Kafir nə deməkdir? Kafir kimlərə deyilir?
Müsəlmanlar > Fitvalar > Quran > İman-əqidə Tarix: 02 aprel 2010 Tövsiyə et Çap et
Sual: Kafir kimdir? Kafirlik etmək nə deməkdir? Kimlərə kafir deyilir? Kafirin xüsusiyyətləri nədən ibarətdir?

KAFİR (ÖZÜNÜ GÖRMƏMƏZLİYƏ VURAN)

Bəqərə surəsi, 6-cı ayə1

Özünü görməməzliyə vuranlara gəlincə, sən onları qorxutsan da, qorxutmasan da, onlar üçün fərqi yoxdur; iman gətirməzlər.

Kafir sözü küfr kökündən əmələ gəlib və bir şeyin üstünü örtüb gizləmək mənası verir.

1) Yaxşı və doğru şeylərin üstünü örtmək

Yaxşı və doğru şeylərin üstünü örtüb gizləyən şəxs onların görünməyinə mane olur. Ərəb dilində buna küfr və ya küfran deyilir. Bir çox şəxs özünə edilən yaxşılıqları görmək istəmir. Bu, pis bir şeydir. Allah bu haqda belə buyurur:

Dənizdə sizin başınıza bir müsibət gəldiyi zaman, köməyə çağırdığınız hər kəs yox olur. Ancaq Allah sizi xilas edib, quruya çıxardanda üz döndərirsiniz. İnsan nankordur [ona edilən yaxşılıqları görmür] (İsra, 17/67)!

Allah xainlərin və nankorların heç birini sevməz (Həcc, 22/38)!

Bir çox insan belə bir hala düşə bilər. Məsələnin ən pis cəhəti Allahı, onun peyğəmbərini və kitabını inkar etməkdir. Əsl kafirlik budur. Bir ayədə belə deyilir:

Həqiqətən, biz bu Quranda hər cür məsəl çəkdik. Ancaq insanların çoxu [nankorluq edib] küfrə düşdülər (İsra, 17/89).

Kafir insanın əlində tutarlı bir əsası olmur. O, özünü müdafiə etmək məcburiyyətinə düşəndə həqiqətləri danır. İblisin doğru yoldan çıxması ilə əlaqədar ayələri buna misal göstərmək olar:

Sizi yaratdıq, sonra sizə  surət [forma] verdik və mələklərə: “Adəmə səcdə edin!”, – dedik. İblisdən başqa hamı səcdə etdi. İblis səcdə edənlərdən olmadı. [Allah Təala] İblisə: “Mən əmr edəndə sənin səcdə etməyinə nə mane oldu?”, – deyə buyurdu. İblis də: “Sən məni oddan, onu isə palçıqdan yaratdın. Odur ki, mən ondan üstünəm”, – deyə cavab verdi (Əraf, 7/11-12).

Əslində İblis Allahın əmri qarşısında özünü görməməzliyə vurub, Adəmə qarşıymış kimi davrandı; bu yolla həqiqəti danıb, öz nankorluğunu gizlətməyə çalışdı. Çünki hər şeyi Allaha borclu olduğunu bilirdi və bütün bunlar İblisin aşağıdakı sözlərində gizlənmişdi:

Mən ondan üstünəm [daha yaxşı və şərəfliyəm]. Məni oddan, onu isə palçıqdan yaratdın (Sad, 38/76).

Sənin quru və iylənmiş qara palçıqdan yaratdığın insana səcdə etmək mənə yaraşmaz (Hicr, 15/33)!

İblisin layiq olduğu cəza gecikmədi. Allah Təala ona belə buyurdu:

En oradan! Sənin orada təkəbbür göstərməyə haqqın yoxdur! Oradan çıx! Çünki sən alçaqlardansan (Əraf, 7/13)!

Beləliklə, İblis kafir oldu. Əslində o, Allahın varlığına və birliyinə şübhə etmirdi. Axirətin də həqiqi olduğuna inanır və onu qəbul edirdi. Çünki İblis cənnətdən qovulduqdan sonra Allaha belə yalvarmışdı:

Ey Rəbbim! İnsanların yenidən diriləcəkləri günə [Qiyamətə] qədər mənə möhlət ver (Sad, 38/79).

Allahın bir əmrini inkar etməyi İblisin kafir olmağına kifayət etdi. İnsan da belədir; əslində bilmədiyi üçün deyil, Allahın əmrləri qarşısında özünü görməməzliyə vurduğuna görə kafir olur.

2) Pis şeylərin üstünü örtmək

Pis şeylərin üstünü örtüb, onları gizlətmək bir yaxşılıqdır. Bu cür şeyləri Allah da gizləyir:

Əgər siz, sizə qadağan edilmiş böyük günahlardan uzaq durarsınızsa, sizin kiçik günahlarınızın üstünü örtər və sizi gözəl bir mövqeyə gətirərik (Nisa, 4/31).

İnananlar və gözəl işlər görənlər… Onların günahlarının üstünü örtər və onlara etdikləri əməllərdən daha gözəl mükafatlar verərik (Ənkəbut, 29/7).

Ey möminlər! Əgər Allahdan qorxsanız, O sizə doğrunu əyridən [haqqı nahaqdan] ayırma gücü verər və günahlarınızın üstünü örtüb, sizi bağışlayar. Allah böyük fəzilət sahibidir (Ənfal, 8/29)!

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

  1. Abdulaziz Bayındır, Qurani-Kərimin izahlı tərcüməsi: Fatihə surəsi, Bəqərə surəsi (Azərbaycan dilinə tərcümə edən: Dr. Fəqani Bəylərov), Bakı, Təknur nəşriyyatı, 2005, s. 78-80. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
548 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 İnsanda vəsvəsə həmişə davam edə bilər? 14.06.11 407 dəfə oxundu
2 Allah şirk günahını insan tövbə etsə də, heç vaxt bağışlamır? 01.03.10 615 dəfə oxundu
3 Şübhənin imana nəzərən əhəmiyyəti nədən ibarətdir? 27.06.10 412 dəfə oxundu
4 Allah bəzi insanların kafir kimi ölməyini istəyir? 23.12.11 142 dəfə oxundu
5 Allah Ərşə istiva etdi. Bu nə deməkdir? 18.12.09 445 dəfə oxundu
6 Şeytan Allaha nə üçün üsyan etdi? Məgər şeytan ağılsız varlıqdır? 18.02.10 458 dəfə oxundu
7 Şeytan nə üçün kafir oldu? 18.03.10 408 dəfə oxundu
8 Qeybə inanmaq nə deməkdir? 29.04.10 539 dəfə oxundu
9 İnsanın əqidəsi və ürəyi fitnə-fəsada məruz qala bilər? 07.06.10 349 dəfə oxundu
10 İman əql vasitəsilə olmalıdır? 22.11.10 360 dəfə oxundu
11 Qeyb və qeybə iman gətirmək nə deməkdir? 25.11.10 367 dəfə oxundu
12 Ömrünü Allah yolunda keçirən bir nəfər can üstündəykən imanını itirə bilər? 25.01.11 353 dəfə oxundu
13 İnsan öldüyü vaxt şeytan imanını almaq üçün gəlir? 26.01.11 375 dəfə oxundu
14 Böyük günahlar hansılardır? Böyük günah törədən kafirdir? 31.01.11 510 dəfə oxundu
15 İmanın zəifliyi, namazdan soyumaq və namaz qıla bilməmək 15.01.10 756 dəfə oxundu
16 Biz müsəlmanıq. Elə isə niyə Allahdan hidayət istəyirik? 25.02.11 422 dəfə oxundu
17 Biz bütün danışıqlarımızda“inşallah” deməliyik? 10.11.11 176 dəfə oxundu
18 Qurana əsasən əsl kafirlər kimlərdir? 04.03.11 347 dəfə oxundu
19 Təqva nədir? Qeyri-müsəlman təqvalı ola bilər? 07.03.11 317 dəfə oxundu
20 Allah və xilqətlə əlaqədar suallar insanı kafirləşdirir? 11.03.11 292 dəfə oxundu
21 Xeyir və şərin Allahdan olmağı barədə məlumat 12.11.11 266 dəfə oxundu
22 Hənif nə deməkdir? 11.07.11 216 dəfə oxundu
23 Əməl imanın bir hissəsidir? 09.06.11 179 dəfə oxundu
24 Şirk və küfr 14.07.11 492 dəfə oxundu
25 Kafir nə deməkdir? Kafir kimlərə deyilir? 02.04.10 548 dəfə oxundu
26 Allah haradadır? 10.08.11 409 dəfə oxundu
27 Şeytanın Allahdan qorxmağının mənası nədir? 22.09.11 233 dəfə oxundu
28 Allahı mütləq mənada dərk etmək mümkündür? 13.10.11 189 dəfə oxundu
29 Seyyidlər kimlərdir? 16.10.11 580 dəfə oxundu
30 İnanmadığı halda yaxşılıq edən insan buna görə savab qazanır? 25.10.11 123 dəfə oxundu
31 Kafirlər axırını bilə-bilə nə üçün Allaha iman gətirmirlər? 25.10.11 154 dəfə oxundu
32 Allah hər günahkar insana tövbə üçün möhlət verir? 02.01.12 143 dəfə oxundu
33 Allah elə bir daş yarada bilərmi ki, onu qaldırmağa gücü çatmasın? 06.01.12 123 dəfə oxundu