Cavab: Peyğəmbərimizin (s. a. v.) dövründə indiki mənada fitva-təqva ayrı-seçkiliyi yox idi. Peyğəmbər düzgün olan şey nədirsə, onu yerinə yetirir, əshabələr də ona tabe olurdu. Bir problemi olan insanlar dərhal peyğəmbərə müraciət edir və öz işini aldığı fitvaya əsasən görürdü. Yəni, həmin dövrdə fitva eyni zamanda təqva demək idi.
Lakin zaman keçdikcə təsəvvüf1 və zahidlik (zühd) anlayışı müsəlman dünyasında hökm sürməyə başlamış, nəticədə fitva-təqva ayırımı yaranmış, təsəvvüfçülər Allahın onlara halal etdiyi şeyləri belə, tərk etməyi bir fəzilət kimi qəbul etməyə başlamışlar. Onlar bunun təqvadan irəli gəldiyini iddia ediblər. Beləliklə də səhv yola üz tutublar. Başqa sözlə desək, fitva və təqva ayırımı deyilən bir şeydən söhbət gedə bilməz.
Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.
Etiketlər: dini yaşamaq, fitva və təqva, fitva və təqva arasında fərq qoymaq, ilahi həqiqətlər, mistisizm, sufizm, təqva nədir?, təsəvvüf, zahidlik, zühd
| Sıra     | Sərlövhə | Tarix    | Oxunma     |
|---|---|---|---|
| 1 | Kim dini məsələlərə dair fitva verə bilər? | 09.03.10 | 251 dəfə oxundu |
| 2 | Dini məsələləri bilmədiyi halda fitva vermək düzdür? | 09.03.10 | 271 dəfə oxundu |
| 3 | Fitva nə deməkdir? | 09.03.10 | 382 dəfə oxundu |
| 4 | Səlahiyyəti olmayan insanlar fitva versələr, nə olar? | 02.04.10 | 257 dəfə oxundu |
| 5 | Dini müasir dövrün tələbinə “uyğunlaşdırmaq” düzgündür? | 02.04.10 | 275 dəfə oxundu |
| 6 | Fitva ilə təqvanın arasında dini yaşamaq baxımından fərq var? | 02.04.10 | 248 dəfə oxundu |
| 7 | Biz hansı fitvanı qəbul edəcəyimizi bilmirik. Nə etmək lazımdır? | 02.04.10 | 267 dəfə oxundu |
| 8 | Dünya müsəlmanlarının fitva məsələsində ortaq bir məxrəci var? | 20.01.11 | 217 dəfə oxundu |
| 9 | Din xadimlərinin fitvaları nəyə görə bir-birindən fərqlənir? | 24.04.11 | 169 dəfə oxundu |