılına bilməyən namazı qəza etmək lazımdır? | 18.12.10 | 445 dəfə oxundu |
| 8 | Kosmonavtlar kosmosda necə ibadət edə bilərlər? | 24.01.11 | 275 dəfə oxundu |
| 9 | Peyğəmbər necə təyəmmüm edirdi? | 27.06.11 | 273 dəfə oxundu |