Cavab: Gündəlik 5 vaxt namazdan fərqli olaraq mütləq surətdə camaatla (kollektiv formada) qılınmalı olan Cümə namazı Ulu Rəbbimizin kişi və qadınları bir-birindən ayırmadan Qurani-Kərimin Cümə surəsinin 9-cu ayəsi ilə əmr etdiyi bir namazdır. Allahın elçisi həzrəti Muhəmməd (s. a. v.) də ayrı-seçkilik qoymamış, beləcə, Cümə namazı kişilər kimi qadınlar üçün də diniləşdirilmişdir. Amma müvafiq üzrlü səbəblərə görə kişilərə olduğu kimi, qadınlara da Cümə namazında iştirak etməmək icazəsi verilib.
Bu barədə aşağıdakı keçiddən ətraflı məlumat əldə edə bilərsiniz: