Bəqərə surəsinin 62-ci ayəsi
Müsəlmanlar > Fitvalar > Quran > Ölümdən sonrakı həyat Tarix: 26 aprel 2010 Tövsiyə et Çap et
Sual: Bəqərə surəsinin 62-ci ayəsini nə cür izah etmək olar? Həmin ayədə deyilənlərin Cənnətə düşməklə bir əlaqəsi var? Bu ayəyə əsasən Cənnətə kimlər gedəcək? Heç bir şərik qoşmadan Allahın varlıq və birliyinə, eləcə də axirətə iman edən və gözəl işlər (saleh əməllər) görənlərin aqibəti necə olacaq?

Cavab: İman gətirənlər, yəhudi, xristian və sabiilər… Bunlardan kim Allaha və axirət gününə inanıb yaxşı işlər görsə, onların mükafatı Rəbbinin yanındadır. Üstlərində heç bir qorxu olmaz və onlar qəm-qüssə yeməzlər (Bəqərə, 2/62).

Peyğəmbərin təbliği çatmayan şəxs yalnız şirkdən və özünün bildiyi düzgün şeylərdən məsul olur. Peyğəmbər təbliğindən xəbərdar olanlar isə o peyğəmbərə inanmaq və onun göstərdiyi kimi yaşamalıdırlar. Təbliğin bir şəxsə çatmağı onun peyğəmbərin möcüzəsini görməsi ilə baş verir. Çünki insan o vaxt elə hesab edir ki, peyğəmbəri şəxsən özü görüb.  Məhəmməd əleyhissəlamın möcüzəsi Qurani-Kərimdir. Quran ayələrini özlərinin başa düşə bildikləri dildə oxumamış, yaxud da dinləməmiş şəxslərə isə təbliğ çatmamış olur.

Yuxarıdakı ayəyə oxşar bir ayə də Əl-Maidə surəsindədir. O ayə özündən əvvəl və sonra gələn ayələrlə birlikdə aşağıdakı kimidir:

De: “Ey kitab əhli! Tövrata, İncilə və Rəbbiniz tərəfindən sizə endirilmiş olana doğru-dürüst əməl etmədikcə sizin heç bir dəyəriniz olmaz!”.

(Ey Məhəmməd!) Rəbbindən sənə nazil edilənlər onların çoxunun azğınlıq və küfrünü artıracaq! Elə isə kafirlərin halına yanma!

İman gətirənlər, yəhudilər, sabiilər və xristianlar… Bunlardan kim Allaha və axirət gününə inanıb yaxşı işlər görsə, üstlərində heç bir qorxu olmaz və onlar qəm-qüssə yeməzlər.

Biz İsrail oğullarından əhd almış və onlara peyğəmbərlər göndərmişdik. Hər dəfə yanlarına onların istəmədiyi bir hökmlə gələn nə qədər elçi varsa, onları ya təkzib edər, ya da öldürərdilər (Maidə, 5/68-70).

Mövzu ilə əlaqədar ayələrdən biri də budur:

O kəslər ki, əllərindəki Tövrat və İncildə yazılı gördükləri elçiyə – ümmi [oxumaq-yazmaq bilməyən, yaxud məkkəli] peyğəmbərə tabe olurlar. O, [peyğəmbər] onlara gözəl işlər görməyi əmr, pis işləri qadağan edir və təmiz nemətləri halal, natəmiz şeyləri haram qılır. O, onların ağır yükünü azaldır və boyunlarındakı dəmir halqaları (boyunduruq və ya buxovları) açır. Ona inanan, onu hörmətlə dəstəkləyən, ona kömək edən və onunla birlikdə endirilmiş nurun [Qurani-Kərimin] ardınca gedənlər öz umduqlarına qovuşacaqlar [onlar nicat tapıb qurtulanlardır] (Əraf, 7/157)!

Bu üç dində – Yəhudilik, Sabiilik və Xristianlıqda Allahın varlığı, birliyi və axirət inancı vardır. Ayədəki gözəl işlər məfhumu ayrı-ayrı şəxslərdən asılı olaraq müxtəliflik göstərir. Yuxarıdakı ayələrin açıq şəkildə göstərdiyi kimi, onlardan axırıncı peyğəmbərin təbliği ilə qarşılaşan hər kəs ona inanmağa və o təbliğdə bildirilən yaxşı işləri görməyə məcburdur. Çünki Allah Təala bu barədə peyğəmbərlərdən qəti bir əhd almışdır:

[Ey kitab əhli!] Xatırlayın ki, Allah peyğəmbərlərdən: “Sizə verdiyim kitab və hikmətdən sonra, sizdə olanları təsdiq edən bir peyğəmbər gəldiyi zaman, ona mütləq inanıb kömək edəcəksiniz!”, – deyə əhd almış və onlara belə demişdi: “Bunu qəbul edib ağır olan əhdimi öhdənizə götürdünüzmü?”. Onlar da: “Qəbul etdik”, – deyə cavab vermişdilər. Allah Təala: “Elə isə şahid olun! Mən də sizinlə birlikdə şahidlərdənəm”, – deyə buyurmuşdu (Ali-İmran, 3/81).

Nəticə etibarilə yuxarıdakı ayəni bu cür başa düşmək lazımdır:

İman gətirənlər, yəhudi, xristian və sabiilər (axırıncı peyğəmbərin təbliğindən xəbərdar olanlar)… Bunlardan kim (şərik qoşmadan) Allaha və axirət gününə inanıb yaxşı işlər görsə, onların mükafatı Rəbbinin yanındadır. Üstlərində heç bir qorxu olmaz və onlar qəm-qüssə yeməzlər (Bəqərə, 2/62).

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Biz Cənnətdə Allahı görə biləcəyik? 10.03.10 900 dəfə oxundu
2 Ölüyə Quran tapşırmaq 11.03.11 1.151 dəfə oxundu
3 Üç aylarda vəfat edənlər həqiqətən də, haqq-hesaba çəkilmirlər? 07.01.10 645 dəfə oxundu
4 Axirətdə günahkar möminlərin vəziyyəti necə olacaq? 22.01.10 547 dəfə oxundu
5 Bizim bu dünyada qayəmiz Cənnəti qazanmaqdır yoxsa Allah rizasını? 07.08.09 420 dəfə oxundu
6 Cənnət və Cəhənnəm əbədidir? 16.04.10 509 dəfə oxundu
7 Bəqərə surəsinin 62-ci ayəsi 26.04.10 531 dəfə oxundu
8 Axirət günü ilə Qiyamət günü eyni gündür, yoxsa ayrı? 27.04.10 696 dəfə oxundu
9 Ölüm qorxusu 16.12.10 813 dəfə oxundu
10 Deyirlər ki, dünya axirətin tarlasıdır. Bunu necə izah etmək olar? 04.08.09 390 dəfə oxundu
11 İnsan ürəyindən keçən şeylərə görə cavabdehdir? 11.02.11 449 dəfə oxundu
12 Tövbə edə bilmədən ölən insanın halı necə olacaq? 21.02.11 403 dəfə oxundu
13 Bir kişi ölən arvadının meyyitini yuya bilər? 03.03.11 482 dəfə oxundu
14 Cənnətdə hamı Allahı görəcək? 04.03.11 365 dəfə oxundu
15 Ölünün dalınca Quran oxumağın nə mənası var? 20.03.11 427 dəfə oxundu
16 Günahkarlar Qiyamət günü kor vəziyyətdə həşr olunacaqlar? 18.04.11 279 dəfə oxundu
17 Ölünün dalınca verilən nəzirin savabı ölüyə çatır? 27.04.11 357 dəfə oxundu
18 Ölüyə Quran tapşırmaqla əlaqədar hədislər səhihdir? 01.07.11 271 dəfə oxundu
19 Ana bətnində ölən körpələr Cənnətə daxil olacaqlar? 27.10.11 242 dəfə oxundu