Cavab: Nur sözü Ərəb sözüdür və nəvr kökündən əmələ gəlib. Nəvr sözünün mənası aydın və işıqlı olmaq deməkdir. Nur sözü isə aydınlıq və işıq mənalarını verir. Əlavə olaraq, açıq-aydın olan, əşya və hadisələrin mahiyyətini üzə çıxardıb işıqlandıran şeyə də nur deyilir. Bu söz Allaha aid edildiyi vaxt nur mənbəyi və ya bir sifət kimi nurlandıran, hər şeyi işıqlandıran formasında izah edilir.1
Nur sözü Qurani-Kərimdə Allah haqqında işlədilib.2 Bəzi ayələrdə isə Qurani-Kərim barədə nur deyilir.3 Bu söz eyni zamanda bəzi ayələrdə göydəki ay haqqında işlədilib.4 Əksər ayələrdə də Allahın düzgün yolu – hidayət haqqında işlədilib.5
Məlum olduğu kimi, nur sözü ancaq Allah haqqında işlədilən adlardan deyil. Buna görə də uşaqlara ad qoymağın bir eybi yoxdur.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.
Etiketlər: hadid, nur, nur adı, nur sözünün mənası, uşağa nur adı qoymaq